Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə20/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   16   17   18   19   20   21   22   23   ...   76

60 
 

təkrar ixrac; 

məhv etmə; 

dövlətin xeyrinə maldan imtina. 
Öz roluna və yerinə görə ümumi təsərrüfat fəaliyyətində gömrük prosedurları şərti 
olaraq iki qrupa bölmək olar. 
Birinci  qrupa  tənzimləmə  metodları  və  gömrük  vasitələrinin  tam  həcmdə  tətbiq 
edildiyi ümumi xarakterli olan, nisbətən müstəqil və bitmiş kommersiya əməliyyatları kimi 
fəaliyyət göstərir. (1, 2,11,12)  
Ikinci  qrupa  tənzimlənmənin  gömrük-hüquq  normalarından  daha  çevik  istifadə 
ediməsi ilə fərqlənən və bir növ onların xarici iqtisadi fəaliyyət iştirakçılarının tələblərinə 
uyğunlaşdırılmasıının  nəticəsi  kimi  səviyyələnən  gömrük  prosedurları  aiddir.  Bu  növ 
gömrük prosedurları müəyyən iqtisadi mənfəət müəyyənləşdirməklə malların yalnız ciddi 
müəyyən  edilmiş  məqsədlərlə  istifadəsinə  yol  verir.  Belə  prosedurların  tətbiqinə  icazə 
yalnız nəzərdə tutulmuş əməliyyatların keçirilməsinin iqtisadi əsasları olduqda verilə bilər. 
Gömrük  prosedurlarının  istifadəsinin  hüquqi  mexanizmi  gömrük  orqanlarına 
obyektiv  olaraq  kifayət  qədər  səlahiyyət  verilməsini  nəzərdə  tutur.  Bu  ilk  növbədə  öz 
əksini  gömrük  orqanı  tərəfindən  konkret  malın  müəyyən  edilmiş  gömrük  proseduru 
altında  yerləşdirilməsi  barədə  qərar  verməsində  tapır.  Başqa  sözlə  hər  bir  konkret  halda 
xarici  iqtisadi  fəaliyyətin  dövlət  tənzimlənməsinin  ümumi  konsepsiyası  baxımından  bu 
əməliyyatın  mümkünlüyü  və  məqsədəuyğunluğu  nəzərə  alınmaqla  arzu  edilən  gömrük 
əməliyyatına icazə verilməsinə və ya icazə verilməsindən imtina edilməsinə qərar verir. 
Tranzit  xüsusi  gömrük    proseduru  istisna  olmaqla,  icazə  sahibi,  prosedur  sahibi, 
habelə  sərbəst  zonada  malların  saxlancı,  istehsalı,  emalı,  alğı-satqısı  ilə  məşğul  olan 
şəxslər  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada  öz  əməliyyatlarının 
uçotunu aparmalıdırlar. 


61 
 
 Aparılan  uçot  gömrük  orqanları  tərəfindən  müvafiq  gömrük  proseduruna,  o 
cümlədən  həmin  gömrük    proseduru  altında  yerləşdirilmiş  malların  eyniləşdirilməsinə, 
onların  gömrük  statusunun  müəyyənləşdirilməsinə  və  daşınmasına  nəzarətin  həyata 
keçirilməsinə imkan yaratmalıdır. 
Tranzit  xüsusi  gömrük    prosedurundan    başqa,  xüsusi  gömrük  proseduru  altında 
yerləşdirilmiş  mallar  və  ya  emal  olunmuş  məhsullar  növbəti  gömrük  proseduru  altında 
yerləşdirildiyi,  gömrük  ərazisindən  aparıldığı,  tullantılar  qalmadan  məhv  edildiyi  və  ya 
dövlətin xeyrinə imtina edildiyi zaman xüsusi gömrük proseduru başa çatır.  
Tranzit  xüsusi  gömrük  proseduru,  göndərən  gömrük  orqanına  və  təyinat  gömrük 
orqanına  təqdim  olunan  məlumatların  gömrük  orqanları  tərəfindən  müqayisəsi  əsasında 
onun düzgün yerinə yetirildiyi müəyyən edildikdən sonra başa çatır. 
Xüsusi  gömrük  proseduru  başa  çatmadıqda,  gömrük  orqanları  müvafiq  mallarla 
bağlı vəziyyətin tənzimlənməsi üçün bütün lazımi tədbirləri həyata keçirirlər.  
Tranzit xüsusi gömrük proseduru istisna olmaqla, digər xüsusi gömrük prosedurları 
altında  yerləşdirilmiş  mallarla  əlaqədar  prosedur  sahibinin  hüquqları  və  öhdəlikləri 
müvafiq  gömrük  proseduru  üçün  müəyyən  edilmiş  şərtlərə  əməl  edən  digər  şəxslərə  də 
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada verilə bilər.  
2.  Gömrük  Məcəlləsinin  164  maddəsinə  görə  daxili  bazarda  satılma,  istifadə  və  ya 
istehlak  üçün  nəzərdə  tutulan  xarici  mallar  sərbəst  dövriyyə  üçün  buraxılış  gömrük 
proseduru altında yerləşdirilir.  
Sərbəst  dövriyyə  üçün  buraxılış  gömrük  proseduru  aşağıdakıları  şərtlər  daxilində 
həyata keçirilə bilər:  
- qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini;  
- ticarət siyasəti tədbirlərinin tətbiqini;  


62 
 
Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən xarici mallar 
daxili mallar gömrük statusunu alırlar. 
Malların  sərbəst  dövriyyə  üçün  buraxılış  gömrük  proseduru  altında  yerləşdirilməsi 
qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.(136) 
Təkrar  idxal    -  ixrac  olunmuş  mallar  ixrac  edildiyi  vaxtdan  3  (üç)  il  ərzində  eyni 
vəziyyətdə, yəni xarici ölkədə heç bir emala məruz qalmadan gömrük ərazisinə tam və bir 
hissəsi  qaytarıldıqda,  onların  idxal  gömrük  rüsumlarından  və  vergilərdən  tamamilə  azad 
edilməklə və ticarət  siyasəti tədbirləri tətbiq edilmədən, sərbəst dövriyyəyə buraxılışıdır. 
(165) 
Malların gömrük  ərazisinə qaytarılması onları aparmış şəxs tərəfindən deyil, başqa 
şəxs  tərəfindən  həyata  keçirildiyi  zaman  gömrük  orqanları  malların  təkrar  idxalına  DGK 
tərəfindən müəyyən edilmiş hallarda icazə verir. 
Malların  təkrar  idxal  gömrük  proseduru  altında  yerləşdirilməsinə  onların  ixracı 
zamanı geri qaytarılması ehtimalı barədə gömrük orqanlarına bildirib bildirilməməsindən 
asılı olmayaraq icazə verilir. 
Malların  təkrar  idxal  gömrük  proseduru  altında  yerləşdirilməsinə  nəzarətin  təmin 
edilməsi  məqsədi  ilə  gömrük  orqanlarının  təkrar  idxal  olunan  malların  gömrük  
ərazisindən aparıldığı gömrük orqanına təqdim olunmasını tələb etmək hüququ vardır. 
  Daxili malların ixracı (127). 
Gömrük    ərazisindən  kənarda  daimi  qalması  üçün  aparılan  daxili  mallar  ixrac 
gömrük proseduru altında yerləşdirilir.  
Ixrac gömrük proseduru altında yerləşdirilməsi aşağıdakı mallara tətbiq edilmir: 
-  son  istifadə  və  ya  xaricdə  emal  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilmiş 
mallara;  


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə