Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə40/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   36   37   38   39   40   41   42   43   ...   76

126 
 
Qısa  idxal  bəyannaməsinən  istifadə  edilməsi  halları  gömrük    ərazisinin    ərazi 
sularından  və  hava  məkanından  dayanmadan  keçən  nəqliyyat  vasitələrində  daşınan 
mallara şamil edilmir. 
Qısa  idxal  bəyannaməsi  məlumatların  elektron  emalı  üsullarından  istifadə 
olunmaqla,  elektron  sənəd  formasında  təqdim  edilir.  Qısa  idxal  bəyannaməsi    gömrük 
orqanlarına  kağız  üzərində  yazılı  formada  da    təqdim  edilə  bilər.  Həmin  bəyannamə 
risklərin  idarə  olunmasını,  məlumatların  gömrük  orqanları  arasında  mübadiləsini 
elektron formada verilən qısa idxal bəyannaməsinə analoji səviyyədə təmin etməsi şərti 
ilə gömrük orqanları tərəfindən təsdiq olunur.  
Qısa  idxal  bəyannaməsi  malları  gömrük    ərazisinə  gətirən  və  ya    daşınmasına 
cavabdeh  olan  şəxslər,  onların  nümayəndələri,  idxalatçı,  malın  alıcısı,  yaxud  malları 
gömrük  rəsmiləşdirilməsi  üçün    gömrük  orqanına  təqdim  edən  şəxs  tərəfindən  verilə 
bilər. 
Aşağıda  göstərilən  hallar  istisna  olmaqla,  qısa  idxal  bəyannaməsi  təqdim 
edildikdən  sonra  onu  təqdim  edən  şəxsin  müraciəti    əsasında  həmin  bəyannamədə 
düzəlişlərin aparmasına gömrük orqanları tərəfindən icazə verilir.  
Aşağıdakı hallarda qısa idxal bəyannaməsinə düzəlişləri edilməsinə yol verilmir:  
- gömrük orqanları qısa idxal bəyannaməsini təqdim etmiş şəxsə malları yoxlamaq 
niyyəti barədə məlumat verdikdən sonra;  
- gömrük orqanları qısa idxal bəyannaməsindəki məlumatların düzgün olmadığını 
müəyyənləşdirdikdən sonra;  
- gömrük orqanları malların təqdim olunmuş yerdən aparılmasına icazə verdikdən  
sonra.   
       Gömrük  orqanları  tərəfindən  müəyyən  edilmiş  qısa  idxal  bəyannaməsinin 
təqdim edilməsinin mümkünlüyünün son müddəti başa çatmazdan əvvəl onu  əvəz edən 


127 
 
gömrük  bəyannaməsi  təqdim  edildikdə,  həmin  gömrük  bəyannaməsinin  aid  olduğu 
mallar  üçün  qısa  idxal  bəyannaməsi  gömrük  orqanlarına  təqdim  edilmir.  Bu  halda  qısa 
idxal  bəyannaməsini    əvəz  edən  gömrük  bəyannaməsində  onun  üçün  zəruri  olan 
təfərrüatları əks etdirilməlidir.                                
5.Əlavə, dövri və natamam bəyannamələr. (156)  
Gömrük    Məcəllənin  maddələrində  nəzərdə  tutulmuş  hallarda  sadələşdirilmiş 
bəyannamə  verildikdə,  bəyannaməçi  aidiyyəti  gömrük  rejimi  üzrə  gömrük 
bəyannaməsinin  tamamlanması  üçün  lazım  olan  digər  məlumatları  əks  etdirən  əlavə 
bəyannamə təqdim etməlidir. 
Gömrük  orqanları  eyni  malları  və  nəqliyyat  vasitələrini  gömrük  sərhədindən 
müntəzəm olaraq keçirən şəxsə onları müəyyən müddət  ərzində bir dövri bəyannamə 
əsasında keçirməsinə icazə verirlər.  
Bəyannaməçi gömrük  bəyannaməsini  üzrlü  səbəblərə  görə  tam  şəkildə  doldura 
bilmədikdə,  gömrük  orqanları  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi 
qaydada natamam bəyannamənin verilməsinə icazə verirlər. Natamam bəyannamədə 
gömrük  məqsədləri  üçün  lazım  olan    əsas  məlumatlar  göstərilməlidir.  Çatışmayan 
məlumatlar bəyannaməçi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 
qaydada  və  müddətdə  təqdim  edilməlidir.  Əlavə,  dövri  və  natamam  bəyannamələrin 
formasını, təqdim olunması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.    
Gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması (157). 
       
Gömrük  orqanları  təsdiq  etdikləri  gömrük  bəyannaməsində  göstərilən 
məlumatların,  onunla  birgə  təqdim  olunan  sənədlərin  düzgünlüyünü,  müvafiq  malları 
yoxlamaq,  malların  bəyan  edildiyi  gömrük  rejiminin  tətbiqi  üçün  Gömrük  Məcəllənin 
maddəsinə  əsasən  çatışmayan  başqa  sənədlərin  təqdim  olunmasını  tələb  etmək, 


128 
 
malların  gömrük  ekspertizası  üçün  onlardan  prob  və  nümunələr  götürmək  hüququna 
malikdirlər.  
Gömrük  bəyannaməsində  göstərilən  məlumatların  gömrük  orqanları  tərəfindən 
yoxlanılmasının nəticələri bütün gömrük ərazisində eyni hüquqi  qüvvəyə malikdir. 
Yoxlamanın  nəticələrindən  malların  yerləşdirildiyi  gömrük  rejiminin  tətbiqi 
məqsədi ilə istifadə olunur. 
Malların yoxlanıldığı, prob və nümunələrin götürüldüyü, ekspertizasının aparıldığı 
yerlərə daşınması, bununla əlaqədar yükləmə-boşaltma işləri və digər yük  əməliyyatları 
bəyannaməçinin  özü  tərəfindən,  yaxud  onun  məsuliyyəti  altında  həyata  keçirilir.  Bu 
zaman yaranan xərclər bəyannaməçi tərəfindən ödənilir. 
Gömrük  orqanları  müəyyən  edilmiş  hallarda  mallardan  prob  və  nümunələri 
bəyannaməçinin,  mallar  barəsində  səlahiyyəti  olan  digər  şəxslərin  və  ya  onların 
nümayəndələrinin iştirakı olmadan götürmək hüququna malikdirlər.  
6.  Gömrük  bəyannaməsində  göstərilən  məlumatların,  müvafiq  sənədlərin  və 
malların yoxlanılma müddətləri.  
Gömrük  rəsmiləşdirilməsi  zamanı  gömrük  orqanlarına  təqdim  olunan  gömrük 
bəyannaməsində  və  digər  sənədlərdə  göstərilən  məlumatların  malların  adlarına, 
mənşəyinə,  sayına  və  dəyərinə    uyğunluğunun  yoxlanılması,  gömrük  bəyannaməsinin 
təsdiq  edildiyi,  sənədlərin  və  malların  isə  təqdim  edildiyi  vaxtdan  3  (üç)  gündən  gec 
olmayaraq  həyata  keçirilir.  Gömrük  qanunvericiliyində  sənədlərin  və  malların 
yoxlanılması üçün daha qısa müddət müəyyənləşdirilə bilər.  
Gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan malların adlar və növlər üzrə ayrı-
ayrı  qablaşdırılmaması  gömrük  orqanlarına  gömrük  bəyannaməsində  göstərilən  mallar 
haqqında  məlumatların  düzgünlüyünün  yoxlanmasına  imkan  vermirsə,  yuxarda 
göstərilən müddət mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə