Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə42/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   38   39   40   41   42   43   44   45   ...   73

 
124 
 
Abdullah İbn Əhməd  – rahmətullahi aleyhi - deyir  ki: “Atamdan 
Qədəriyyəyə  mənsub  bir  kimsnin  arxasında  namaz  qılmağa  nə 
deyirsən?” deyə soruşulduqda atam: “Əgər bu mövzuda mübahisə 
edən və buna dəvət edən biridirsə arxasında namaz qılma”
199
.  
 
İman Barəsində Etiqadı  
 
İbn  Əbu  Yəla,  İmam  Əhmədin  –  rahmətullahi  aleyhi  -  belə 
dediyini rəvayət edir: “İmanın ən fəzilətli xüsusiyyətlərindən Allah 
üçün sevmək və Allah üçün nifrət etmkdir”
200
.  
 
İbnul Cevzi, İmam Əhmədin – rahmətullahi aleyhi - belə dediyini 
rəvayət  edir:  “İman  bu  hədisdə  deyildiyi  kimi  artar  və  əskilər. 
“İman  baxımından  möminlərin  ən  kamil  olanı  əxlaqı  ən  gözəl 
olandır”
201
.
202
.  
 
əl-Xəlləl,  Suleyman  İbn  Əşasdan
203
 rəvayət  edir  ki,  Əbu 
Abdullah  dedi  ki:  “Namaz,  zəkat.  Həcc  və  yaxşı  əməllər 
imandandır. Günahlar da imanı azaldır”
204
.  
 
Abdullah  İbn  Əhməd  –  rahmətullahi  aleyhi  -  deyir  ki,  atamdan: 
“İman – söz və əməldir, artar və əskiər deyib istisna (İnşəallah mən 
möminəm)  deməyən  kimsə  Murciyədirmi?”  deyə  soruşdum. 
İmam:  “Ümid  edirəm  ki,  Murciyə  deyildir”.  Mən  atamın  belə 
dediyini  də  dinlədim:  “İstisna  etməyən  kimsələrə  dəlil 
                                                
199
 “Sunnə” 1/384.  
200
 “Təbəqatul Hənəbilə” 2/275.  
201
 Əhməd  “Musnəd”  2/250,  Əbu  Davud  5/60/H.  4682,  Tirmizi  3/466/H.  1162,  əl-Albani 
“Həsən Səhih”.  
202
 “Mənakibu İmam Əhməd” s. 173, s. 153, 168.  
203
 Suleyman  İbn  Əşas  İbn  İshaq  əs-Sicistani.  “Sünən”  əsərinin  müəllifidir.  Zəhəbi  deyir  ki: 
“İmam, olduqca  sağlam və hafizəli  bir kimsədir”. H. 275-ci ildə vəfat etmişdir. “Təzkiratul 
Huffaz” 2/591, “Tarixu Bağdadi” 9/55.  
204
 əl-Xəlləl “Sunnə” vr. 96.  


 
125 
Peyğəmbərin – sallallahu aleyhi və səlləm – qəbirdəkilərə: “İnşəallah! 
Biz də sizə qovuşacağıq” deyə buyurmasıdır
205
.
206
.  
 
Abdullah  İbn  Əhməd  –  rahmətullahi  aleyhi  -  dedi  ki,  atamdan 
Murciyə barəsində sual soruşulduqda dedi: “Biz deyirik ki: İman – 
söz  və  əməldir,  artar  və  əskilər.  Bir  kimsə  zina  edər,  içki  içərsə 
imanı əskilər”
207
.  
 
Səhabələr Barəsində Etiqadı 
 
İmam  Əhməd  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Sünnətin 
əsaslarından  biri  də  Peyğəmbərin  –  sallallahu  aleyhi  və  səlləm  – 
bütün  səhabələrinin  gözəlliklərini  dilə  gətirmək  (bu  barədə 
danışmaq),  onların  qüsurlarını  danışmaqdan  və  aralarında  baş 
verən 
anlaşılmazlıqları 
dilə 
gətirməkdən 
çəkinməkdir. 
Peyğəmbərin – sallallahu aleyhi və səlləm – səhabələrindən hər hansı 
birini  söyən  bir  kimsə  bidətçi,  pis  və  kobud  bir  Bidətçidir, 
mədəniyyətsizin biridir. Allah ondan nə bir nafilə, nə də fərz qəbul 
etməz.  Əksinə  onları  sevmək  sünnət,  onlara  dua  etmək  Allaha 
yaxınlaşdırıcı  bir  əməl,  onlara  tabe  olmaq  (Allahın  razılığnı) 
qazandıran  bir  yol,  onların  izlərini  təqib  etmək  (yəni  onlardan 
gələn  əsərləri  qəbul  etmək)  fəzilətdir”.  Daha  sonra:  “Dörd 
xəlifədən  sonra  yerdə  qalan  bütün  səhabələr  insanların  ən 
xeyirliləridir. Hər hansı bir kimsənin onların pisliklərini söz etməsi, 
hər  hansı  bir  qüsur  və  naqislik  səbəbilə  onlardan  birinə  dil 
uzatması  qadağandır.  Kim  belə  bir  şey  edərsə  əmirin  onu 
cəzalandırması  vacibdir  və  belə  bir  kimsəni  bağışlaması  da  caiz 
deyildir və ya haqqı yoxdur”
208
.  
 
                                                
205
 Müslim 974.  
206
 Abdullah “Sunnə” 1/307-308.  
207
 Abdullah “Sunnə” 1/307.  
208
 İmam Əhməd “Sunnə” s. 77-78.  


 
126 
İbnul Cevzi, Əhmədin – rahmətullahi aleyhi - Musəddədə yazdığı 
məktubunda  bu  ifadələr  olduğunu  qeyd  edir:  “Əbu  Bəkr,  Ömər, 
Osman, Əli, Təlhə, Zubeyr, Sad, Səid, AbdurRahman İbn Auf, Əbu 
Ubeydə  İbn  Cərrahdan  –  Allah  onlardan  razı  olsun  - ibarət  olan  on 
nəfərin  Cənnətlik  olduğuna  şahidlik  et!  Peyğəmbərin  –  sallallahu 
aleyhi  və  səlləm  –  Cənnətlik  olduğu  kimsələrin  Cənnətlik 
olduqlarına biz də şahidlik edirik”
209
.  
 
Abdullah  İbn  Əhməd  –  rahmətullahi  aleyhi  -  dedi  ki,  atamdan 
imamlar  barəsində  sual soruşdum o  dedi:  “Öncə  Əbu  Bəkr, sonra 
Ömər, sonra Osman, sonra Əlidir – Allah onlardan razı olsun - 
210
.  
 
Abdullah  İbn  Əhməd  –  rahmətullahi  aleyhi  -  dedi  ki,  atamdan: 
“Əli  –  radıyallahu  anhu  -  Xəlifə  deyildir”  deyən  kimsə  barəsində 
soruşdum o: “Bu yaramaz və rədd edilən bir sözdür” dedi
211
.  
 
İbnul Cevzi, İmam Əhməddən – rahmətullahi aleyhi - rəvayət edir 
ki:  “Hər  kim  Əlinin  –  radıyallahu  anhu  - xəlifəliyini  qəbul  etməzsə 
(təsdiq etməzsə) öz eşşəyidən də azğın bir kimsədir”
212
.  
 
İbn  Əbu  Yəla,  İmam  Əhmədin  –  rahmətullahi  aleyhi  -  belə 
dediyini  rəvayət  edir:  “Əlinin  – radıyallahu anhu - dördüncü  xəlifə 
olduğunu  qəbul  etməyən  bir  kimsə  ilə  danışmayın  və  ona  qız  da 
verməyin”
213
.  
 
Kəlam Barəsində Sözləri 
 
                                                
209
 İbnul Cevzi “Mənakibu İmam Əhməd” s. 175.  
210
 “Sunnə” s. 235.  
211
 “Sunnə” s. 235.  
212
 “Mənakibu İmam Əhməd” s. 163.  
213
 “Təbəqatul Hənəbilə” 1/45.  


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə