133
Milli iqtisadiyyatın formalaşdırılmasında bazar mexanizminə dövlətin müdaxiləsi
siyasətinin tədqiqi iqtisadi nəzəriyyənin aktual probleminə çevrilmişdir. Dünya dövlətləri
dünya təsərrüfat sisteminə fəal sürətdə qoşulmaqla bir tərəfdən özlərinin müvafiq
ehtiyatları olmadıqları halda belə cəmiyyətin tələbatını daha dolgun ödəmək,
iqtisadiyyatın səmərəli strukturunu formalaşdırmaq və s. kimi problemləri həll etmək,
digər tərəfdən isə özlərinin əmək bölgüsündə malik olduqları üstünlükləri reallaşdırmaq
imkanı əldə etmiş olurlar.
Bazar iqtisadiyyatı şəraitdə ölkələr üçün XİF tənzimlənməsi üzrə tədbirlərin əsas
məqsədləri milli iqtisadiyyatın müdafiəsi və ümumi milli maraqların qorunmasıdır. Xarici
iqtisadi fəaliyyətin dövlət orqanları tərəfindən tənzimlənməsi tədbirləri dunyanın bütün
ölkələrində həyata keçirilir. Amma bu tədbirlərin miqyası, forma və metodları, konkret
məqsəd və vəzifələri hər ölkənin öz miqyasından, müasir dünyada mövqeyindən, ölkənin
daxili və xarici siyasətindən asılıdır.
Dünya ölkələrinin tarixi inkişaf təcrübəsinə əsaslanaraq beynəlxaq ticarət nəzəriyyəsi
və beynəlxaq ticarətin çoxillik inkişaf tarixinə nəzər salsaq görərik ki, azad ticarət həyata
keçirilməklə beynəlxalq ixtisaslaşmanın ortaya şıxardığı bütün üstünlüklərdən faydalamaq
mümkündür. Lakin tam sərbəst xarici ticarət yalnız nəzəri cəhətdən mümkündür.
Təcrübədə isə dövlətlər xarici ticarətə bi və ya digər şəkildə müdaxilə edirlər. Bu isə xarici
iqtisadi siyasətin mühüm tərkib hissəsi olan gömrük siyasətinin keçirilməsini nəzərdə
tutur.
Gömrük siyasəti dövlətin xarici ticarət dövriyyəsinin gömrük sərhədindən mal və
nəqliyyat vasitələrinin uyğun gömrük prosedurunu müəyyən edilməsi vasitəsilə keçirilməsinin
dövlət tənzimlənməsi üzrə məqsədyönlü fəaliyyət istiqamətlərini təyin edir. Azərbaycan
respublikasının xarici iqtisadi fəaliyyət siyasətinin istiqamətlərindən biri xarici rəqabətin
dağıdıcı təsirindən milli iqtisadiyyatın rasional müdafiə səviyyəsini təmin etmək eləcə də idxal
gömrük rüsumları dərəcələrinin dəyişilməsi əsasında xarici investisiyanı cəlb etmək üçün
əlveriıli iqtisadi mühit formalaşdırmaqdır.
134
Milli iqtisadiyyat daim inkişaf etməkdə olan vahid orqanizm olduğundan, onun
struktur bölmələrinin tənzimlənməsi də kompleks xarakter daşımalıdır. Dünya ölkələrinin
təcrübəsi göstərir ki, XİF gömrük tarif tənzimlənməsi dövlətlərin dünya iqtisadiyyatına
inteqrasiyasının mühüm amillərdən biridir.
Dövlətin xarici ticarət siyasəti gömrük tarif tənzimlənmə tədbirlər və qeyri-tarif
məhdudiyyətlərin tədbiq etmə vasitəsiylə həyata kecirilir. Həm də nəzərə almaq lazımdır
ki ÜTT-tı bütün üzv ölkələri üçün öz xarici ticarət siyasətini həyata keçirilməsi zamanı tarif
tənzimlənmə tədbirlərinə üstünlük verilməsi israrla məsləhət verir.
Gömrük tarifi – xarici ticarətin dövlət tənzimlənməsinin qiymətəmələgətirmə
mexanizmi ilə fəaliyyət göstərən əsas vasitəsidir. Xarici iqtisadi əlaqələrin həyata
keçirilməsində gömrük tarifi başlıca amil kimi çıxış edir və bu zaman gömrük tarifi 3
mühüm baxımdan nəzərətdən keçirilir: ticarət siyasəti və ölkənin daxili bazarının onun
dünya bazarı ilə qarşılıqlı əlaqələrinin dövlət tənzimlənməsi vasitəsi kimi; gömrük rüsum
dərəcələrinin məcmusu kimi; konkret gömrük rüsüm dərəcəsi kimi.
Gömük tarifləri hər bir dövlət tərəfindən onun xarici ticarət siyasətinin əsas məqsəd
və istiqamətlərdən və bütövlükdə xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsindən irəli
gəlməklə müəyyən edilir.
Gömrük tarif tənzimlənməsinin əsas xüsusiyyətlərinin təhlili gömrük tarifinin əsas
funksiyasının nəzərdən keçirilməsini tələb edir. Hal-hazırda gömrük tarif tənzimlənməsinin
gömrük tarif alınmasını və onların dövlət büdcəsinə istiqamətlənməsini nəzərdə tutulan
fiskal funksiya və ölkəyə gətirilən malların əmtəə strukturunun səmərələşdirilməsi,
dövlətin ərazisinə malların gətirilməsi və çıxarılmasının, valyuta gəlirlərinin və xərclərinin
əlverişli nisbətini təmin etməyi nəzərdə tutan tənzimləyici funksiyanı yerinə yetirir.
Gömrük tarifi daxili qiymətlərə təsir etməklə müəyyən dərəcədə ölkədə malların istehsal
və istehlak strukturunda mütərəqqi dəyişikliklər üçün şərait yaradılmasına kömək göstərir.
135
Gömrük tarifi bir sıra hallarda, birtərəfli qaydada ixrac məhsullarının istehsalına tələb
olunan mallara aşağı və hətta sıfır dərəcəli idxal rusumu tətbiq etməklə milli istehsalın və
ixracın stimullaşdırılması ücün istifadə edilə bilər.
Gömrük tarifinin xarici ticarət münasibətlərinin və bütövlükdə iqtisadiyyata təsirinin
xüsusiyyətləri dövlət orqanlarından rüsum stavkalarlının təyin edilməsi prosesində xüsusi
məsuliyyət tələb edir.
Ölkə təsərrüfatının inkişaf səviyyəsi ilə gömrük rüsumu stavkaları arasında müəyyən
asılılıq mövcüddür. Belə ki, təsərrüfat inkişaf etmiş olduqça, gömrük rüsumların dərəcələri
aşağı olur. Yüksək inkişaf etmiş ölkələrdə kifayət qədər rəqabət qabiliyyətinə malik məhsul
buraxılır və elə buna görə də daxili bazarın yüksək rüsumlar hesabına qorunması, ixracın
əlavə tədbirlərlə stimulaşdırılmaslna və büdcənin gəlir hissəsini gömrük ödəncləri
hesabına doldurulmasına ehtiyac qalmır.
2. Müasir dövrdə dünya təsərrüfatının formalaşmasında xarici iqtisadi əlaqələrin rolu və
əhəmiyyəti get-gedə artır. Dünya ölkələri arasındakı iqtisadi əlaqələr kapitalların, əmtəələrin,
xidmətlərin, iş qüvvələrinin, valyuta ehtiyyatlarının beynəlxalq hərəkəti vasitəsi ilə həyata
keçirilir. Kapitalların, valyutaların, əmtəə və xidmətlərin, əmək ehtiyyatlarının miqrasiyası
hər bir ölkənin daxili iqtisadi ziddiyyətləri üzündən, dövlətlərin milli hüdudundan kənara çıxır
və beynəlxalq iqtisadi münasibətlər sisteminə daxil olurlar. Bu münasibətlər ayrı – ayrı
ölkələrin arasında yaranan münasibətləri, hüquqi və fiziki şəxslərin arasındakı qarşılıqlı
münasibətləri əks etdirir. Dünya təsərrüfatının təşəkkül tapması hər bir ölkənin özünun milli
təsərrüfatının yaranmasına, beynəlxalq münasibətlərin möhkəmlənməsinə, kapitalın
beynəlmiləlləşdirilməsinə, iqtisadiyyatın, siyasətin və elmin yaranmasına səbəb olmuşdur.
Məlumdur ki, beynəlxalq əmək bölgüsünün nəticəsi olaraq, xarici ticarət və ümumdünya
təsərrüfat sistemi formalaşmışdır. Onlar isə, öz növbəsində məhsul vahidinə düşən məsrəfləri
azaltmaq və kifayət qədər yüksək qazanc əldə etmək imkanı yaradırlar. Klasik nəzəriyyəyə
görə, bu ölkələr arasında əmək bölgüsünün üstünlükləri ilə əlaqədardır.
Dostları ilə paylaş: |