Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə46/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   42   43   44   45   46   47   48   49   ...   76

146 
 
6)  Qəza və daqıntıların, təbii fəlakətlərin nəticələri aradan qaldırılması məqsədi 
ilə  və  ya  humanitar  yardım  kimi  Az  R-nın  gömrük  ərazisinə  gətirilən  və  bu  ərazidən 
çıxarılan mallar; 
7)  Texniki  yardım  da  daxil  olmaqla  təmənnasız  yardım  və  xeyriyyə  məqsədi  ilə 
dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə Az R-nın gömrük ərazisinə 
gətirilən və ya bu ərazidən çıxarılan mallar; 
8)  Üçüncü ölkələr üçün nəzərdə tutulmuş və Az R-nın gömrük ərazisindən tranzit 
proseduru ilə gömrük nəzarəti altında keçən mallar; 
9)  Az R-nın Gömrük Məcəlləsinə uyğun olaraq Az R-nın gömrük ərazisindən fiziki 
şəxslər tərəfindən istehsal və kommersiya təyinatı olmayan və yalnız şəxsi istifadə üçün 
cıxarılan mallar; 
10) 
Istehsalın  təşkili  üçün  Az  R-nın  gömrük  ərazisinə  gətirilən  texnika, 
texnoloji avadanlıq və qurumlar, investisiya təyinatlı digər məhsullar. 
5.  Malın  mənşə  ölkəsinin  müəyyən  edilməsinin  hüquqi  əsasları  “Gömrük  tarifi 
haqqında”  Az  R-nın  Qanunu  ilə  (24-32  maddələr)  təsbit  edilmişdir.  Onlar  gömrük 
əməliyyatlarının sadələşdirilməsi və unufukasiyası Kyoto Konvensiyasında öz əksini tapmış 
beynəlxalq təcrübəyə əsaslanır. 
Gömrük  qanunvericiliyi  “mənşə  ölkəsi”  anlayışının  daha  geniş  mənada,  yəni  mənşə 
yeri mənasında istifadəsinə yol verir. 
 Mənşə ölkəsi tərmini bununla yanaşı malın tamamiylə istehsal edildiyi, yahud kifayət 
qədər emal edildiyi ölkə başa düsülür. 
Beynəlxalq  gömrük  hüququnun  mühüm  mənbələrindən  biri  olan  gömrük 
əməliyyatlarının  sadələşdirilməsi  və  harmonikləşdirilməsi  barədə  Kyoto  Konvensiyasında 
mənşə ölkəsinin təyini üçün beynəlxalq ticarət təcrübəsində istifadə edilən üç əsas məyar 
müəyyən edilmişdir. 


147 
 
1. 
Emaledilmə  meyarı  idxal  malların  verilmiş  ölkələrin  ərazisində  elə  yenidən 
emal  dərəcəsini  nəzərdə  tutur  ki,  malın  əmtəə  təsnifatında  mövqeyini  dəyişir,  yəni 
gömrük  tarifinin  tətbiq  edildiyi  bir  mal  mövqeyindən  diqərinə  keçirir.  Malın  onu  yeni 
təsnifat mövqeyinə keçirən yenidən emalı əsas verir ki, emalın (yenidən emalın) həyata 
keçirildiyi  ölkənin  ərazisindən  çıxmış  yeni  mal  kimi  baxılması  və  bu  ölkənin  mənşə 
ölkəsi kimi hesab edilməsi mümkün olsun. 
2. 
Faiz tərkibi meyarı mehsulun axır dəyərində xarici material və komponentlərin 
son hədlərini müəyyən edir. 
3. 
Mənşə ölkəsinin yalnız malın tam istehsal edildiyi ölkə hesab ediləcək malların 
siyahısının  müəyyən  edilməsi.  Belə  mallara  faydalı  qazıntılar,  canlı  heyvanlar,  heyvan 
mənşəli məhsullar, balıq məhsulları, həmcinin sadalanan məhsullardan istehsal edilən 
bütün mallar. 
Gömrük  tarifi  haqqında  Az  R-nın  Qanunun  26-cə  maddəsində  tamamilə  həmin 
ölkədə istehsal edilmiş sayılan malların siyahısı verilmişdir. 
Bununla yanaşı malın mənşəyinin təyin edilməsində kifayetedici emal meyarından 
malın  istehsalında  iki  və  daha  artıq  ölkə  iştirak  etdikdə  istifadə  edilir.  Bu  meyara  görə 
malın  mənşəyi  onun  axırıncı  kifayət  qədər  emala  məruz  qaldığı,  yəni  mala  səciyyəvi 
xassələr verilə bildiyi qədər emala məruz qaldığı ölkə hesab edilir. 
Kifayət qədər emal dilmə meyarının ifadə formaları aşağıdakılar ola bilər: 
1. 
mal  mövgeyinin  dəyişilməsi  qaydası  –  emal  nəticəsində  əmtəə 
nomenklaturası  üzrə  təsnifat  kodunun  hər  hansı  ilk  dörd  rəqəm 
səviyyəsində dəyişılməsi; 
2. 
advalor  hissə  qaydası  –  malın  dəyərinin  istifadə  edilən  malların  və  ya 
əlavə edilmiş faiz payının qiymətin müəyyən hissəsinə çatdığı səviyyədə 
dəyişməsi; 


148 
 
3. 
malın müəyyən mənşə ölkəsindən olduğunu hesab etməyə kifayət edən, 
yaxud  kifayət  etmədən  istehsal  və  ya  texnoloji  proseslərin  siyahısının 
tərtib edilməsi. 
Malın hər hansı ölkənin gömrük ərazisindən mənşələndiyinin təstiqi kimi gömrük 
orqanlarına malın mənşə sertifikatı təqdim edilməlidir. 
 
6. 
İqtisadi  təhlükəsizliyin  təmin  olunması  hər  bir  dövlətin  mühüm  milli  prioritet 
göstəricilərindəndir.  Ənənəvi  olaraq  iqtisadi  təhlükəsizlik  iqtisadi  sistemin  zəruri  keyfiyyət 
göstəricisi kimi qiymətləndirilir ki, bu da əhalinin yüksək həyat səviyyəsinin təmin edilməsini, 
müxtəlif  tənzimləmə  vasitələrilə  iqtisadiyyatın  inkişaf  etdirilməsini,  habelə  milli  dövlət 
maraqlarının  ödənilməsini  nəzərdə  tutur.  Iqtisadi  təhlükəsizlik  göstəricisi  mürəkkəb  daxili 
struktura malıkdir ki, bunun da 3 əsas ünsürunu qeyd etmək lazımdır: 
1) 
İqtisadi  azadlıq  mütləq  məna  daşımır,  ona  görə  ki,  beynəlxalq  əmək  bölgüsü 
müxtəlif  ölkələrin  milli  iqtisadyyatını  bir-birindən  aslıl  vəziyyətə  salır.  Belə  bir  şəraitdə 
iqtisadi  azadlıq  milli  sərvətlərə  nəzarət  edilməsinin,  müəyyən  bir  məhsulun  istehsalının, 
səmərəliliyinin  və  keyfiyyətinin  elə  səviyyəyə  çatdırılmasıdır  ki,  həmin  məhsul  beynəlxalq 
ticarətdə bərabər şərtlərlə iştirak etsin və rəqabət qabiliyyətliyini saxlasın. 
2) 
Milli  iqtisadiyyatın  sabitliyinin,  müxtəlif  mülkiyyət  formalarının  və  sahibkarlıq 
fəaliyyətinin inkişafı üçün əlverişli şərait yaradılmasını təmin etmək, qeyri-sabitliyə səbəb ola 
bilən neqativ halların və sosial partlayışlar yarada bilən amillərin qarşısının alınması. 
3) 
Investisiya və innovasiya proseslərinin inkişafı, istehsalın modernləşdirilməsi üçün 
münbit şəraitin yaradılması, işçilərin ixtisaslaşması və təhsil səviyyəsinin yüksəldilməsi. 
Iqtisadi  təhlükəsizlik  dedikdə,  milli  iqtisadiyyatın  dinamik  inkişafına  şərait  yaradan, 
dövlətin,  cəmiyyətin  və  onun  hər  bir  üzvünün  tələbatını  ödəmək  qabiliyyətində  olan,  daxili 
və  xarici  bazarda  rəqabət  qabiliyyətini  təmin  edə  bilən,  müxtəlif  təhlükə  və  itkilərin 
təmanatçısı kimi çıxış edən daxili və xarici amillərin məcmusu başa düşülür. 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə