Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə37/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   33   34   35   36   37   38   39   40   ...   159

121

İntiqam dəstəsi

Bu dəfə hamıdan qabaqda duran Toqay boğanağa dürüst 

diqqət etdi və dərhal o da tüfəngini çıxarıb patronladı, çünki 

o da bir neçə boz qurdun, arxalarını bunlara tərəf döndərib 

qarları so vura-sovura irəliləmələrini görmüşdü. Bu zaman 

Həsən  əminin tüfəngi səsləndi, qurdlardan biri qeyri-adi bir 

səs çıxararaq qarın üstə yıxıldı. Onun axan qanını görən başqa 

qurdlar öz cinslə rin dən olan bu heyvanı parçalamaq üçün hü-

cum etmək istədilərsə də, bu vaxt Toqayın tüfəngi dəxi açıl-

dı. Qurdlar irəliləyə bilmə yib  kənara çəkildilər. Həsən əminin 

yaraladığı qurd dəxi yarası yüngül olduğu üçün o birilərinin 

dalınca sürünə-sürünə qaçmağa başladı.

Yolçular düzə endikləri zaman külək sakitləşib hava 

açıl mışdı. Amma qar çox olduğu üçün onlar yenə də atlarını 

sürətlə sürə bilmirdilər. Atlar bəzən yolun qarla dolu çuxur-

larına düşüb döşlərinə kimi batır, çox zəhmətlə yola çıxa bi-

lirdilər. Yolçular Şot və Qarazəmi yoluna yetişdikdə yerdəki 

izlərdən bir qədər atlı və piyadanın Qarazəmidən gəlib Maku 

tərəfi nə keçdiklərini bil dilər. Bu müşahidə yolçuların üçünü 

də təəccübləndirdi. Bunlar on gün əvvəl, yəni 1325-ci il azər 

ayının 12-də Azərbaycan demokrat fi rqəsinin Qarazəmi ra-

yon komitəsi tərəfi ndən Qaraqo yun mahalında olan hövzələ-

ri, cavanlar təşkilatı və qadınlar təşkilatlarını yoxlamaq üçün 

səfərə  çıxmışdılar. Onlar xain Qa va müssəltənənin ingilis və 

Amerika dövlətlərinin tələbi və kö məyi ilə Azərbaycan Milli 

Hökumətinə qarşı etdiyi xain basqı nından, indi Təbrizdə hö-

kumətin mürtəce İran dövləti əlində olmasından və hər yerdə 

Azərbaycan demokratlarının təqib edil mə sindən hələ  də  xə-

bərdar deyildilər. Çünki onların getdikləri dağ  kəndləri Qa-

razəmi kəndindən çox uzaq idi və aramsız yağan qar kənd 

aralarında olan cığırları tutub get-gəli kəsmişdi. Buna görə də 

onlar Təbrizdə, Makuda və Qarazəmidə baş verən hadisələr 

haqqında heç bir şey bilmirdilər. Onlar yola çıxdıqları zaman 

həmin Qarazəmi kəndində rayon komitəsi sədri Əziz və arva-




122

Pənahi Makulu

dı Toqaya və  əmisi Həsən  əmiyə bacardıqca tez dönmələri-

ni tapşırmışdı. Həmin heyət neçə gün əvvəl geri dönməli idi. 

Yu xarıda deyildiyi kimi, qar və boran yolları bağladığından 

onların qayıtması  təxirə düşmüşdü. Son hadisələr haqqında 

heç bir mə lumatları olmayan bu üç nəfər yoldakı izlərdən 

bu qədər atlı və piyadanın Qarazəmiyə yığılıb oradan Şot və 

Maku tərəfi nə get diklərini bilərkən xeyli düşünməli oldular. 

Yolçuların içində To qay hamıdan artıq fi kir dəryasına qərq ol-

muşdu. Nədənsə Toqay bu izləri əri Əzizin işləri ilə əlaqələn-

dirir və buna görə də özünü çox narahat hiss edirdi. Qadınlara 

məxsus olan həssaslıq və baş verəcək hadisəni qabaqcadan 

dərk etmək qabiliyyəti ilə bu izlərə baxarkən o, pis bir hadisə 

ilə qarşılaşacağını düşünürdü. Başına min cür qara fi kirlər gə-

lir və öz gələcəyi üçün min cür bəd fal vururdu. Bu qorxunc 

və sıxıcı fi kirlərdən yaxasını qur tarmaq üçün başını başqa bir 

şeylə məşğul etmək istəsə də, ba carmırdı. Ara çox sakitlik idi. 

Atların nalları altında əzilən qar ların xışıltısından başqa heç 

nə eşidilmirdi. Yolçuların hər üçü öz düşüncələrinə daldıqla-

rından heç biri danışmırdı.

Kəndə üç kilometrə qədər qalmış bir təpənin dibində Hə-

sən əminin qışqırığı əvvəlkindən daha artıq ucaldı. O, bayaq-

kından daha sürətlə atından düşüb tüfəngini patronladı. Həsən 

əmi tüfəngini doldura-doldura öz-özünə “Mən guya dünənki 

uşaq qədər də bilmirdim” – deyə deyinirdi. Sonra yoldaşlarına 

tə rəf dönərək:

– Bayaqdan demirdim məgər, bu gülləni atan kim isə ca-

navarların mühasirəsində qalıbdır, güllələri havaya atıb özünə 

kömək çağırır. Buyurun görün, – dedi və özlərindən əlli qə-

dəm aralı yolun sağ kənarında, yem üstə qarpışan bir neçə ca-

navarı yoldaşlarına göstərib əlavə etdi: – Hansı bədbəxti isə 

təzəcə da ğıdıb yeməyə məşğuldurlar.

İslam ilə Toqay Həsən əmi göstərən tərəfə baxanda çox 

dəhşətli bir mənzərə ilə qarşılaşdılar. Bir neçə metr yerin üs-




123

İntiqam dəstəsi

tündəki qarlar iki nəfərin qırmızı qanına boyanmışdı. Üzü üstə 

düşmüş bu iki cəsədin ətrafında yığışan qurdlar bir-birləri ilə 

boğuşa-boğuşa öz qismətlərini parçalayırdılar.

Yolçuların atdığı tüfənglərin səsindən canavarlar qorxub 

dağıldılar. Həsən əmi, Toqay və İslam təlaşla özlərini meyid-

lərin üstünə yetirib onların kim olduğunu təyin etmək üçün 

cəsədləri müayinə etməyə başladılar.

Cəsədlərin hər ikisi də üzü üstə düşmüşdü. Onların budla-

rının və qollarının yumşaq  ətlərini qurdlar büsbütün yeyib 

qur tar mışdılar. Yolçuların hər üçü atlarını yedəklərində tuta-

raq cə sədlərin yanında dayanıb gözlərini onlara zilləmişdilər. 

Onlar kəskin və kədərli baxışlar ilə meyidlərə xeyli baxandan 

sonra birinci olaraq İslam sözə başlayaraq soruşdu:

– Əgər bunlar tüfəng atıb havarçı çağıran adamlardırsa, 

bəs bunların tüfəngləri hanı?

Doğrudan da, cəsədlərin bellərində patron qatarları olma-

dığı kimi, yanlarında heç bir tüfəngləri dəxi yox idi. İslamın 

bu sözlərindən Toqay ilə Həsən əmi diksinərək yuxudan ayı-

lan adamlar kimi küt nəzərlərlə bir-birinin üzünə baxdılar. 

Həsən əmi:

– Hə, bala deyəsən sən deyəndir. Tut atı görüm, deyə atının 

cilovunu İslama verib özü isə qabağında olan meyidə tərəf əyil-

di. Hər ikisinin əllərini, ayaqlarını və bədənlərinin sair hissələ-

rini diqqətlə yoxladıqdan sonra cəsədlərin yanında çöm bəlib 

üzünü yoldaşlarına tutaraq başını yırğalaya-yırğalaya dedi:

– Yekə bir cinayət vaqe olubdur. Bu bədbəxtlər hər kim 

olsa da, çox namərdlik ilə qətl olunubdurlar. Hər ikisinin də 

əl-ayaqları bağlı olduqları halda, çox biqeyrətlik ilə arxadan 

vurub öldürüblər. Adamcıl qurdların bunları dağıtması  təsa-

düfdən başqa bir şey deyil. Baxın, hər ikisinin də əlləri kəndir 

ilə daldan bağlıdır. Bu sol tərəfdə düşən adamın kürəyindəki 

dəlik qurd ların iti dişləri ilə dəlinməyib, o güllə yeridir, həm 

də çox ya xından dəyən güllə.




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə