Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə50/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   46   47   48   49   50   51   52   53   ...   73

 
148 
İbrahim,  Əbu  Ubeyd  əl-Qasım İbn  Səlləm  və  Şəfii – Allah onlardan 
razı  olsun  -  kimi.  Bundan  başqa  Kitab  və  Sünnət  sarılan  Sələfin 
yolunu  təqib  edən  imamları  qoruyub,  Əhli  Sünnətin  tərcih 
etdiklərini tərcih etməkdir.  
Mədinədə Məlik İbn Əsən, Şamda Əvzai, Misirdə Leys İbn Sad, 
İraqda Sufyan İbn Sevri ilə Həmməd İbn Ziyad – Allah onlardan razı 
olsun - bunlara misaldır.  
Quran  Allahın  kəlamı,  məxluq  deyildir.  Onun  məxluq  və 
yaradılmış  olduğunu  iddia  edən  bir  kimsə  dindən  çıxaran  Allahı 
inkar edən kafirdir. Məsələni bilən və cahillərdən olmayan birinin 
kafir olduğunda şübhə edən kimsə də kafirdir. Quran məxluqdur, 
məxluq  deyil  bilmirəm  deyən  də  Cəhmidir.  Bunların  Cəhmi 
olduqlarını Əbu Abdullah Əhməd İbn Hənbəl demişdir.  
Rəsulullahdan  -  sallallahu  aleyhi  və  səlləm  –,  səhabələrindən  və 
onlardan  sonra  gələnlərin  rəvayətlərinə  tabe  oluruq.  Kəlamçıların 
kəlamını  tərk  edərik,  onlarla  oturub  durmaz  və  onlardan 
uzaqlaşarıq.  İman  söz  və  əməldir,  dil  ilə  iqrar,  qəlb  ilə  təsdiq  və 
rükunları  etməkdir.  Namaz,  malı  olan  kimsələrin  zəkat,  yol  tapa 
bilənlərin Həcc, Ramazan ayında oruc tutmaq və Allahın qullarına 
fərz  etdiyi  bütün  fərzlərə  əməl  etmək  imandandır.  İman  artar  və 
əskilər.  
Qəbr  əzabına  iman  edərik,  Peyğəmbərə  -  sallallahu  aleyhi  və 
səlləm – ikram olunan Hovuza da iman edərik. Qəbirdə olan sorğu-
suala iman edər, Kiramən Kətibin və Peyğəmbərə - sallallahu aleyhi 
və  səlləm  –  xas  olan  şəfaətə  iman  edərik.  Peyğəmbəin  -  sallallahu 
aleyhi  və  səlləm  –  səhabələrini  rəhmətlə  yad  edər,  Onlardan  hər 
hansı birinə söymərik. Çünki Allah buyurdu: “Səhabələrdən sonra 
gələnlər deyirlər: "Onlardan (mühacirlərdən və ənsarlardan) sonra 
gələnlər  belə  deyirlər:  “Ey  Rəbbimiz!  Bizi  və  bizdən  əvvəlki  iman 
gətirmiş  (din)  qardaşlarımızı  bağışla.  Bizim  qəlblərimizdə  iman 
gətirənlərə  qarşı  kinə  (həsədə)  yer  vermə.  Ey  Rəbbimiz!  Sən, 
həqiqətən, şəfqətlisən, mərhəmətlisən!". (əl-Həşr 10).  


 
149 
Biz iman  edirik  ki,  Allah Ərşi  üzərində  məxluqatından  ayrıdır. 
“Onun  heç  bir  bənzəri  yoxdur.  O,  Eşidəndir,  Görəndir”.  (əş-Şura 
11). Əmr sahiblərinə qarşı çıxmağı doğru görmürük.  Fitnə zamanı 
qarışmarıq.  Uca  Allahın  üzərimizə  təyin  etdiyi  kimsələri  dinləyər 
və onlara itaət edərik. Əmr sahiblərilə namaz qılar, həcc edib, cihad 
edərik. Kiçik böyük baş heyvanlarının zəkatını da onlara verərik.  
Səhih  hədislərə  əsasən  Muvahhid  olan  bir  toplumun  şəfaət  ilə 
Cəhənnəmdən  çıxacağına  iman  edərik.  Bizlər  Əziz  və  Cəlil  olan 
Allaha  iman  edərik.  Sufyan  əs-Sovri  –  rahmətullahi  aleyhi  –  bir 
kimsənin:  “Mən  Allah  dərgahında  həqiqi  və imanı  əksik  olmayan 
bir  möminəm”  deməsini  yaxşı  görməzdi.  Əvzaidə  –  rahmətullahi 
aleyhi – bu görüşdədir.  
Bidət  əhlinin  əlaməti  Əhli  Sünnətə  Müşəbbihə  adını 
vermələridir.  Qədərilərin  əlaməti  Əhli  Sünnətə  Cəbəri  adını 
vemələri,  Zındıqların  əlaməti  hədis  əhlinə  Haşaviyə  vermələridir. 
Onlar  bu  sözləriylə  Peyğəmbərdən  -  sallallahu  aleyhi  və  səlləm  – 
gələn  rəvayətləri  zəif  görmək  istərlər.  Allahın  Muhəmmədə  
sallallahu aleyhi və səlləm –, onun ailəsinə salam və salavatı olsun!
237
  
 
Əbu Cəfər Muhəmməd İbn Cərir Ət-Təbəri 
– rahmətullahi aleyhi –  
 
Təbəri  “Təfsir”,  “Tarix”  və  bir  çox  əsərlərin  müəllifidir. 
Müctəhid  bir  kimsə olub  heç  kimi  təqlid  etməzdi. İbn  Huzeymə  – 
rahmətullahi  aleyhi  –  deyir  ki:  “Mən  yer  üzündə  Muhəmməd  İbn 
Cərirdən daha alim bir kimsə olduğunu bilmirəm”. H. 310-cu ildə 
dünyasını dəyişmişdir
238
.  
 
Lələkai  –  rahmətullahi  aleyhi  –  dedi  ki:  Bizə  Ubeydullah  İbn 
Muhəmməd  İbn  Əhməd  xəbər  verdi  ki:  Bizə  Qadı  Əbu  Bəkr 
Əhməd  İbn  Kamil  xəbər  verdi  ki:  Əbu  Cəfər  İbn  Muhəmməd  İbn 
                                                
237
 “Şərhu Usuli Etiqadi” 2/197.  
238
 “Şəzərətuz Zəhəbi” 2/260.  


 
150 
Cərir – rahmətullahi aleyhi – dedi ki:  Bu barədə söz açacağımız Uca 
Allahın  kitabı  və  Onun  nazil  etdikləridir.  Bizə  görə  doğru  söz  də 
budur. Quran Allahın kəlamı olub yaradılmamışdır. Necə yazılırsa 
yazılsın, necə oxunursa oxunsun,  səmada  və  ya yerdə olsun, istər 
Lövhi  Məhfuzda  hifz  edilsin,  istər  ilk  məktəb  uşaqlarının 
lövhələrində  yazılsın,  istər  daş  üzərində  və  ya  bir  kağız  üzərində 
yazılsın, qəlblərdə hifz edilsin və ya dildə tələffüz edilsin (məxluq 
deyil,  Allahın  kəlamıdır).  Kim  bundan  qeyri  sözlər  söyləyərsə, 
yerdə  və  ya  səmada  olsun  bizim  dillərimizlə  oxuduğumuz, 
mushaflarda  yazdığımız  Qurandan  başqa  bir  quran  olduğunu 
iddia  edər  və  qəlbi  ilə  buna  etiqad  edərsə,  istər  içində  saxlasın, 
istərsə də dili ilə bunu söyləsin əgər bunu din olaraq qəbul edərsə o 
kimsə  Allahı  inkar  edən  bir  kafirdir,  qanı  halaldır.  Allahdan 
uzaqdır, Allah da ondan uzaqdır. Çünki Allah buyurdu: “Bəli, bu 
şanlı  Qurandır.  O,  mühafizə  edilən  lövhədədir”.  (əl-Buruc  21-22). 
“Əgər (basqına uğrayan) müşriklərdən biri səndən aman istəsə, ona 
aman ver ki, Allah kəlamını (Quranı) dinləsin. Sonra (islamı qəbul 
etmədiyi  təqdirdə)  onu  əmin  olduğu  (müşriklərin  yaşadığı)  yerə 
çatdır.  Çünki  onlar  (haqqı)  bilməyən  bir  tayfadır!”.  (ət-Tövbə  9). 
Beləliklə  Uca  Rəbbimiz  bizlərə  onun  Lövhi  Məhfuzda  yazılı 
olduğuna  və  Muhəmmədin  -  sallallahu  aleyhi  və  səlləm  –  dilindən 
eşitmiş olduğunu xəbər verir. Hər ikisi də eyni Qurandır.  
Qiyamət  günü  möminlərin  Rəbblərini  görəcəkləri  barəsində 
doğru  inanc  və  dinimizin  bir  vacibi  olaraq  Əhli  Sünnə  Vəl 
Cəmaatın  qəbul  etdiyi  Cənnət  əhlinin  Peyğəmbərin  -  sallallahu 
aleyhi və səlləm – verdiyi səhih xəbərlərə görə Rəbblərini görəcəklər.  
Hər  bir  şeyi  təqdir  edən  və  tədbir  edən  Allahdır.  Onun iradəsi 
olmadan  heç  bir  şey  olmaz,  Onun  məşiəti  olmadan  heç  bir  şey 
meydana  gəlməz.  Yaratmaq  da,  əmr  etmək  də  Onundur.  İman  – 
söz və əməldir. Artar və əskilər
239
.  
                                                
239
 “Şərh Usuli Etiqadi” 2/206.  


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə