Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə47/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   43   44   45   46   47   48   49   50   ...   76

149 
 
Iqtisadi  təhlükəsizliyin  təmin  edilməsi  iqtisadi  və  inzibati  metodlarla,  habelə  xarici 
ticarətin  tam  liberallaşdırılmasına  tarif  və  qeyri-tarif  üsulu  ilə  həyata  keçirilir.  Iqtisadi 
metodlarla  dövlət  tənzimlənməsi  xarici  iqtisadi  siyasətsahəsində  iqtisadi  vasitələrin 
öyrənilməsinə və tətbiqinə əsaslanır.  
 Gömrük tarifləri bütün ölkələrdə tətbiq edilən və bütün mal qrupları əhatə edən xarici 
ticarət  münasibətlərinin  yeganə  iqtisadi  tənzimləmə  vasitəsidir.  Idxalın  və  ələcə  də  ixracın 
səmərəli  şəkildə  tənzimlənməsində  gömrük  tariflərin  rolu  böyükdür.iqtisadi  inteqrasiya 
proseslərinin  nəticəsi  olaraq  gömrük  tarifləri  iqtisadi  birlik  ölkələrinin  xarici  ticarət 
münasibətlərinin ümumi qaydada tənzimlənməsində tətbiq edilir. 
Gömrük  tarifləri  rəsmi  dövlət  orqanları  ilə  milli    sahibkarlar  ittifaqlarının  qarşılıqlı 
razılaşması  əsasında,  habelə  dövlətlərarası  beynəlxalq  ticarət  sazişlərinin  prinsipləri  və 
normativ aktlarına uyğun olaraq işlənilir 
 
 


150 
 
8. Gömrük ödənişlərinin hesablanması və ödənilməsi. 
Suallar: 
1.  Gömrük ödənişlərin növləri. 
2.  Gömrük ödənişlərin hesablanması. 
3.  Gömrük ödənişlərinin ödənilməsinin təmin edilməsi və ödənilməsi. 
4.  Gömrük ödənişlərindən azad olunma. 
5.  Gömrük ödənişlərinin tutulması və ödəyicilərin məsuliyyəti. 
6.  Gömrük borcu və təminat. 
 
1.  Dünyada  olan  hər  bir  ölkənin  dövlət  büdcəsi  iki  əsas  mənbəyi  üzərində 
formalaşır  -  vərgilər  və  gömrük  ödənişlərin  sisteminə.  Gömrük  ödənişləri  gömrük 
sərhədindən  keçirilən  idxal-ixrac  maların  axınlarına  maliyyə  xarakterli  təsirlərin 
məcmusu nəzərdə tutulur. Onlar xarici ticarətinin gömrük-tarif və vergi tənzimlənməsi 
mexanizmlərin  fəaliyyətinə  əsaslanır,  məcburi  ödənilməsinə  aidlər  və  gömrük 
xidmətinin səlahiyyətlərinə daxildir.      
Âåðýèëÿð  äþâëÿòèí  þç  ôóíêñèéàëàðûíû  ècðà  åòìÿñèíäÿí  þòðö  çÿðóðè  îëàí,  áó  þëêÿíèí 
ãàíóíâåðècèëèéèíèí òàáåëèéèíäÿ îëàí ôèçèêè âÿ ùöãóãè øÿõñëÿðäÿí äþâëÿò âÿ éåðëè ùàêèìèééÿò 
îðãàíëàðû òÿðÿôèíäÿí ìÿcáóðè ãàéäàäà òóòóëàí âÿñàèòëÿðäèð. 
Âåðýèëÿð èãòèñàäèééàòûí èíêèøàôûíäà ãöäðÿòëè áèð èãòèñàäè àëÿò êèìè ôÿàëèééÿò ýþñòÿðèð, î, 
ýÿëèðëÿðèíèí  âÿ  ìàëèééÿ  ðåñóðñëàðûíûí  éåíèäÿí  áþëýöñö  ÿìÿëèééàòûíû  éåðèíÿ  éåòèðèð.  Âåðýè 
ìöíàñèáÿòëÿðè, áèð òÿðÿôinäÿí ùöãóãè, äèýÿð òəðÿôinäÿí èãòèñàäè ìöíàñèáÿòëÿðè òÿíçèì åäèð. 
G
ömrük  ödənişləri  malların  və  nəgliyyat  vasitələrinin  gömrük  sərhədindən 
kəçirilməsi    prosesində  iştirak  edən  şəxslərdən  gömrük  orqanları  tərəfindən  yığılan  pul 
vəsaitlər  təşkil  edir.  Ödənişlərin  verilməsi  xarici  ticarət  ilə  bağlı  olan  əməliyyatların 
(mütəşəkkil, yada qeyri mütəşəkkil) həyata keçirilməsinin əsas şərtlərindən biridir. 
Gömrük  Məcəllənin  224  maddəsində,  Azərbaycan  Respublikasının  Vergi 
Məcəlləsində,  “Gömrük  tarifi  haqqında”,  “Dövlət  rüsumu  haqqında”  Azərbaycan 
Respublikasının  qanunlarında  və  müvafiq  icra  hakimiyyəti  orqanlarının  normativ  hüquqi 
aktlarında  nəzərdə  tutulmuş  hallarda  gömrük  orqanları  tərəfindən  aşağıdakı  gömrük 
ödənişləri alınır: 
- gömrük rüsumları; 
- əlavə dəyər vergisi ; 
-  aksizlər; 
- yol vergisi; 


151 
 
- - məlumatlandırma və məsləhət verməyə görə haqq;  
- dövlət rüsumu. 
- gömrük yığımları, o cümlədən: 
-  gömrük  işini  aparan  icra  hakimiyyətli  orqanı  tərəfdən  lisenziyaların  verilməsi  və 
lisenziya fəaliyyətinin bərpa edilməsinə görə yığımlar; 
-  gömrük  rəsmiləşdirilməsi  üzrə  mütəxəssislərə  ixtisas  attestatlarının  verilməsi  və 
attestatların fəaliyyətinin bərpa edilməsinə görə yığımlar; 
- gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlar; 
- malların saxlancına görə gömrük yığımları; 
- malların gömrük müşayiətinə görə gömrük yığımları; 
- digər gömrük ödənişləri. 
Lakin  gömrük  ödənişlərin  siyahısı  ətalətli  deyil,  o  Gömrük  Məcəlləsinə  görə 
genişlənir  və  təzələnir.  Gömrük  ödənişlərin  kateqoriyasına  digər  yığımlar  da  aid  oluna 
bilərlər.  Məsələn,  fiziki  şəxslər tərəfindən  ödənilən,  yada  kommersiya  bankların,  gömrük 
brokerlərin,  daşıyıcıların,  ambarların  DGK-nin  müvafiq  reyestrlərinə  daxil  olmasına  görə 
yığılan, XİF iştrakcılarının məlumatlandırılmasına və konsultasiya verməsinə görə yığılan 
ödənclər.  Gömrük  ödənişləri  hüquqi  şəxslərdən  və  hüquqi  şəxs  yaratmadan  fəaliyyət 
göstərən sahibkarlardan alınır. 
Gömrük ödənişləri öz hüquqi təbiyətinə və iqtisadi məzmununa görə fərqlənirlər. Bu 
göstəriri  ki,  ödənişlər  öz  mahiyyətində  vergi  xüssusiyyətinə  malikdirsə,  onlar  yalnız 
respublika  qanunlarında  əks  olunan  qaydalara  uyğun  olaraq  alına  bilərlər  (gömrük  və 
xüsusi rüsumlar, ƏDV, aksizlər, gömrük yığımlarının bir hissəsi) və vergilərin xassələrini 
özündə əks etdirmiyən ödənişlər isə (müxtəlif xidmətlərin göstərilməsinə görə alınan haqq) 
Az R-sı hökumətinin normativ aktları ilə nizamlanır. 
Gömrük  ödənişlərinin  əsas  növlərində  idtisadi  tərkibinin  olması  idxal  mallarının 
qiymətinə dolayı  yolla təsirini, onların qiymətini baxalaşmağını və eyni zamanda rəqabət 
qabiliyyətini  aşağı  salınmasını  təstiq  edir.  Baxmıyaraq  ki  daxili  qanunvericilik  vergi  və 
rüsum  arasında  aydın  hədd  qoymır,  gömrük  rüsumu  dolayı  vergilərinin  bir  növü  kimi 
qiymətləndirmək  olar.  Eyni  zamanda  vergi  təşkilatlardan  və  fiziki  şəxslərdən  onların 
mülkiyyət  hüququ  əsasında,təsərüfat  ixtiyarında  yada  operativ  rəhbərlik  altında  olan  pul 
vəsaitlərinin  özgəninkiləşdirilmə  formasında  dövlətin  fəaliyyətinin  maliyyələşdirilmə 
məqsədi ilə onun xeyrinə fərdi əvəzsiz ödənc kimi təfsir olunur. 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə