Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə45/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   41   42   43   44   45   46   47   48   ...   73

 
133 
toplamışam və elə bir hədis yoxdur ki, mən onun ravilər silsiləsini 
əzbərdən bilməyim. Hafiz ləqəbli alim Zəhəbi – rahmətullahi aleyhi – 
demişdir:  “Buxarinin  “Cəmius-Səhih”  adlı  əsərinə  gəlincə  o, 
İslamın  ən  möhtəşəm  kitablarındandır.  O,  uca  Allahın  kitabından 
sonra ən əfzəl kitabdır. İnsan onu dinləmək üçün min fərsəx yol qət 
etsə  belə  bu  səfərlə  vaxtını  zay  etmiş  sayılmaz”.  H.  256-cı  il  30 
Ramazan ayında Səmərqəndə dünyasını dəyişmişdir. 
 
Lələkai  –  rahmətullahi  aleyhi  –  dedi  ki:  Bizə  Əhməd  İbn 
Muhəmməd İbn Hafs əlHərəvi xəbər verdi ki: Bizə Muhəmməd İbn 
Əhməd İbn Muhəmməd İbn Sələmə dedi ki: Bizə Əbu Huseyn İbn 
Muhəmməd  İbn  İman  İbn  Musa  əl-Curcani  dedi  ki:  Mən  Əbu 
Muhəmməd AbdurRahman İbn Muhəmməd İbn AbdurRahman əl-
Buxarini  Şaşda  belə  deyərkən  dinlədim:  Əbu  Abdullah 
Muhəmməd  İbn  İsmail  əl-Buxarini  –  rahmətullahi  aleyhi  –  belə 
deyərkən  dinlədim:  Hicaz,  Məkkə,  Mədinə,  Kufə,  Bəsrə,  Vasit, 
Bağdad,  Şam  və  Misi  elm  əhlindən  1000-dən  çox  kişi  ilə 
qarşılaşdım.  Onlarla  bir  neçə  il  ərzində  dəfələrlə  görüşdüm.  Bir 
neçə ilə Şamlılarla, Misir və Cəzirəlilərlə iki dəfə, Bəsrəlilərlə dörd 
dəfə,  Hicazda  altı  il  qaldım.  Xorasan,  Kuffə  və  Bağdadda  hədis 
alimləriylə  neçə  dəfə  görüşdüyümün  sayını  xatırlamıram.  Məkki 
İbn İbrahim, Yəhyə İbn Yəhyə, Əli İbn əl-Həsən İbn Şaqiq, Qutybə 
İbn  Səid  və  Şihab  İbn  Məmər  –  Allah  onlardan  razı  olsun  - 
bunlardandır.  
Şamda Muhəmməd İbn Yusuf əl-Firyabi, Əbu Mushir AbdulAla 
İbn  Mushir,  Əbu  Muğirə  AbdulQuddus  İbn  əl-Həccəc,  Əbul 
Yəmən  əl-Həkəm  İbn  Nəfi  – Allah onlardan razı olsun - və  digər  bir 
çoxları ilə qarşılaşdım.  
Misirdə Yəhyə İbn Kəsir, Leys İbn Sadın katibi Əbu Salih, Səid 
İbn  Əbi  Məryəm,  Əşhəd  İbn  əl-Fərh  və  Nuaym  İbn  Həmməd  – 
Allah onlardan razı olsun - ilə görüşdüm. 


 
134 
Məkkədə  Abdullah  İbn  Yəzid  əl-Mikri  əl-Humeydi,  Məkkə 
qazisi  Suleyman İbn  Hərb  və  Əhməd  İbn Muhəmməd  əl-Əzraki  – 
Allah onlardan razı olsun -.  
Mədinədə  İsmail  İbn  Əbi  Uveys,  Mutarrif  İbn  Abdullah, 
Abdullah  İbn  Nifa  əz-Zubeyri,  Əhməd  İbn  Əbu  Bəkr  Əbu  Musab 
əz-Zuhri, İbrahim İbn Həmzə əz-Zubeyri və İbrahim İbn əl-Munzir 
əl-Hizami – Allah onlardan razı olsun -.  
Bəsrədə  Əbu  Asim  əd-Dahhaq  İbn  Mahləd  əş-Şeybani,  Əbul 
Vəlid  İbn  Hişam  İbn  AbdulMəlik,  əl-Həccacİbn  əl-Minhal  və  Əli 
İbn Abdullah İbn Cəfər əl-Mədəni – Allah onlardan razı olsun -.  
Kufədə Əbu Nuaym əl-Fadl İbn Dukeyn, Ubeydullah İbn Musa, 
Əhməd  İbn  Yunus,  Kabisa  İbn  Ukbə,  İbn  Numeyr,  Əbu  Şeybənin 
iki oğlu Abdullah və Osman – Allah onlardan razı olsun - ilə.  
Bağdada Əhməd İbn Hənbəl, Yəhyə İbn Məin, Əbu Mamər, Əbu 
Heysəmə  və  Əbu Ubeyd  əl-Qasim  İbn  Səlləm  – Allah onlardan razı 
olsun - ilə.  
Cəzirədə Amr İn Xalid əl-Hərrani – Allah onlardan razı olsun - ilə.  
Vasittə  Amr  İbn  Asim  İbn  Əli  İbn  Asim  –  Allah  onlardan  razı 
olsun - ilə.  
Mərvədə  Sadaka  İbn  əl-Fadl  və  İshaq  İbn  İbrahim  əl-Hənzəli  – 
Allah onlardan razı olsun - ilə qarşılaşdım.  
Bunların  İsimlərini  verməklə  kifayətlənməyimizin  səbəbi  sözü 
qısa edərək bu kimsələrin aşağıda sizə zikr etdiyim xüsuslada eyni 
eiqada sahib olmalarıdır.  
Din  söz  və  əməldir.  Bunun  səbəbi  də  Uca  Allahın  buyurduğu: 
“Halbuki  onlara  əmr  edilmişdir  ki,  Allaha  –  dini  yalnız  Ona 
məxsus  edərək,  batildən  haqqa  (islama)  dönərək  –  ibadət  etsinlər, 
namaz  qılıb  zəkat  versinlər.  Doğru-düzgün  din  budur!”.  (əl-
Bəyyinə  5).  Quran  Allahın  kəlamıdır  və  məxluq  deyildir.  Allah: 
“Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra 
da  Ərşə  ucalan  Allahdır.  O,  gündüzü  sürətlə  təqib  edən  gecə  ilə 
örtüb  bürüyür.  Günəşi,  ayı  və  ulduzları  Öz  əmrinə  tabe  edən  də 
Odur.  Əslində,  yaratmaq  da,  əmr  etmək  də  Ona  məxsusdur. 


 
135 
Aləmlərin  Rəbbi  Allah  nə  qədər  xeyirxahdır”.  (əl-Əraf  54).  Uca 
Allah  yaratmağın  əmirdən  olduğunu  bəyan  etməsidir.  Allah 
buyurdu:  “Əslində,  yaratmaq  da,  əmr  etmək  də  Ona  məxsusdur. 
Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır”. (əl-Əraf 54). Xeyir və 
Şər qədər səbəbilə meydana gəlir. Allah buyurdu: “De: "Sığınıram 
sübhün  Rəbbinə!  Məxluqatının  şərindən”.  (əl-Fələq  1,2).  “Halbuki 
sizə  də,  sizin  düzəltdiklərinizi  də  Allah  yaratmışdır!".  (əs-Saffət 
96). Allah buyurur: “Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq”. 
(əl-Qəmər 49).  
Qarşılaşdığım  elm  adamları  hər  hansı  bir  günah  səbəbilə  qiblə 
əhlindən  heç  kimsəni  təkfir  etməzlər.  Uca  Allah  buyurdu:  “Şübhə 
yoxdur  ki,  Allah  Özünə  şərik  qoşanları  əvf  etməz,  amma  istədiyi 
şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan 
şəxs, əlbəttə, böyük günah etmiş olur”. (ən-Nisa 48).  
Onlardan  hər  hansı  birisinin  də Muhəmmədin  - sallallahu aleyhi 
və  səlləm  –  səhabələrinə  dil  uzatdığını  da  görmədim.  Aişə  
radıyallahu  anhu  -  dedi  ki:  “Onlara  möminlərə,  onlara  səhabələrə 
məğfirət  diləmələri  əmr  edilmişdir.  Uca  Allah  buyurdu: 
“Səhabələrdən  sonra  gələnlər  deyirlər:  "Onlardan  (mühacirlərdən 
və ənsarlardan) sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və 
bizdən  əvvəlki  iman  gətirmiş  (din)  qardaşlarımızı  bağışla.  Bizim 
qəlblərimizdə  iman  gətirənlərə  qarşı  kinə  (həsədə)  yer  vermə.  Ey 
Rəbbimiz!  Sən,  həqiqətən,  şəfqətlisən,  mərhəmətlisən!".  (əl-Həşr 
10).  
Yenə qarşılaşdığım bu kimsələr Peyğəmbərin - sallallahu aleyhi və 
səlləm  –  və  səhabələrinin  etmədikləri  bidətlərdən  (insanları) 
çəkindirirdilər. Uca Allah buyurdu:  “(Ey müsəlmanlar!) İçərinizdə 
(insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis 
əməlləri  qadağan  edən  bir  camaat  olsun!  Bunlar  (bu  camaat), 
həqiqətən  nicat  tapmış  şəxslərdir”.  (Ali  İmran  104).  “...Əgər  ona 
itaət etsəniz, doğru yola yönəlmiş olarsınız...”. (ən-Nur 54).  
Peyğəmbərin  -  sallallahu  aleyhi  və  səlləm  –  və  ona  uyanların 
izlədikləri yolu izəməyi onlara təşviq edirlər. Allah buyurdu:  “Bu, 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə