Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə35/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   31   32   33   34   35   36   37   38   ...   73

 
103 
Quran  Allaın  kəlamıdır.  Kim  “Məxluqdur”  deyərsə  bidətçidir.  Biz 
kimsənin belə dediyini eşitmədik”.  
 
əl-Humeydi,  Sufyanın  –  rahmətullahi  aleyhi  -  belə  dediyini 
dinlədi:  “İman  – söz  və əməldir,  artar  və əskilər.  Qardaşı  İbrahim 
İbn  Uyeynə  –  rahmətullahi  aleyhi  - ona:  “Ey  Əbu  Muhəmməd!  Sən 
azalır  demə”  dedi.  O,  qəzəbləndi  və  dedi:  “Sus,  ey  uşaq.  Azalır  – 
hətta heç bir şey qalmayana qədər azalır” dedi.  
 
əl-Humeydi  –  rahmətullahi  aleyhi  -  dedi  ki:  “Ölümdən  sonra 
Ruyətullahı  (Allahı  görmək)  qəbul  etmək”.  Quran  və  Sünnətin 
dediklərini qəbul etmək. “Yəhudilər dedilər: "Allahın Əli bağlıdır!" 
Onların öz əlləri bağlandı və dedikləri sözə görə lənətə gəldilər...”. 
(əl-Maidə  64).  “(Müşriklər)  Allahı  lazımınca  qiymətləndirmədilər 
(uca  tutmadılar).  Halbuki  qiyamət  günü  yer  bütünlüklə  Onun 
ovcunun  içində  olacaq,  göylər  isə  Onun  sağ  əli  ilə  büküləcəkdir. 
(Allah müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və 
ucadır!”.  (əz-Zumər  67).  “Mərhəmətli  Allah  Ərşə  İstiva  (etdi) 
ucaldı”. (Ta ha 5) kimi deyirik. Bundan başqa bir iddiada olan bir 
kimsə  sifətləri  tətil  edən  Cəhmidir”.  Biz  –  Xaricilərin  dediyi  kimi: 
Kim böyük günah edərsə kafir olur” demirik. Hər hansı bir günah 
etdi  deyə  bir  kimsənin  kafir  olduğunu  söyləmirik.  Küfr  ancaq 
Rəsulullahın dilə gətirdiyi bu beş əsasın tərk edilməsi ilə baş verir: 
İslam  beş  təməl üzərində  bina  edilmişdir.  Allahdan  başqa ibadətə 
layiq  heç  bir  ilah  olmadığına,  Muhəmmədin  Allahın  Rəsulu 
olduğuna şəhadət etmək, namazı qılmaq, zəkatı vermək, Ramazan 
ayının orucunu tutmaq və Beyti həcc etmək”
166
.  
 
Bişr İbn əl-Həris 
– rahmətullahi aleyhi - 
 
                                                
166
 Usulu Sünnə 2/546-548.  


 
104 
Əbu Nasir Bişr İbn əl-Həris əl-Mərvəzi, Bişr əl-Həfi kimi tanınan 
zahid  bir  kimsədir.  Bağdatda  H.  227-ci  ildə  Rabiul  Əvvəl  ayında 
vəfat etmişdir
167
.  
 
Əbu  Hafs  Ömər  İbn  Yəsir  əl-Attar,  Bişr  İbn  əl-Hərisin  – 
rahmətullahi aleyhi - yazısı  olduğunu  iddia  etdiyi  bir  səhifə  çıxarıb 
bizlərə  verdi  və  dedi:  Bunu  əzbərləyin  və  öyrənin.  Beləliklədə 
imanın  əsaslarını  öyrənmiş  olarsınız.  Bunlardan:  Bir  və  tək  olan, 
şəriki olmayan Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına, 
Muhəmmədin  Allahın  qulu  və  Rəsulu  olduğuna  şəhadət  etmək, 
Rəsulların  və  Peyğəmbərlərin  gətirdiklərini  iqrar  və  qəbul  etmək, 
diliylə  söylədiyini,  qəlbi  ilə  qəti  olaraq  inandığı  imanına  heç  bir 
şübhə  etməyəcəkdir.  Tövhid  əhli  olan  hər  hansı  bir  kimsəni  bir 
günah  səbəbiylə  təkfir  etməyəcək,  qeyb  olan  bütün  məsələləri 
Allaha  həvalə  edəcəkdir.  Hər  bir  şeyin  Allahın  qəza  və  qədəri  ilə 
olduğuna,  xeyrin  və  şərin  də  Allahdan  gəldiyini  qəbul  edəcəkdir. 
Muhəmmədin – sallallahu aleyhi və səlləm – ümmətindən olub gözəl 
işlər edən bir kimsə üçün ümüd vardır və qazandığı hər hansı bir 
günah  səbəbiylə  də  onu  Cəhənnəmlik  görməz.  Çünki  qullarını 
dilədiyi yerə qoyan Allahdır. Uca Allahın Peyğəmbərinə – sallallahu 
aleyhi  və  səlləm  –  səhabə  olsun  deyə  seçdiyi  Sələfin  haqqını  bilib, 
Əbu  Bəkr  əs-Sıddıq,  Ömər  əl-Faruq,  Osman  İbn  Əffan  və  Əli  İbn 
Əbu  Talibi  – Allah onladan razı olsun - hamıdan öndə  görmək, istər 
kiçik  istərsə  də  böyük  səhabələrdən  rəhmətlə  söz  açar,  onların 
fəzilətindən  danışar,  aralarında  baş  verən  anlaşılmazlıqlardan  bir 
şey  danışmaz.  Cümə,  iki  bayram  namazı  və  Ərafatda  olan 
namazları yaxşı və günahkar hər bir əmirin arxasında qılar. Səfərdə 
və  evdə  corablar  üzərinə  məsh  edər,  səfərdə  namazını  qısaldar. 
Cihad  –  Peyğəmbərin  –  sallallahu  aleyhi  və  səlləm  –  Peyğəmbər 
olaraq  göndərildiyi  gündən  zalımın  zülmünün  və  Dəccəl  ilə 
döyüşəcək  ən  xeyirli  topluluq  gəlincəyə  qədər  davam  edəcəkdir. 
Quran  Allahın  kəlmı  və  Onun  nazil  etdiyi  kitabdır,  yaradılmış 
                                                
167
 Şəzəratuz Zəhəbi 2/60-62.  


 
105 
deyildir. Alış-veriş sünnətə uyğun olaraq Qiyamətə qədər halaldır. 
İman  –  söz  və  əməldir,  artar  və  əskilər.  Cənazə  namazında  dörd 
təkbir  gətrilir,  müsəlmanların  rəhbərlərinin  islahı  üçün  dua  edər, 
qılınca  əl  ataraq  onlara  qarşı  çıxmaz.  Fitnələr  zamanı  döyüşə 
cıxmayıb evində oturar. Qəbr əzabına, Munkər və Nəkira, Hovuza, 
şəfaətə  və  Mizana  iman  edər.  Muvahhidlərdən  bir  topluluğun 
Peyğəmbərdən – sallallahu aleyhi və səlləm – gələn xəbərlərdə dediyi 
kimi  Cəhənnəmdən  çıxarılacaqlarına  da  inanar.  Biz  bunların 
hamısına  iman  edər  və  sünnət  əhlinin  xüsusiyyətlərindən 
bəzilərinə Allahın kitabının, Rəsulullahın – sallallahu aleyhi və səlləm 
 hədislərinin və səhabələrinin sözlərini qəbul etmək, bidəti isə tərk 
etməkdir.  Bizlər  Allahın  söz  söylədiyinə,  yaratdığına  şahidlik 
edirik.  Onun  sözü  bir  söz,  yaratması  da  bir  yaratmaqdır.  Sözü 
yaratdıqlarından  ayrıdır,  yaratdıqları  da  Onun  sözündən  ayrıdır. 
“Allah  yanında  İsa  da  (İsanın  atasız  dünyaya  gəlmiş  də)  Adəm 
kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “(Bəşər) 
ol!”  –  dedi,  o  da  oldu”.  (Ali  İmran  59).  Burada  “Ol”  buyuruğu 
yaradılmış  deyildir.  Həmd  heç  bir  ortağı,  bənzəri,  oxşarı,  ziddi, 
hökmünə  kimsəni  şərik  etməyən Allaha  məxsusdur.  Əbu Amr  əl-
Xattab dedi ki, mən Muhəmməd İbn Yəhyə əz-Zuhrini vəfatından 
sonra yuxumda gördüm. Ona: “Allah səninlə necə müamələ etdi?” 
dedim.  O:  “Mənə  və  mənim  cənazə  namazımı  qılanlara  məğfirət 
etdi. Mənim kitablarımı İlliyuna qaldırdı və qızıl su ilə yazdı”.  
 
Əli İbn Əl-Mədini 
rahmətullahi aleyhi  
 
Əbul  Həsən  Əli  İbn  Abdullah  İbn  Cəfər  İbn  Nəcih  əs-Sədi  əl-
Mədini. Bəni Sad nəslindəndir. Bəsrəlidir, hədis hafizi olub bir çox 
əsərlər  təlif  etmişdir.  H.  161-ci  ildə  dünyaya  gəlmişdir. 
Tələbələrindən Buxari, Əbu Davud, İbn Məhdi – rahmətullahi aleyhi 
deyirlər ki: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – hədislərini ən 
gözəl  şəkildə  başa  düşən  birisi  olmuşur».  Buxari  –  rahmətullahi 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə