Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə38/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   34   35   36   37   38   39   40   41   ...   76

118 
 
-  gömrük  məqsədləri  üçün  lazım  olan  sənədləri  və  məlumatları  gömrük 
orqanlarına təqdim etmək;  
- gömrük ödənişlərini ödəmək;  
- gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək. 
Bəyannaməçinin  gömrük  bəyannaməsini  gömrük  orqanlarına  təqdim  etməzdən 
əvvəl  malları  və  nəqliyyat  vasitələrini  gömrük  nəzarəti  altında  müayinə  etmək,  onları 
ölçmək, həmçinin gömrük orqanlarının icazəsi ilə onlardan prob və nümunələr götürmək 
hüququ vardır.  
Gömrük  bəyannaməsi  məlumatların  elektron  emalı  üsullarından  istifadə 
olunmaqla  gömrük  orqanlarına  təqdim  edilir.  Malların  bəyan  edildiyi  gömrük  rejimi 
altında  yerləşdirilməsi    üçün  tələb  olunan  müvafiq  sənədlər  də  həmin  qaydada  təqdim 
oluna bilər. 
2.  Bəyanetmə  qanunvericilikdə  nəzərdə  tutulmuş  hallarda  şifahi,  kağız  üzərində 
yazılı  formalarda  və  ya  müvafiq  malların  gömrük  rejimi  altında  yerləşdirilməsinə  şərait 
yaradan digər üsullarla da həyata kecirilə bilər. 
Gömrük    ərazisinə  gətirilən  mallara  dair  gömrük  bəyannaməsi  həmin  mallar 
gömrük    ərazisinə  gətirilən  yerdəki  gömrük  orqanına,  daxili  tranzit  xüsusi  gömrük 
proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 
(on beş) gündən gec olmayaraq verilməlidir.  
Bu  göstərilən  müddət    bəyannaməçi  tərəfindən  müvafiq  sənədlərin  və 
məlumatların  toplanması  üçün  kifayət  etmədikdə,  onun    əsaslandırılmış  müraciəti  
əsasında  gömrük  orqanı  həmin  müddəti  uzadır.  Gömrük  bəyannaməsinin  təqdim 
edilməsi  müddətinin  uzadılmasına  malların  müvəqqəti  saxlanc  xüsusi  gömrük  rejimi 
altında qalma müddəti çərçivəsində yol verilir. 


119 
 
Gömrük    ərazisindən  aparılan  mallara  dair  gömrük  bəyannaməsi  həmin  mallar 
gömrük  ərazisindən çıxarılarkən verilməlidir.  
Malları daşıyan nəqliyyat vasitələri mallarla eyni vaxtda bəyan edilir. Dəniz, çay və 
hava  gəmiləri  gömrük  ərazisində  daxil  olduqları,  yaxud  yola  düşdükləri  su  və  hava 
limanında  bəyan  edilir.Yüksüz  və  sərnişinsiz  nəqliyyat  vasitələri  gömrük  sərhədindən 
keçərkən bəyan edilir. 
Gömrük  bəyannaməsi  malların  bəyan  edildiyi  gömrük  rejimi  tətbiqi  üçün  lazım 
olan  bütün  məlumatları  özündə  əks  etdirməlidir.  Elektron  formada  təqdim  olunan 
gömrük bəyannaməsində elektron imza və ya bəyannaməçinin eyniləşdirilməsinə imkan 
verən  digər  vasitələr  olmalıdır.  Kağız  üzərində  yazılı  formada  təqdim  olunan  gömrük 
bəyannamələri  bəyannaməçi  tərəfindən  imzalanmalı,  hüquqi  şəxs  olan  bəyannaməçi 
tərəfindən həmçinin möhürlə təsdiq edilməlidir. 
Gömrük bəyannaməsinin forması və malların bəyan edildiyi gömrük rejimi altında 
yerləşdirilməsi  üçün  onunla  birgə  təqdim  olunan  sənədlərin  siyahısı    müvafiq  icra 
hakimiyyəti orqanı tərəfindən müəyyən edilələk rəsmi nəşrlərdə dərc olunur və müvafiq 
icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir.   
 
 
3.  Mallari  gömrük  sərhədindən  keçirərkən  bəyanetmə  zamanı  fiziki  şəxslər 
tərəfindən  istehsal  və  kommersiya  məqsədləri  üçün  nəzərdə  tutulmayan  mallar  istisna 
olmaqla  Yük  Gömrük  Bəyannamədən  istifadə  olunur.  Yük  gömrük  Bəyannaməsinin 
doldurulma Qaydaları 1998-ci il tarixli 027 saylı əmri ilə təstiq olunmuşdur. 
YGB dəsti 4 dəstləşdirilmiş əsas vərəqdən, və əlavə vərəqlərdən ibarətdir. Barter 
əməliyyatlarının rəsmiləşdirilməsi zamanı YGB dəsti 5 nüsxədən ibarət olur. 


120 
 
YGB-nin əsas vərəqi eyni bir gömrük rejimi tətbiq olunan eyniadlı mallar haqqında 
məlumatları göstərmək üçün istifadə olunur. 
Bir necə adda olan malların bəyan olunması zamanı əsas JGB-nin ayrılmaz hissəsi 
olan  əlavə  vərəqlərdən  istifadə  edilir.  Əlavə  vərəqlərin  hər  biri  3  adda  malı  bəyan 
etməyə imkan verir. 
Bir  YGB-də  100-ə  qədər  adda  olan  mallar  barəsində  (eyni  zamanda  əsas  vərəqə 
33-dən artıq əlavə vərəq əlavə oluna bilməz) məlumat bəyan oluna bilər. 
 YGB-də pozub-düzəltmə və qaralama olmamalıdır. Düzəlişlər yanlış məlumatların 
üzərindən  xətt  çəkilməklə,  düzgün  məlumatları  yazmaqla  edilir.  Hər  bir  düzəliş 
səlahiyyətli şəxsin imzası və bəyannaməçinin möhürü ilə təsdiq edilir. 
Keyfiyyətsiz  şəkildə  doıdurulmuş  YGB-lərə  gömrük  orqanları  tərəfindən  gömrük 
bəyannaməsi kimi baxılmır. 
YGB-nin əsas vərəqinin arxa tərəfdə digər nəzarət orqanlarının ştamplar vurması 
və qeydlər aparılması üçün icazə verilir. 
 Gömrük  orqanı  YGB-nin  əsas  vərəqəsinin  7-ci  qrafasında  və  hər  bir  A  qrafasının 
aşağı hissəsinə qeydiyyat nömrəsi, YGB-nin qəbul tarixini yazmaqla, bəyannamə və əlavə 
vərəqləri qeydiyyatdan keçirir. 
YGB-nin verəqləri aşağıdakı qaydada bölüşdürülür: 
-  birinci vərəq – gömrük orqanında və xüsusi arxivdə saxlanılır; 
-  ikinci vərəq – gömrük statistika şöbəsində qalır; 
-  üçüncü vərəq – bəyannaməçiyə qaytarılır; 
-  dördüncü vərəq: 
a)  malların  ixracı  zamanı  bəyannaməçiyə  -  yük  göndərənə  qaytarılaraq,  mal 
müşayiət  sənədlərlə  birlikdə  sərhəd  gömrük  büraxılış  məntəqəsinin 
fəaliyyət bölgəsində yerləşən gömrük orqanına göndərilir; 


121 
 
b)  malların idxalı zamanı – gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük 
orqanının gömrük dəyəri şöbəsində qalır. 
YGB-nin  əsas  vərəqləri  54  rəqəmli  və  4  (A,  B,  C,  D)  hərifli  qrafaları  özündə 
birləşdirir. 
Yük Gömrük Bəyannaməsinə əlavə olunan sənədlər 
• 
Müqavilə  baglıyan  təşkilatın  sənədləri:    təşkilatın  nizamnaməsi,  təsisedici 
müqaviləsi,  arayışlar:dövlət  statika  komitəsindən,vergi  orqanlarda  qeydiyyatdan 
kecməsi  barədə,  yerin  icarə  müqaviləsi,  bəyanməçiyə  verilən  etibarnaməsi,  broker 
müqaviləsi,son  dövr  üzrə  mühasibat  balansı,  müəssisənin  direktor  və  baş  mühasib 
vəzifələrinə  təyin  edilməsi  barədə  qərar,  bankda  hesabat  açmaq  barəsində  arayışlar, 
müəssisənin  ümumi  direktorun,  baş  mühasidin  və  bəyannaməçinin  vəsiqələrin 
sürətləri.  
• 
Mal  müşayiət  sənədləri:  alqı-satqı  müqaviləsi,  spesifikasiya,  texniki 
sənədlər  (mallın  vəsiqəsi,  təsviri,  formulyarlar),  invoys  (hesab-faktura),yüklənmə 
spesifikasiyası,  qablaşdırma  vərəqi,  yüklənmə  orqeri,  sigorta  polisi,    lisenziya, 
mənşəiyət  sertifikatı  –  forma  “A”,  “ST-1”,  uyğunlug  sertifikatı,  keyfiyyət 
sertifikatı,təhlükəsizlik 
sertifikatı,fitosanitar, 
baytarlıq 
sertifikatı. 
Nəqliyyat-daşınma  sənədləri: daşınma müqaviləsi, konosament, karnet TİR-BYD, mal-
nəqliyyat  fakturası-  aviayük,  dəmiryol,  avtonəqliyyat.,baqaj  qəbzləri,  vaqon  vərəqləri, 
yol 
cədvələri. 
 Bank-ödəmə  sənədləri:  hesab  –  ödəniş  tələbi,  akkreditiv  məktubu,  inkasso  tapşırıgı, 
gömrük  ödənişləri  ödənilməsi  üzrə  ödənc  tapşırığı,  idxal  sövdələşmə  vəsiqəsi,  bank 
təminatı. 
Ayrı-ayrı  sənədlər  üzrlü  səbəblərə  görə  gömrük  bəyannaməsi  ilə  birlikdə  təqdim 
edilə  bilmədiyi  hallarda,  bəyannaməçinin  yazılı  müraciəti    əsasında  gömrük  orqanları 
həmin sənədlərin gömrük bəyannaməsi təsdiq edildikdən sonra təqdim edilməsinə icazə 
verirlər.  Bu  Məcəllədə  ayrı-ayrı  sənədlərin  təqdim  edilməsi  üçün  daha  qısa  müddət 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə