Fikhu'l ebsat


şübhəsiz  ki,  Mənim  doğru  yolumdur.  Onu  tutub  gedin.  Sizi



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə46/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   42   43   44   45   46   47   48   49   ...   73

 
136 
şübhəsiz  ki,  Mənim  doğru  yolumdur.  Onu  tutub  gedin.  Sizi 
(Allahın)  yolundan  sapdıracaq  yollara  uymayın.  (Allah)  sizə 
bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!”. (əl-Ənam 153).  
Əmr  sahibləri  ilə  çəkişməməyi  də  tövsiyə  edirdilər.  Çünki 
Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Bir  kimsənin 
qəlbi  bu  üç  xislətə  sahib  olmadıqca  iman  etmiş  olmaz:  Əməli 
sadəcə  Allah  üçün  ixlasla  etmək,  Əmir  sahibləri  olan  kimsələrə 
itaət  etmək  və onların  cəmaatlarından  ayrılmamaq. Çünki onların 
dəvətləri (duaları) digərlərini əhatə edir”
226
.  
Daha  sonra  buyurdu: “Ey  iman  gətirənlər!  Allaha,  Peyğəmbərə 
və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş 
barəsində  mübahisə  etsəniz,  Allaha  və  qiyamət  gününə 
inanırsınızsa,  onu  Allaha  və  Peyğəmbərə  həvalə  edin!  Bu  daha 
xeyirli  və  nəticə  etibarilə  daha  yaxşıdır”.  (ən-Nisa  59). 
Muhəmmədin  -  sallallahu  aleyhi  və  səlləm  –  ümmətinə  qarşı  qılınc 
qaldırmaq fikirlərini daşımamalıdır. Fudeyl İbn İyad – rahmətullahi 
aleyhi – deyir ki: “Əgə mənim qəbul ediləcəyini bildiyim bir duam 
olsaydı  mən  onu  yalnız  əmr  sahibi  üçün  edərdim.  Çünki  əmr 
sahibi  düzələrsə  ölkə  və  insanlar  da  əmin  olarlar  (düzələrlər)”. 
Xaricilər itaətdən çıxmış kimsələrdir.  
Qurani  Kərimin  məxluq  olduğunu  iddia  edən  kimsə  dindən 
çıxacaq  şəkildə  inkar  etmiş  bir  kafir  olur.  Məsələni  başa  düşən 
birisidirsə  onun  kafir  olmasında  şübhə  edən  kimsədə  kafir  olar. 
Allahın  kəlamı  haqqında  şübhə  edib,  yaradılmışdırmı,  yoxsa 
yaradılmamışdırmı  bilmirən  deyən  kimsə  də  Cəhmidir.  Quran 
barəsində biliksiz qalan bir kimsəyə öyrədilir, bidətçi olduğu qəbul 
edilir, lakin təkfir edilməz.  
Mənim  Quranı  tələffüz  etməyim  məxluqdur  deyən  Cəhmidir. 
Əbu  Muhəmməd  dedi  ki:  “Atam  belə  deyərkən  dinlədim:  Bidət 
əhlinin  əlaməti  haqq  əhlinə  dil  uzatmasıdır”.  Zındıqların  əlaməti 
Əhli  Sünnətə  Haşaviyyə  adını  vermələridir”.  Cəhmilərin  əlaməti 
                                                
226
 Trimizi 2658.  


 
137 
Əhli  Sünnətə  Müşəbbihə  adını  vermələridir.  Qədərilərin  əlaməti 
Əhli  Sünnətə  müxalifə  və  nöqsaniyə  adını  vermələridir.  Bidət 
əhlinin əlaməti  Əhli  Sünnətə  Nəsibi  demələridir.  Əhli  Sünnətə isə 
yalnız bir İsim yaraşır. (Əhli Sünnə Vəl Cəmaat Sələfi Saleh).  
 
Muhəmməd İbn Yəhyə Əz-Zuhli 
rahmətullahi aleyhi -  
 
Əbu  Bəkr  Abdullah  Muhəmməd  İbn  Yəhyə  İbn  Abdullah  İbn 
Xalid  İbn  Haris  Əbu  Abdullah  əz-Zuhli.  Bəni  Zuhl  nəslindəndir. 
Hədis  elmində  əmir,  Nisapurun  Şeyxulİslamı,  hafizidir.  H.  170-ci 
ildə  dünyaya  gəlmişdir.  Məkkədə,  Mədinədə,  Şam,  İraq,  Misir, 
Xorasan,  Yəmən  və Cəzirədə  hədis  elmini öyrənmişdir.  Xorasanın 
tanınmış  alimlərindəndir.  Əbu  Bəkr  İbn  Əbu  Davud  dedi  ki:  “O, 
hədisdə  əmirul  Muminindir”.  H.  258-ci  ildə  Rəbiul  Əvvəl  ayında 
dünyasını dəyişmişdir. “Şəzərətuz Zəhəbi” 2/138.  
 
Əbu  Amr  Əhməd  İbn  Muhəmməd  İbn  Həfs  əl-Hərbi  dedi  ki: 
Muhəmməd İbn Yəhyə əz-Zuhri – rahmətullahi aleyhi – bizə bunları 
yazdırdı: Bizə görə sünnət budur: İman  – söz və əməldir, artar və 
əskilər. Biz elm  əhlini bu etiqadda gördük. Qədər – xeyri və şərilə 
Allahdandır.  Qiyamətə  qədər  olacaq  şeyləri  yazdıqdan  sonra 
qələmin  mürəkkəbi  qurumuşdur.  Uca  Allah  qullarının  nə 
edəcəyini  və  haraya  doğru  gedəcəklərini  bilir.  Onlara  əmrlər 
vermiş,  qadağalar  qoymuşdur.  Uca  Allahın  əmrinə  bağlanıb,  ona 
itaət  edib,  onu  üstün  tutan  Allahın  istəyi  (köməyi)  ilə  bunu  edər. 
Uca Allahın əmrini tərk edib, onun qadağalrını edən bir kimsəni də 
Allah  köməksiz  buraxar.  İstitaa  -  əməli  etmək  -  əzalarıyla 
etməmişdən  öncə  özünə  aid  olduğunu,  dilərsə  o  əməli  edəcəyini, 
diləməzsə etməyəcəyini iddia edən bir kimsə qədəri yalan saymış, 
Allahın  kitabının  dəlilini  rədd  etmiş,  Uca  Allahın  diləmədiklərini 
edə  biləcəyini  iddia  etişdir.  Bizlər  isə  belə  bir  görüşdən  uzaq 
olduğumuzu bildiririk. Lakin deyirik ki: İstitaa  - əməli etmək gücü – 


 
138 
qulada əməl ilə birlikdə olur. Hansısa pis və ya yaxşı əməli etmək 
üçün  gücü  çata  biləcəyini  biz  bilirik.  Lakin  işi  etməmişdən  öncə 
bizlər  bilmərik  əməli  etdiyi  zaman  onun  istəyi  ilə  işin  arasına  bir 
maneə qoyular. Uca Allah da qulların əməllərini yaratmağı murad 
edər.  
Qurani  Kərim  Uca  Allahın  kəlamıdır.  O,  yaradılmamışdır.  Hər 
tərəfdən  Onun  kəlamıdır.  Onun  yaradılmış  heç  bir  qismi  yoxdur. 
Allahın  kəlamının yaradılmış olduğunu iddia  edən  bir  kimsə  Uca 
Allahın  zatında  yaradılmış  bir  şeylər  olduğunu  iddia  etmiş  olar, 
Uca Allah isə bundan munəzzəhdir. Uca Allah buyurur: “Əslində, 
yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah 
nə  qədər  xeyirxahdır”.  (əl-Əraf  54).  Bununla  Allah  yaratmanın 
əmirdən  ayrı  olduğunu  bildirir.  O,  verdiyi  əmr  ilə  məxluqatı 
yaratmış,  əşyanı  var  etmişdir.  Uca  Allah  buyurur:  “Biz  hər  hansı 
bir şeyi (yaratmaq) istədikdə ona sözümüz: “Ol!” deməkdir.  O da 
dərhal  olar”.  (ən-Nəhl  40).  Məxluqatını  “Ol”  buyuruğu  ilə 
yaradılmış  olduğunu  söyləyən  kimsə  kafir  olar.  Bir  şey  deməyib: 
Mən nə yaradılmışdır, nə də yaradılmamışdır deyirəm” deyən bir 
kimsənin halı da Qurana məxluq deyənin halı kimidir. Çünki belə 
bir  kimsə  daha  əvvəl  Sələfdən  heç  kəsin  söyləmədiyi  bir  iddianı 
irəli sürüb uydurmuşdur.  Bunu  bir  nəfər  hədis oğrusu  əl-Kərabisi 
adı  ilə  bilinən  biridir.  İmam  Əhməd  –  rahmətullahi  aleyhi  –  onun 
bidətçi  olduğunu,  ondan  uzaq  olmağı,  onunla  oturub-durmağı 
qadağan  etmişdir.  Bu  kimsə  sonda  özünü  həlaka  sürükləmiş, 
xüsrana uğrayıb, Allahın yardımından məhrum qalaraq ölmüşdür. 
Allahdan  bizləri  doğu  yola  yönəltməsini  diləyirik.  Şübhəsiz  o, 
dilədiyini Sıratal Mustəqimə yönəldir. Peyğəmbər - sallallahu aleyhi 
və  səlləm  –  buyurdu:  “Quran  barəsində  şübhəli  mübahisələrə 
girişmə.  Quran  barəsində  şübhəli  mübahisələrə girişməyin. Çünki 
onun  haqqında  mübahisə  etmək  küfrdür”
227
.  Səhabələr  qədər 
barəsinə mübahisə edərkən Peyğəmbər - sallallahu aleyhi və səlləm – 
onların  yanına  gəldi  və  onların  nə  barədə  mübahisə  etdiklərini 
                                                
227
 Əhməd 4/170.  


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə