155
- müvəqqəti saxlanca yerləşdirilmiş mallarının itirilməsi yada gömrük orqanlarının
icazəsi olmadan təhvil verilməsi halda müvəqqəti saxlanc anbarının sahibi;
- saxlanılan malların itirilməsi, yada gömrük orqanının icazəsi olmadan təhvil
verilməsi halda gömrük anbarının sahibi;
- gömrük ərazisində malların emalına görə icazəni almiş yada emala görə icazəsini
təhvil almış şəxs;
- gömrük ərazisində kənarda malların emalına görə icazəni almiş şəxs;
- rüsumsuz ticarət mağazasının sahibi;
- müvvəqəti idxal üçün icazə almış yada müvəqqəti idxal olunmuş malların təhvil
almış şəxs;
- gömrük sərhədindən malların və nəqliyyat vasitələrin qanunsuz qaydada keçirilən
şə
xs;
- malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən qanunsuz keşirilməsində
iştirak edən şəxslər, əgər bu cür keçirilməsinin qeyri-qanuni olmadığı barəsində bilirdirlər
yada bilməlidirlər;
- malların səhlənkər alıcıları yəni malların alınması zamanı onların qeyri-qanunu
ölkəyə gətirilməsi barəsində məlumatları olduğuna baxmıyaraq malları və nəqliyyat
vasitələrini öz mülkiyyətinə keçirilən şəxslər;
- beynəlxalq poçt göndərişləri həyata keçirilməsinə görə gömrük orqanının icazəsini
itirmiş yada icazə olmayan fəaliyyət göstərən poçt rabitə təşkilatı.
2. Gömrük rüsumunun, aksizlərin və gömrük yığımıarının hesablanması üçün
“Gömrük tarifi haqqında” Az R-sı Qanuna uyğun olaraq müəyyən edilən malların və
nəqliyyat vasitələrinin gömrük dəyəri əsas götürülür.
Mal qismində Azərbaycan R-nın gömrük sərhədindən keçirilən nəqliyyat vasitələri
də daxil olmaqla malların, o cümlədən müşayiət olunmayan baqajda, beynəlxalq poçt
göndərişlərində keçirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların və
yüklərin, həmçinin nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinə görə gömrük
dəyərinin 0,15% miqdarında (həmin tarixə Az R-nın Mərkəzi Bankı tərəfindən müəyyən
edilən məzənnəyə görə 10 ABŞ dollarından az olmayaraq) gömrük yığımı hesablanır.
Bir neçə adda olan malların bəyan olunması zamanı əsas YGB-nın ayrılmaz hissəsi
olan əlavə vərəqlərdən istifadə olunur. Bu zaman YGB-nın hər bir əlavə vərəqi üçün
156
sövdələşmə xarakterindən asılı olmayaraq 5 ABŞ dolları məbləgində Az R-nın Mərkəzi
Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla ödənc hesablanır.
Azərbaycan R-nın gömrük sərhədindən tranzit gömrük proseduru altında keçirilən
malların gömrük rəsmiləşdirilməsinə 30 ABŞ dolları, hər əlavə tranzit YGB-ləri üçün 10
ABŞ dolları miqdarında Az R-sı Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnəyə
görə manatla gömrük yığımları hesablanır.
Fiziki şəxslər tərəfindən Az R-nın gömrük ərazisinə gətirilən (o cümlədən müvəqqəti
gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə:
- yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün – 20 ABŞ dolları;
- digər nəqliyyat vasitələri üçün 15 ABŞ dolları məbləğində Mərkəzi Bank
tərəfindən müəyyən edilən məzənnəyə uyğun olaraq manatla ödənc hesablanır.
Saxlanca görə gömrük yığımları saxlanca verilmiş malların və nəqliyyat vasitələrinin
orta dəyərindən asılı olaraq Az R-sı Malıyyə Nazirliyi ilə razılaşdırılmaqla Dövlət Gömrük
Komitəsi tərəfindən müəyyən edilən miqdarda hesablanır.
Gömrük ödənişlərinin ödəyiciləri, gömrük ödənişlərinin hesablanması, alınması və
hesablara daxil edilməsi, ödənilmə müddətinin uzadılması, gömrük ödənişlərinin
qaytarılması qaydaları, gömrük borcu, gömrük borcunun ləğvi, malların gömrük
dəyərləndirilməsi, gömrük borcunun ödənilməsinin təmin edilməsi üsulları və onlardan
istifadə, həmçinin gömrük ödənişləri ilə bağlı güzəştlər və başqa məsələlər Gömrük Məcəllə
və digər normativ hüquqi aktlarla müəyyən edilir.
Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə
tutulmayan mallar keçirilərkən gömrük ödənişləri müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi sadələşdirilmiş qaydada alınır.
Bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi
fəaliyyətin mal nomenklaturasına uyğun kodu əsas götürülür.
Gömrük rüsumlarının dərəcələri göstərilməklə, bu dərəcələrin həm malların adları,
həm də kodları üzrə axtarışının həyata keçirilməsinə, qanunla nəzərdə tutulmuş digər
gömrük ödənişlərinin məbləğlərinin öyrənilməsinə imkan verən, malları gömrük
sərhədindən keçirən şəxslərin istifadəsi üçün nəzərdə tutulan və istifadəsi sadə olan
elektron avadanlıqlar gömrük sərhəd buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi
yerlərdə yerləşdirilməlidir.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq gömrük orqanları
tərəfindən Gömrük Məcəllənin 228-230-ci maddələrində göstərilən vergilər alınır. (ƏDV,
aksiz, yol vergisi)
157
Gömrük orqanları tərəfindən alınan vergilərin ödəyiciləri, vergilərin hesablanması və
ödənilməsi qaydaları, vergilərdən azaedilmə, ödənişlərə möhlət verilmə və onların
qaytarıldığı hallar və qaydalar Gömrük Məcəllə və Vergi Məcəlləsi ilə tənzimlənir.
Gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallara əlavə dəyər vergisi
Gömrük Məcəlləyə və Vergi Məcəlləsinə uyğun olaraq tətbiq edilir.
Gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallara aksizlər Gömrük
Məcəlləyə və Vergi Məcəlləsinə uyğun olaraq tətbiq edilir.
Yol vergisi (230) Gömrük Məcəlləyə və Vergi Məcəlləsinə əsasən xarici dövlətlərdə
qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olarkən, yol vergisi tətbiq
edilir.
Yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük
ə
razisinə daxil olan zaman gömrük orqanları tərəfindən tutulur və bir bank günü ərzində
dövlət büdcəsinə köçürülür.
Azərbaycan R-nın gömrük ərazisinə gətirilən bir qrup mallardan “Aksizlər
haqqında” Azərbaycan Respublikası qanununa, və Nazirlər Kabinetinin müvafiq qərarına
uyğun olaraq aksiz vergisi tutulur.
Azər R-sı ərazisinə gətirilən aksizli malların siyahısı Milli Məclis tərəfindən
müəyyən edilir.
Aşağıdakılar vergitutma obyekti hesab olunur:
- bəyanedilmə tarixdən asılı olmayaraq MBD üzvü olan dövlətlərin (Gürcüstan,
Qazaxıstan, Özbəkistan respublikaları istisna olmaqla) hüdudlarından kənarda
istehsal edilmiş, Az R-na gətirilən, istehsal buraxılış tarıxdən bir ilə qədər keçmiş
minik avtomobillərinin gömrük dəyəri;
- MBD üzvü olan ölkələrin istehsalı (mənşə sertifikatı) olub MBD dövlətləri
hüdudlarından gətirilən istehsal buraxılışı tarixindən bir ilə qədər keşmiş minik
avtomobillərinin (tarixdən asılı olmayaraq) gömrük dəyəri;
- mənşə və gətirildiyi ölkədən asılı olmayaraq Qaydaların 2 №-li Əlavəsində
göstərilən neft məhsullarının gömrük dəyəri;
- MDB dövlətlərinin istehsalı olmayan, Qaydaların 2 №-li Əlavəsində göstərilən
spirtli içkilər və tütün məmulatlarının gömrük dəyəri (bu zaman nəzərə
alınmalıdır ki, MDB dövlətlərinin istehsalı olan spirtli içkilər və tütün
məmulatları MDB dövlətləri hüdudları kənarından gətirildikdə ümumi qaydada
aksiz vergisinə cəlb olunur).
Dostları ilə paylaş: |