Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə48/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   44   45   46   47   48   49   50   51   ...   76

152 
 
Gömrük  ödənişləri  onların  növündən  asılı  olaraq  milli  valyutada  eləcə  də  xarici 
valyutalarda  alına  bilərlər.  Hər  bir  gömrük  ödənişin  növü  üçün  ayrıca  ödəmə  müddətləri 
müəyyən olunur. 
Malların rəsmiləşdirilməsi ilə əlaqədar olan gömrük vergi və rüsumları yük gömrük 
bəyannaməsi qəbul edilənə qədər və ya onun qəbul edilməsi ilə eyni vaxtda ödənilir.  
Kommersiya  məqsədləri  üçün  nəzərdə  tutulmayan  mallar  Az  R-nın  gömrük 
sərhədindən  keçirilərkən,  gömrük  ödənişləri  gömrük  bəyannaməsinin  qəbul  edilməsi  ilə 
eyni vaxtda ödənilir. 
Gömrük  bəyannaməsi  müəyyən  edilmiş  müddətdə  verilmədikdə  gömrük 
ödəmələrinin ödənilmə müddətləri bəyannamənin verilməsi üçün müəyyn edilən müddətin 
keçdiyi gündən hesablanır. 
Müstesna  hallarda  gömrük  ödənişlərinin  ödənilməsi  üçün  möhlət  verilə  və  vaxt 
uzadıla  bilər.  Gömrük  orqanları  tərəfindən  lisenziyaların  verilməsi  və  lisenziyaların 
fəaliyyətinin bərpa edilməsinə görə, eləcə də gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə 
ixtisas  attestatlarının  verilməsi  və  attestatın  qüvvəsinn  bərpasına  görə  hesablanmış 
rüsumlar gömrük orqanları tərəfindən lisenziyanın və ixtisas attestatının verilməsi, yaxud 
bərpası anına qədər ödənilir. 
Malların gömrük anbarına saxlanmasına görə gömrük yığımları anbar şəhadətnaməsi 
verilən anda və ya verilənə qədər ödənilir. 
Malların gömrük müşayiətinə görə gömrük yığımlarının ödənilməsi malların gömrük 
müşayiətinin  həyata  keçirilməsi  barədə  qərar  gömrük  orqanı  tərəfindən  qəbul  edildikdən 
sonra, lakin onun faktiki icra olunması anına qədər həyata keçirilir. 
Məlumatlandırma və məsləhət verməyə, həmçinin ilkin qərarların qəbulu və gömrük 
auksionlarında iştirak etməyə görə haqq gömrük orqanı tərəfindən xidmətlərin göstərilməsi 
anına qədər ödənilir. 
Gömrük rüsumunun, aksizlərin və gömrük yığımlarının hesablanması üçün “Gömrük 
tarifi  haqqında”  Az  R-sı  Qanuna  uyğun  olaraq  müəyyən  edilən  malların  və  nəqliyyat 
vasitələrinin  gömrük  dəyəri  əsas  götürülür.  Əlavə  dəyər  vergisinin  hesablanması  üçün 
malın  gömrük  dəyərinin  və  gömrük  rüsumunun  cəmi,  aksizli  mallar  üçün  isə,  həmçinin, 
aksiz məbləğinin cəmi əsas götürülür. 
Gömrük yığımlarına aşağıdakılar aiddir: 
- gömrük  nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları;  
- gömrük müşayiətinə görə gömrük yığımları; 


153 
 
- malların saxlancına görə gömrük yığımları; 
- gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə 
yığımlar; 
-  bankların  və  bank  olmayan  kredit  təşkilatlarının  müvafiq  icra  hakimiyyəti 
orqanının reyestrinə daxil edilməsinə görə yığımlar. 
Gömrük yığımlarının məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
Saxlanca görə gömrük yığımları saxlanca verilmiş malların və nəqliyyat vasitələrinin 
orta dəyərindən asılı olaraq Az R-sı Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla DGK tərəfindən 
müəyyən  edilən  miqdarda  hesablanır.  Az  R-sı  DGK  tərəfindən  lisenziyaların  və  ixtisas 
attestatlarının  verilməsi  və  onların  fəaliyyətinin  bərpa  edilməsinə  görə  alınan  yığımların 
məbləği  R-ka  Nazirlər  Kabineti  tərəfindən  müəyyən  edilir.  Digər  gömrük  ödənişlərinin 
hesablanması  zamanı  əsas  kimi  Az  r-sı  Malıyyə  Nazirliyi  ilə  razılaşdırılmaqla  DGK 
tərəfindən müəyyən məbləğlər əsas götürülür. 
Gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları (232).                     
Gömrük  orqanları  gömrük  nəzarətini  iş  vaxtı  ərzində  həyata  keçirərkən,  Gömrük 
Məcəllədə  və  digər  normativ  aktlarda  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla, 
aşağıdakıların  yerinə  yetirilməsinə  görə  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən 
etdiyi məbləğdə gömrük yığımları alırlar:  
- malların gömrük rəsmiləşdirilməsinə; 
-  gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar 
barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların 
gömrük ekspertizasının aparılmasına; 
- malların gömrük nəzarəti altında məhvinə. 
Mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından 
kənar  saatlarda  və  iş  yerindən  kənarda  həyata  keçirildikdə,  gömrük  yığımları  ikiqat 
məbləğdə alınır.  
Gömrük hərraclarında iştiraka görə onun iştirakçılarından müvafiq icra hakimiyyəti 
orqanının müəyyən etdiyi məbləğdə haqq alınır.  
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bəzi fəaliyyət növlərinə lisenziyaların verilməsinə 
görə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır.  


154 
 
Beynəlxalq  avtomobil  daşımalarını  yerinə  yetirən  nəqliyyat  vasitələrinə  sərhəddə  icazə 
blanklarının verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu 
ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır.  
Ratifikasiya  olunan  beynəlxalq  müqavilələrə  münasibətdə  gömrük  ödənişlərinin 
tətbiqi  “Hasilatın  pay  bölgüsü  haqqında”,  “Əsas  boru  kəməri  haqqında”  sazişlərin  və  bu 
qəbildən olan digər beynəlxalq müqavilələrin icrası ilə bağlı gömrük ərazisinə gətirilən və 
bu  ərazidən  aparılan  mallara  gömrük  ödənişləri  həmin  sazişlərin  müddəalarına  uyğun 
olaraq tətbiq edilir. 
Ödəyəcilər  gömrük  ödənişlərin  ödənilməsinə  görə  məsuliyyət  daşıyırlar.  Az  R-nın 
Gömrük  Məcəlləsi  gömrük  sərhədindən  keçirilən  mallara  görə  gömrük  ödənişlərinin 
ödənilməsi  istənilən  şəxs  tərəfindən  həyata  keçirilməsinə  icazə  verir.  Bununla  yanaşı 
“istənilən  şəxs”  gömrük  ödənişlərin  ödəyicisiki  kimi  baxıla  bilməz  çünki  ödənislərin 
ödəməyi  onların  vəzifə  yox  hüququdir.  Müəyyən  olunmuş  müddət  ərzində  ödənişi 
ödənilmədiyi  halda,  gömrük  orqanları  yalnız  ödəniş  üçün  məsuliyyət  daşıyan  şəxsdən 
müvafiq  vəzifələrini  yerinə  yetirilməsini  tələb  eliyəcəklər.  Gömrük  Məcəlləsinin 
maddələrinə  əsaslanaraq  gömrük  ödənişlərinin  bütün  ödəyəcəklərini  bir  neçə  müstəqil 
qrupasına bölmək olar. 
1.  Gömrük ödənişlərinin məcburi ödəyiciləri . 
Məcburi  ödəyiciləri  kimi  deklarantlar  və  brokerlər  cixiş  edirlər.  Həmin  şəxslər 
gömrük  ödənişlərinin  məcburi  ödəyəciləri  kimi  baxılmasına  əsas  onların  gömrük 
ödənişlərin  ödənilməsini  tələb  edən  gömrük  əməliyyatlarında  və  gömrük  prosedurlarında 
iştirak etməsidir. 
2.  Gömrük ödənişlərinin mümkün olan ödəyəciləri. 
 Ödəyicilərin  həmin  kateqoriyası  yalnız  müəyyən  şərait  yarandığı  halda  (adətən, 
malların qanuni keçirilməsi faktından fərqlənən hadisə nəzərdə tutulur) hansı ilə Gömrük 
Məcəlləsi gömrük ödənişlərin ödənilməsi məsuliyyətinin yaranmasını bağlıyır. 
Gömrük ödənişlərin mümkün olan ödəyiciləri sayına aşağıdakılar aiddir: 
- malların itirilməsi, yada gömrük orqanlarının icazəsi olmnadan onların boşaldılması 
və təzədən yüklənməsi zamanı (dəmiz, çay limanlarında, təyinat yerində) üçünçü şəxslərə 
təhvil edilməsi halda, daşınma, yüklənmə əməliyyatları yerinə yetirən şəxs; 
-  daxili  tranzit  proseduru  şərtlərinə  uyğun  olaraq  malların  daşıyıcısı  (gömrük 
daşıyıcısı, beynəlxalq daşıyıcısı yada  daxili gömrük tranzitinə görə icazə alan başqa şəxs) 
yada xarici malların gömrük təyinat məntəqəsinə çatdırılmadığı halda ekspeditor; 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə