"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" n 29 (93 2016)



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə209/222
tarix18.05.2018
ölçüsü6,34 Mb.
#44769
1   ...   205   206   207   208   209   210   211   212   ...   222

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

827 


 

Dedi:-Filip yenə bizi aldadır, 

O, Əkbitən üstə gəlir, yoldadır, 

Gizli gəlir özü, yəqin daldadır, 

Rəqsdən sümük, səsləncdən qan oynayar. 

 

Tunq düşündü, bu, üçyanlı hücumdur, 



Bu bicləmə təzə yoldur, qurumdur, 

Filip yolu düz yox, burun-burundur, 

Rəqsdən sümük, səsləncdən qan oynayar. 

 

O yardımla inandırır İranı, 



İran tutsun bəlkə böyük Turanı, 

Bölüşülsün bu ölkənin hər yanı, 

Rəqsdən sümük, səsləncdən qan oynayar. 

 

Tunqər yenə yiyələnir yarağa, 



Filip kimi gizli gedir qabağa, 

“Yol” göstərsin çağrılmamış qonağa, 

Rəqsdən sümük, səsləncdən qan oynayar. 

 

                 *** 



 

Görüşüllər Yastıdağın belində, 

Fələk bizdən qan qoparır, tanrı can. 

Ikisinin enli qılınc əlində, 

Fələk bizdən qan qoparır, tanrı can. 

 

Filip: 



-Gileylənir Haçasaqqal Tunqərdən, 

Tunq: 


-Bildim, ona sən yardıma gəlmisən, 

Filip: 


-Sən İranı özününkü bilmisən

Tunq: 


-Sənsə onu iki yerə bölmüsən, 

Yarı sənin, yarı mənim etmisən, 

Fələk bizdən qan qoparır, tanrı can. 

 

Sənin qəsdin İran deyil, Turandır, 



Iran deyib oynamağın yalandır, 

Ver geriyə, toplumunu dayandır, 

Fələk bizdən qan qoparır, tanrı can. 

 

-Tunq, yenə də kobud-kobud danışma, 



Sən İranla bizim işə qarışma, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

828 


 

Birə kimi cumub bizə daraşma, 

Bu bicləmə sənə, mənə yaraşmaz

Fələk bizdən qan qoparır, tanrı can. 

 

-Bizə vuruş yaraşıqdır, vuruşaq, 



Bicləmədə, gücdə bir də yarışaq, 

Istəyisən vuruşmadan barışaq, 

Ikimiz də biz İrandan yapışaq, 

Fələk bizdən qan qoparır, tanrı can. 

 

 

-Bax, İrana təzə yiyə tapılıb, 



Min ildir ki, İran belə çapılıb, 

Qapıları o tay bu tay çırpılıb, 

Ürəyinə iti xəncər sapılıb, 

Fələk bizdən qan qoparır, tanrı can. 

 

Iranı yox, sən Turanı güdürsən, 



Irana yox, sən Turana gedirsən, 

Yağlı yalan içrə batıb, itirsən, 

Fələk bizdən qan qoparır, tanrı can. 

 

Qayıt burdan, yoxsa səni üzərəm, 



Əllərini, qıçlarını kəsərəm, 

Qan tökərəm, al qanında üzərəm, 

Quzğun kimi leşin üstə gəzərəm, 

Fələk bizdən qan qoparır, tanrı can. 

 

                 *** 



 

Dindi qılınc, bağlanıldı ağızlar, 

Qandan doymur niyə qancıl adamlar. 

Danqıldadı, gumbuldadı toppuzlar, 

Qandan doymur niyə qancıl adamlar. 

 

Yaxalaşdı Balasqlarla Oğuzlar, 



Çəngələşdi qan pipikli xoruzlar

Didişdilər boz qurdlarla quduzlar, 

Qandan doymur niyə qancıl adamlar. 

 

Ilk zərbədə Filip geri çəkildi, 



Qan boynundan yaxasına töküldü, 

Son zərbədə onun beli büküldü, 

Bir də vurdu, dəmir döşlük söküldü

Qandan doymur niyə qancıl adamlar. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

829 


 

 

Biri dedi:-Baş aparma çox da sən, 



Toplumunla dörd tərəfdən bənddəsən, 

Dayan yapım xəmirindən kündə mən, 

Qandan doymur niyə qancıl adamlar. 

 

Kimsə dalda Tunqa neçə ox atır, 



Sinəsinə onun iki ox batır, 

Tunq onları əlləriylə bərk tutur, 

Birdən birə o oxları bərk dartır, 

Sinəsini iki yerdən o yırtır, 

Qandan doymur niyə qancıl adamlar. 

 

Tunqun halı bir azcana dəyişir, 



Nərə çəkir öz-özündə bərkişir

O yenidən acıqana dirəşir, 

Vurur, oxçu öz qanına bələşir, 

Qandan doymur niyə qancıl adamlar. 

 

                 *** 



 

Vuruşurlar, didişillər toplumlar, 

Qan tökülməz başbaşılar bir olsa. 

Dalğalanır, aşır canlı divarlar, 

Qan tökülməz başbaşılar bir olsa. 

 

Vuruşlarda beş-beş, on-on düşən kim, 



Ağrısından quru yeri eşən kim, 

Gün altında qalıb leşi bişən kim, 

Dalı üstə gəbərərək şişən kim

Qan tökülməz başbaşılar bir olsa. 

 

Yenə təzə toplum çıxır qarşıdan, 



Bu toplumun Tusər durur başında, 

Düyünlənib, nifrət qoşa qaşında, 

Tusdur, Tusər, igid, qırx beş yaşında, 

Qan tökülməz başbaşılar bir olsa. 

 

 

Tus: 



-Tunqər, Tusam, Tusər, məni sən tanı, 

Atlıların gəldi, tutdu İranı, 

Mən də belə tutacağam Turanı, 

Arxamızda bizim Balasq dayanır, 

Qan tökülməz başbaşılar bir olsa. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

830 


 

 

-Balasqeli yönəldibsən bizə sən, 



Gizlənibsən, çıxmayıbsan üzə sən, 

 Çevrilibsən lap utancaq qıza sən, 

Qan tökülməz başbaşılar bir olsa. 

 

Döyüşlərdə başbaşıdır bicləmə, 



Gürz oynatma boşdur, ona güc demə, 

Bu döyüşdə olacaqsan heçləmə, 

Qan tökülməz başbaşılar bir olsa. 

 

Sən Turparı yandırmısan sınaqda, 



O, şah olub bizdə, şahdır nə vaxtdan

Sir-sifəti çapıq, yanıq, yamaqda, 

Gec-tez İran çıxacaqdır yasaqdan, 

Qan tökülməz başbaşılar bir olsa. 

 

-Siz Hindeldən bizə qaçqın gəldiniz, 



Yalvar-yaxar yer aldınız, qaldınız, 

El oldunuz, diyar adı aldınız, 

Qan tökülməz başbaşılar bir olsa. 

 

Başraq tutub indi bizi vurursuz, 



Yürüş edib bizə qarşı durursuz, 

Nahaq yerə öz-özüzü yorursuz, 

Boş-boşuna böyük İran qurursuz, 

Qan tökülməz başbaşılar bir olsa. 

 

Vergi, xərac üstə düşüb bu dava



Istəmirdi belə olsun el-oba, 

Xuruş, Daryaş, Tusdan qalıb bu hava, 

Qan tökülməz başbaşılar bir olsa. 

 

                 *** 



 

Tunq yeridi irəliyə qılıncla, 

Neçə yüz min qancıl qovur bir qılınc. 

Gedir hərdən bu, irəli, o, geri, 

Neçə yüz min qancıl qovur bir qılınc. 

 

Çəkib qılınc Tus qaldırdı tutağı, 



Ancaq bizuc deşdi onun qırtlağın, 

Qan qızartdı qarış-qarış otlağı, 

Neçə yüz min qancıl qovur bir qılınc. 

 



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə