Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə93/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   89   90   91   92   93   94   95   96   ...   112

Nazim Tapdıqoğlu
İnqilab Oruc oğlu Babaşov qətlə yetirilir, Xəyyam Əliyev isə yaralanır...
14  noyabr  1990-cı il - Cəbrayıl rayonunun Söyüdlü kənd sakini Məcid Al­
lahverdiyev erməni terrorçuları tərəfindən girov götürülür...
14  noyabr  1992-ci il -  Füzuli rayonunun Xocavənd rayonu ilə həmsərhəd 
kəndləri ermənilər tərəfindən atəşə tutulur...
14  noyabr  2001-ci il - 12. Jö-da Yerevanda Ermənistan MEA-nın yerləşdiyi 
binanın III mərtəbəsində  "Taliban " hökumətinin Əfqanıstandan kənarda fəa­
liyyət göstərən qanunvericilik orqanı üzvlərinin bir qrupunun iştirakı ilə qeyri- 
leqal yığıncağı keçirilir...
15  noyabr  1731-ciil - Səfəvilər Osmanlılarla döyüşdə  Urmiyam  itirirlər...
15  noyabr  1917-ci il - Cənubi Qafqaz Xüsusi  Komitəsi  ləğv edilir.  Cənubi
Qafqaz Komissarlığı (sədri -  Y.Geğeçkorı) yaradılır...
15 
noyabr  1918-ci il - Mudros  barışığına görə  türk qoşunları Azərbaycan 
ərazisini tərk edir...
15 
noyabr  1920-ci il - Erməni yaraqlıları İrəvan şəhərində aborigen əhalinin 
sayını azaltmaq üçün qırğınlar törədib çoxlu sayda azəri türklərini qətlə yetirir­
lər...
15 
noyabr  1944-cü il - Stalinin rəhbərliyi ilə müxtəlif ərazilərdəki, eləcə də, 
Türkiyə sərhədləri yaxınlığındakı mesxeti  türkləri  Orta Asiyaya və Fərqanəyə 
deportasiya edilir...
15  noyabr  1988-ci il  -  Şuşa yaxınlığındakı  Topxana meşəsi ermənilər tərə­
findən dağıdılır, yandırılır, ağaclar buldozerlərin ağzına verilərək məhv edilir...
15  noyabr  1989-cu il - Əsgəran rayon sakini Şirin Səməd oğlu Şirinov Meşəli 
kəndi yaxınlığında, Meydan deyilən ərazidə erməni yaraqlısı tərəfindən namərd- 
cəsinə güllələnir. Aldığı güllədən o, xəstəxanada keçinir...
15  noyabr  1990-cı il - Ağdamdan  Şuşaya gedən  "QAZ-24" markalı  avto­
maşın ermənilər tərəfindən saxlanılır.  Sərnişinlər - xüsusilə,  Q.  Cümşüdov vəh­
şicəsinə döyülür; sürücü Rasim Xasay oğlu Məmmədov ağır bıçaq zərbəsi alaraq 
qətlə yetirilir. Avtomaşın ermənilər tərəfindən oğurlanır...
15  noyabr  1990-cı il - Ağdam-Şuşa avtomobil  yolunda daha 1 nəfər azər­
baycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilir...
15 
noyabr  1991-ci il - Zamzur kəndinin 5 sakini erməni quldurları tərəfindən 
qətlə yetirilir. Ertəsi gün bu kənd işğal olunur və tamamilə yandırılır...
15 
noyabr  1991-ci il - Milli Qəhrəman İmamverdi Barat oğlu Əliyev Hadrut 
rayonunun Şaqah kəndi yaxınlığında erməni yaraqlıları ilə döyüşdə həlak olur...
15  noyabr  1991-ci il - Milli Qəhrəman Kazım Ərşad oğlu Məmmədov Zamzur
260
Azərbaycan faciələrinin təqvimi
kəndi ərazisində erməni yaraqlıları ilə döyüşdə həlak olur...
15  noyabr  1991-ci il - Daşnaq terrorçuları tərəfindən Xocavənd kənd sakini 
Fərzəli Fərzəliyev həyətində qətlə yetirilir...
15  noyabr  1991-ci il - Azərbaycan Respublikasının Müdafiə naziri  "Qazax, 
Ağstafa,  Kəlbəcər,  Laçın,  Qubadlı,  Şuşa,  Zəngilan,  Cəbrayıl,  Tovuz,  Füzuli, 
Ağdam,  Goranboy,  Xanlar,  Yevlax,  Bərdə,  Tərtər,  Ucar,  Daşkəsən,  Gədəbəy, 
Şəmkir rayonlarında,  Gəncə və Xocalı şəhərlərində ərazi müdafiə taborlarının təş­
kili haqqında " əmr verir...
15  noyabr  1991-ci il  - Xocavənd  (Hadrut)  rayonunun  Yenikənd kəndini 
mühafizə edən milis postu  erməni  yaraqlıları  tərəfindən  hücuma  məruz qalır. 
Basqın nəticəsində  13 nəfər itkin düşür.  Bir gün sonra itkin düşən milis işçilə­
rindən  4  nəfərin meyidi tapılır. Onlardan  2-si yandırılmış vəziyyətdə olur...
15  noyabr  1991-ci il -  Şayaq postu  (Cəbrayıl istiqamətində)  егтзту&гщ- 
lıları tərəfindən atəşə tutularaq hücuma məruz qalır. 4 polis işçisi həlak olur, 3 
nəfər yaralanır.  2 qadın terrorçu ermənilər tərəfindən  girov götürülür.  Zamzur 
kəndi, Şayaq postu  və onlara yaxın olan bəzi mövqelər ermənilərin əlinə keçir...
15  noyabr  1991-ci il - Erməni yaraqlıları güclü hücumla  Zamzur kəndini ələ 
keçirir. nəfər həlak olur...
15  noyabr  1992-ci il - Erməni yaraqlıları keçmiş Ağdərə rayonunun Çıldıran 
kəndinə soxulur...
16  noyabr 1603-cü il - 1 Şah Abbas  İrəvan qalasını mühasirəyə alır...
16  noyabr  1733-cüil-  30 000 nəfərlik qoşunla Nadır vuruşmaq üçün Bağ­
dada gəlir...
16  noyabr  1795-ci il - İmperatriçə general Qudoviçə belə göstəriş verir: «Ağa- 
məhəmməd Şirvana gəlib Şamaxı və Bakını zəbt etsə,  Xəzər dənizinə və bizim sər­
hədlərimizə  yaxınlaşsa,  ordumuz  onun  Dağıstana  gəlməsinin  və  Dərbəndi  ələ 
keçirməsinin qarşısını mütləq almalı  və bizə pənah gətirən  Tarki şamxalını,  Qa- 
raqaytaq usmisini, hətta Dərbənd xanını müdafiə edib qorumalıdır, sonra isə Ağa- 
məhəmmədin  dəstəsini  məğlubiyyətə  uğradıb  təqib  etmək  gərəkdir.  O,  bizim 
əleyhimizə və iradəmizə qarşı qalxmış olsa onu hakimiyyətdən belə devirməliyik». 
Çox təəssüf ki,  bəzi Azərbaycan xanları az sonra bu fitvaya qoşulurlar.  II Ye­
katerina  öz  sərəncamı  ilə  Cənubi  Qafqaz  və Xəzər  sahillərini  tutmağı general 
Qudoviçə tapşırır...
16 
noyabr  1855-ci il - Qars qarnizonu ruslara təslim olur. Rusiyanın Qafqaz 
cəbhəsində əldə etdiyi qələbələr onun Knmdakı vəziyyətini bir qədər yüngülləş­
dirir...
261


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə