124
Abdullah İbn Əhməd – rahmətullahi aleyhi - deyir ki: “Atamdan
Qədəriyyəyə mənsub bir kimsnin arxasında namaz qılmağa nə
deyirsən?” deyə soruşulduqda atam: “Əgər bu mövzuda mübahisə
edən və buna dəvət edən biridirsə arxasında namaz qılma”
199
.
İman Barəsində Etiqadı
İbn Əbu Yəla, İmam Əhmədin – rahmətullahi aleyhi - belə
dediyini rəvayət edir: “İmanın ən fəzilətli xüsusiyyətlərindən Allah
üçün sevmək və Allah üçün nifrət etmkdir”
200
.
İbnul Cevzi, İmam Əhmədin – rahmətullahi aleyhi - belə dediyini
rəvayət edir: “İman bu hədisdə deyildiyi kimi artar və əskilər.
“İman baxımından möminlərin ən kamil olanı əxlaqı ən gözəl
olandır”
201
.
202
.
əl-Xəlləl, Suleyman İbn Əşasdan
203
rəvayət edir ki, Əbu
Abdullah dedi ki: “Namaz, zəkat. Həcc və yaxşı əməllər
imandandır. Günahlar da imanı azaldır”
204
.
Abdullah İbn Əhməd – rahmətullahi aleyhi - deyir ki, atamdan:
“İman – söz və əməldir, artar və əskiər deyib istisna (İnşəallah mən
möminəm) deməyən kimsə Murciyədirmi?” deyə soruşdum.
İmam: “Ümid edirəm ki, Murciyə deyildir”. Mən atamın belə
dediyini də dinlədim: “İstisna etməyən kimsələrə dəlil
199
“Sunnə” 1/384.
200
“Təbəqatul Hənəbilə” 2/275.
201
Əhməd “Musnəd” 2/250, Əbu Davud 5/60/H. 4682, Tirmizi 3/466/H. 1162, əl-Albani
“Həsən Səhih”.
202
“Mənakibu İmam Əhməd” s. 173, s. 153, 168.
203
Suleyman İbn Əşas İbn İshaq əs-Sicistani. “Sünən” əsərinin müəllifidir. Zəhəbi deyir ki:
“İmam, olduqca sağlam və hafizəli bir kimsədir”. H. 275-ci ildə vəfat etmişdir. “Təzkiratul
Huffaz” 2/591, “Tarixu Bağdadi” 9/55.
204
əl-Xəlləl “Sunnə” vr. 96.
125
Peyğəmbərin – sallallahu aleyhi və səlləm – qəbirdəkilərə: “İnşəallah!
Biz də sizə qovuşacağıq” deyə buyurmasıdır
205
.
206
.
Abdullah İbn Əhməd – rahmətullahi aleyhi - dedi ki, atamdan
Murciyə barəsində sual soruşulduqda dedi: “Biz deyirik ki: İman –
söz və əməldir, artar və əskilər. Bir kimsə zina edər, içki içərsə
imanı əskilər”
207
.
Səhabələr Barəsində Etiqadı
İmam Əhməd – rahmətullahi aleyhi - deyir ki: “Sünnətin
əsaslarından biri də Peyğəmbərin – sallallahu aleyhi və səlləm –
bütün səhabələrinin gözəlliklərini dilə gətirmək (bu barədə
danışmaq), onların qüsurlarını danışmaqdan və aralarında baş
verən
anlaşılmazlıqları
dilə
gətirməkdən
çəkinməkdir.
Peyğəmbərin – sallallahu aleyhi və səlləm – səhabələrindən hər hansı
birini söyən bir kimsə bidətçi, pis və kobud bir Bidətçidir,
mədəniyyətsizin biridir. Allah ondan nə bir nafilə, nə də fərz qəbul
etməz. Əksinə onları sevmək sünnət, onlara dua etmək Allaha
yaxınlaşdırıcı bir əməl, onlara tabe olmaq (Allahın razılığnı)
qazandıran bir yol, onların izlərini təqib etmək (yəni onlardan
gələn əsərləri qəbul etmək) fəzilətdir”. Daha sonra: “Dörd
xəlifədən sonra yerdə qalan bütün səhabələr insanların ən
xeyirliləridir. Hər hansı bir kimsənin onların pisliklərini söz etməsi,
hər hansı bir qüsur və naqislik səbəbilə onlardan birinə dil
uzatması qadağandır. Kim belə bir şey edərsə əmirin onu
cəzalandırması vacibdir və belə bir kimsəni bağışlaması da caiz
deyildir və ya haqqı yoxdur”
208
.
205
Müslim 974.
206
Abdullah “Sunnə” 1/307-308.
207
Abdullah “Sunnə” 1/307.
208
İmam Əhməd “Sunnə” s. 77-78.
126
İbnul Cevzi, Əhmədin – rahmətullahi aleyhi - Musəddədə yazdığı
məktubunda bu ifadələr olduğunu qeyd edir: “Əbu Bəkr, Ömər,
Osman, Əli, Təlhə, Zubeyr, Sad, Səid, AbdurRahman İbn Auf, Əbu
Ubeydə İbn Cərrahdan – Allah onlardan razı olsun - ibarət olan on
nəfərin Cənnətlik olduğuna şahidlik et! Peyğəmbərin – sallallahu
aleyhi və səlləm – Cənnətlik olduğu kimsələrin Cənnətlik
olduqlarına biz də şahidlik edirik”
209
.
Abdullah İbn Əhməd – rahmətullahi aleyhi - dedi ki, atamdan
imamlar barəsində sual soruşdum o dedi: “Öncə Əbu Bəkr, sonra
Ömər, sonra Osman, sonra Əlidir – Allah onlardan razı olsun - ”
210
.
Abdullah İbn Əhməd – rahmətullahi aleyhi - dedi ki, atamdan:
“Əli – radıyallahu anhu - Xəlifə deyildir” deyən kimsə barəsində
soruşdum o: “Bu yaramaz və rədd edilən bir sözdür” dedi
211
.
İbnul Cevzi, İmam Əhməddən – rahmətullahi aleyhi - rəvayət edir
ki: “Hər kim Əlinin – radıyallahu anhu - xəlifəliyini qəbul etməzsə
(təsdiq etməzsə) öz eşşəyidən də azğın bir kimsədir”
212
.
İbn Əbu Yəla, İmam Əhmədin – rahmətullahi aleyhi - belə
dediyini rəvayət edir: “Əlinin – radıyallahu anhu - dördüncü xəlifə
olduğunu qəbul etməyən bir kimsə ilə danışmayın və ona qız da
verməyin”
213
.
Kəlam Barəsində Sözləri
209
İbnul Cevzi “Mənakibu İmam Əhməd” s. 175.
210
“Sunnə” s. 235.
211
“Sunnə” s. 235.
212
“Mənakibu İmam Əhməd” s. 163.
213
“Təbəqatul Hənəbilə” 1/45.
Dostları ilə paylaş: |