Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə18/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   14   15   16   17   18   19   20   21   ...   76

53 
 
Malgöndərən  və  daşıyıcın  plomblarından  da  istifadə  edilməsinə  müəyyən  şərtlərlə  yol 
verilir. 
Eyniləşdirilmə  vasitələri  yalnız  gömrük  orqanları  tərəfindən,  yaxud onların icazəsi 
ilə dəyişdirilə və məhv edilə bilər. Bu qayda mal və nəqliyyat vasitələrini məhv edilməsi, 
itirilməsi üçün real təhlükə olduqda və kifayət qədər xarab olması hallarına şamil edilmir. 
Aksızli  mallara  tətbiq  edilən  aksiz  markaları  da  eymiləşdirilmə  vasitələri  hesab 
edilir.  Aksiz  markalarının  tətbiq  edilmə  qaydaları  Az  R-sı  Nazirlər  kabinetinin  22  mart 
1997-ci il tarixlı 24 saylı qərarı ilə təsdiq edilmişdir. 
Mal  və  nəqliyyat  vasitələrini  gömrük  sərhədindən  keçirən  şəxslərin,  gömrük 
brokerlərinin,  yaxud  nəzarəti  gömrük  orqanlarına  həvalə  olunmuş  fəaliyyətlə  məşğul  olan 
digər şəxslərin maliyyə-təsərrüfat  fəaliyyətinin  yoxlanılması  – gömrük məqsədləri üçün 
lazım olan sənəd və məlumatların yoxlanılması kimi gömrük nəzarəti formalarından biridir. 
Icrasına, 
nəzarətinin 
gömrük 
orqanlarına  həvalə  olunduğu 
Az 
R-sı 
Qanunvericiliyinin və Az-nın iştirakçısı olduğu beynəlxalq müqavilələrin şərtlərinin riayət 
edilmədiyini  güman  etməyə  kifayət  qədər  esas  olduqda  maliyyə-təsərrüfat  fəaliyyətinin 
yoxlanılmasından istifadə olunur. 
Qanunvericilik  maliyyə-təsərrüfat  fəaliyyətinin  yoxlanılması  zamanı  gömrük 
orqannının vəzifəli şəxslərinə aşağıdakı səlahiyyətləri verir: 
- gömrük  işinə  və  gömrük  orqanlarının  funksiyalarına  aid  olan  xarici  iqtisadi  və 
digər  təsərrüfat  fəaliyyəti  barədə  istənilən  sənədlər  (bank  sənədləri  daxil  olmaqla)  və 
məlumatın əvəzsiz təqdim edilməsini tələb etmək və onlarla tanış olmaq; 
- vəzifəli şəxslərdən və digərlərindən arayış yazılı və şifahi izahat almaq; 
- müəyyən  edilmiş  formada  tətbiq  edilən  akt  əsasında  sənədləri  -  əgər  onların 
yoxlanılması başqa bir yerdə həyata keçiriləcəksə - götürmək.  
Gömrük  yoxlamasına  məruz  qalan  malları,  nəqliyyat  vasitələrini,  sənədləri  və 
şə
xsləri,  habelə  bu  cür  yoxlamanın  dərəcəsini  müəyyən  etmək  üçün  gömrük  orqanları 
riskləri  təhlil  edir  və  bu  təhlilin  nəticəsinə  əsaslanaraq,  gömrük  nəzarətinin  formasını 


54 
 
müəyyən  edir.  (maddə  101)  gömrük  orqanları  sistemində  risklərin  idarə  edilməsi 
sisteminin tətdiqi qaydaları və formaları Az P-nın DGK tərəfindən müəyyən olunur.  
Risklərin  təhlilinin  adekvatlığını  təmin  etmək  məqsədilə,  DGK-si  gömrük 
orqanlarından, o cümlədən müvafiq beynəlxalq müqavilə əsasında digər ölkələrin gömrük 
xidmətlərindən  malların  və  nəqliyyat  vasitələrinin  göndərişləri  haqqında  ilkin  elektron 
məlumatlar alırlar. 
Beynəlxalq  ticarət-təchizat  zəncirində  yüklərin  etibarlı  və  fasiləsiz  hərəkətinə, 
informasiya mübadiləsinin dəqiq və vaxtında həyata keçirilməsinə əlverişli şərait yaratmaq 
məqsədi ilə gömrük orqanları arasında risklərin idarə edilməsi gömrük orqanlarına riskləri 
daha  səmərəli  idarə  etmək,  beynəlxalq  ticarət-təchizat  zənciri  haqqında  daha  dolğun  və 
ə
traflı informasiya əldə etmək imkanı verir. 
 
5.  Malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında olma  müddəti . 
(maddə 83). 
Gömrük  nəzarəti  predmeti  mal  və  nəqliyyat  vasitələrinin  istənilən  növü  ola  bilər. 
Mallar – istənilən daşınan əmlak, o cümlədən, valyuta, valyuta sərvətləri, elektrik və digər 
enerji növləri və s. ola bilər. 
Sərnişin və malların beynəlxalq daşımalarından istifadə olunan, konteyner və digər 
nəqliyyat avadanlığı da daxil olmaqla bütün vasitələr – nəqliyyat vasitəsi sifətində gömrük 
nəzarəti obyekti olur. 
Digər  məqsədlə  üçün  gömrük  sərhədindən  kecirilən  nəqliyya  vasitələri  əmtəə  kimi 
gömrük nəzarətinə cəlb edilir. 
Bir  qayda  olaraq  mal  və  nəqliyyat  vasitələri  gömrük  nəzarətinin  başlandığı  andan 
onun seçilmiş gömrük proseduruna uyğun olaraq bitməsinə qədər gömrük nəzarəti altında 
yerləşir.  Başqa  sözlə  mal  və  nəqliyyat  vasitələrinin  gömrük  nəzarəti  altında  yerləşməsi 
müddəti bilavasitə seçilmiş gömrük prosedurundan asılıdır.  


55 
 
Gömrük  ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi 
andan başlayaraq aşağıdakı hallardan biri baş verənədək gömrük nəzarəti altında olurlar: 
- sərbəst dövriyyəyə buraxılanadək;  
- məhv edilənədək; 
- dövlətin xeyrinə imtina olunanadək; 
-  malların  dövlət  mülkiyyətinə  keçirilməsi,  yaxud  Gömrük  Məcəllənin  330-cu 
maddəsinə müvafiq olaraq onlar barəsində sərəncam verilməsinədək; 
- mallar və nəqliyyat vasitələri gömrük  ərazisindən faktiki çıxarılanadək. 
İ
xrac  gömrük  proseduru,  daxili  tranzit  və  ya  xaricdə  emal  xüsusi  gömrük 
prosedurları  üçün  bəyan  edilən  daxili  mallar  və  nəqliyyat  vasitələri  müvafiq  gömrük 
bəyannaməsi  gömrük  orqanı  tərəfindən  təsdiq  olunduğu  vaxtdan  başlayaraq,  gömrük 
ə
razisindən  aparılana,  dövlətin  xeyrinə  imtina  ya  məhv  edilənə,  yaxud  gömrük 
bəyannaməsinin  Gömrük  Məcəllənin  154-cü  maddəsinə  (gömrük  bəyannaməsinin  ləğvi) 
uyğun olaraq ləğvinədək gömrük nəzarəti altında olurlar.  
Son  istifadə      xüsusi    gömrük  proseduru  altında  yerləşdirilmiş  mallar  Gömrük 
Məcəllənin  195-ci  maddəsində    nəzərdə  tutulmuş  müddətdə  gömrük  nəzarəti  altında 
olurlar. 
Gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələrindən istifadə olunmasına 
və onlar barəsində sərəncam verilməsinə Gömrük Məcəllə ilə müəyyənləşdirilmiş qaydada 
və  şərtlər  daxilində  yol  verilir.  Əvvəllər  gömrük    ərazisindən  çıxarılmış  malların  və 
nəqliyyat vasitələrinin, yaxud emal məhsullarının gömrük qanunvericiliyinə əsasən mütləq 
qaydada geri qaytarılması nəzərdə tutulduğu hallarda, gömrük orqanları həmin malların və 
nəqliyyat  vasitələrinin,  yaxud  emal  məhsullarının  geri  gətirilməsinə  dair  öhdəliklərin 
şə
xslər  tərəfindən  Gömrük  Məcəllədə  göstərilən  qaydada,  gömrük  prosedurlarının 
şə
rtlərinə uyğun olaraq yerinə yetirilməsinə nəzarəti həyata keçirirlər. 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə