"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" n 29 (93 2016)



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə207/222
tarix18.05.2018
ölçüsü6,34 Mb.
#44769
1   ...   203   204   205   206   207   208   209   210   ...   222

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

819 


 

 

Qızlar güldü, ancaq hücum çəkdilər



Pişikgözü alıb, yırtıb, sökdülər, 

Yarıb keçib toplumu, qan tökdülər, 

Öncə qız yox, oğlan qızdan utanır. 

 

-Mən Tusərəm, gözləyirəm Tunqəri, 



Qurdər, kimi gözləyirsən, çıx bəri, 

Qabağıma çıxan ərlər gəbərib, 

Öncə qız yox, oğlan qızdan utanır. 

 

-Sanıb uşaq oyuncağı Tunq səni, 



Sənə qarşı göndəribdir o məni, 

Qatlayaram, büküb iri gövdəni, 

Diz çökdürrəm sənin kimi ərəni

Öncə qız yox, oğlan qızdan utanır. 

 

Qurdər çapdı atı Tusər üstünə, 



Tusər çıxdı qıvraq onun qəsdinə, 

Vurdu onu, sındı ağız, alt çənə, 

Qurdər döndü özü vecsiz gödənə, 

Öncə qız yox, oğlan qızdan utanır. 

 

Qurdər:-Gəl, güləşək, ağrıların azalsın, 



Kim güc gəlsə, o burada şah olsun, 

Basılana burda sonev qazılsın, 

Öncə qız yox, oğlan qızdan utanır. 

 

Sanna dedi:-Darvidelin şahı var, 



Şah olmağı Darvidelli bacarar, 

Məni basan ancaq burda şah olar

Öncə qız yox, oğlan qızdan utanır. 

 

Bunu deyib Sanna vurdu qılıncı, 



Tusər aşdı, yaralandı sağ qıçı, 

Söz ağzında qaldı onun yarımçıq, 

Öncə qız yox, oğlan qızdan utanır. 

 

Qurdər vurdu yıxılanı bizucla, 



Silkələnib Tusər qalxdı qılıncla, 

Buynuzlaşdı iki keçi bir qoçla, 

Öncə qız yox, oğlan qızdan utanır. 

 

Qılıncların vıyıltısı, işığı, 



Qalxanların gumbultusu-yırtığı, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

820 


 

Ərənlərin coşub, daşan acığı, 

Ölənlərin daşdan, qumdan yastığı, 

Düşündürdü bir az Tusər yazığı, 

Öncə qız yox, oğlan qızdan utanır. 

 

Dedi:-Qurdər, gəl, güləşək, yaxın dur, 



Tunq gələnə yaxşı vuruş, bax, budur, 

Nəyə gərək qırhaqırla, vurhavur, 

Öncə qız yox, oğlan qızdan utanır. 

 

Batdı bizuc Qurdər şahın çiyninə, 



O çırpıldı bir qayanın tininə, 

Çabaladı uzununa, eninə, 

Öncə qız yox, oğlan qızdan utanır. 

 

 



                            Haçasaqqalla döyüş söylənci 

 

 

-Tunq, mən Tusam, haçasaqqal Tusərəm, 



“Mənəm” mənəm deyən öndə durur özündən. 

Gözləyirdim gəlişini döyüşə, 

“Mənəm” mənəm deyən öndə durur özündən. 

 

Biləsən ki, Darvideli almışam, 



Başçıları vurub atdan salmışam, 

Mən buranın başbaşısı olmuşam, 

“Mənəm” mənəm deyən öndə durur özündən. 

 

Hörmətim var sənin kimi yaşlıya, 



Iran, Turan durub qarşı qarşıya, 

Gəl barışa, ya döyüşə başlayaq, 

“Mənəm” mənəm deyən öndə durur özündən. 

Tunq: 


“Tusər artıq son işıqı söndürür, 

O Turandan tam üzünü döndərir, 

Gərək ora Eldəbiri göndərim

“Mənəm” mənəm deyən öndə durur özündən. 

 

Tus Qurdəri basır iplə bağlayır, 



Tutuq edib dustaqlıqda saxlayır, 

Turanlının gücü, içi laxlayır, 

“Mənəm” mənəm deyən öndə durur özündən. 

 

Qız toplumu gözləyərək durubdur, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

821 


 

Döyüş, aclıq hamılığı yorubdur, 

Tus bu işi, bicləməni qurubdur, 

“Mənəm” mənəm deyən öndə durur özündən. 

 

Tunq eşidir bunu, düşür təşvişə, 



Bir qədər də mətəl qalır bu işə, 

Iyirmi min atlı çıxır yürüşə, 

“Mənəm” mənəm deyən öndə durur özündən. 

 

Tunq yolüstü əmr eləyir, bax, belə: 



-On min atlı Tusa, on min Parselə, 

Düşsün Tusun ürəyinə vəlvələ, 

“Mənəm” mənəm deyən öndə durur özündən. 

 

Çatan kimi Darvidelə bağırır, 



Nərildəyib burda dəhşət doğurur

Yaraqlını qırhaqıra çağırır, 

“Mənəm” mənəm deyən öndə durur özündən. 

 

              *** 



 

Çatır Tusa süpürləyir atını, 

Yürüş edən gücdür, zəfər onundur. 

Alır Tusun gözlərinin odunu, 

Yürüş edən gücdür, zəfər onundur. 

 

Tunq deyir ki, dur ayağa, yekəbaş, 



Sənə sonev olacaqdır bu savaş, 

Az İranda döşünə döy, yavalaş, 

Yürüş edən gücdür, zəfər onundur. 

 

Qalxan tutub Tus yeriyir qabağa, 



Tunq əndərir dəmir gürzü tutağa, 

Tus dözməyir, diz qatlayır torpağa, 

Dönür yerdə ayaqaltı tapdağa, 

Yürüş edən gücdür, zəfər onundur. 

 

Səs yayılır ağız-ağız hər yana, 



On min atlı birəm girib İrana, 

Başsız qalan Başev qalıb virana, 

Yürüş edən gücdür, zəfər onundur. 

 

Tus bilir ki bu iş Tunqun işidir, 



O diskinir, qoyun kimi tövşüyür

Deyir:-Parslar durun, məni eşidin, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

822 


 

Yürüş edən gücdür, zəfər onundur. 

 

-Hamı dönsün Darvideldən Parselə, 



Gözləmirdik bu döyüşü biz belə, 

Qabaqdadır döyüşümüz, Tunq, hələ, 

Yürüş edən gücdür, zəfər onundur. 

 

Sanna dedi:-Tusu əsir götürək, 



Yekəbaşın ad-sanını itirək, 

Ya da onun burda işin bitirək

Yürüş edən gücdür, zəfər onundur. 

 

Tunq dedi:-O başçıdır ölkədə, 



Qoy qayıtsın, ağıllanar bəlkə də, 

Ağıllansa çıxmaz bizim cərgədən, 

Oğul qalmaz əl-ayaqsız kölgədə, 

Yürüş edən gücdür, zəfər onundur. 

 

Eldəbiri çıxartdılar dustaqdan, 



O da bunu gözləyirdi bayaqdan, 

Ac qalmışdı, o düşmüşdü ayaqdan, 

Yürüş edən gücdür, zəfər onundur. 

 

Qurdər deynən haradasan, harada, 



Məni alıb ağrı, dərin yaralar

Yara qalsa laxtalanar, qaralar, 

Yaralı da, çöpə dönər, saralar, 

Yürüş edən gücdür, zəfər onundur. 

               *** 

 

Sona çatır Darvideldə döyüşlər, 



Qan-qadanın əvvəli var, sonu yox. 

Qalır Turan yurdu kimi Darvidel, 

Qan-qadanın əvvəli var, sonu yox. 

 

Toplum dönür, Tunq İrana dönməyir, 



Neçə gündür o, atından enməyir, 

Acığı da alovlanır, sönməyir, 

Acıqlıdır, danışmayır, dinməyir, 

Qan-qadanın əvvəli var, sonu yox. 

 

O düşünür, İran, Turan bir olsun, 



Hər ikisi Turanlıqda yer alsın, 

Yer üzündə Turan adı gur olsun, 

Qan-qadanın əvvəli var, sonu yox. 



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə