Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə94/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   90   91   92   93   94   95   96   97   ...   112

Nazim Tapdıqoğlu
16  noyabr  1877-ci il - Rus-Türk müharibəsi zamanı rus qoşunları Qarsı ələ 
keçirir.  Bu qala-şəhər demək olar ki40 il rusların əlində qalır...
16  noyabr  1914-cü il - Erməni zabiti Andranik Ozanyan 1200 nəfərlik əsgər 
və zabiti olan I könüllülər hissəsinə başçılıq edir və Səlmas- Van istiqamətlərində 
döyüşlərdə iştirak etməyə  başlayır. Asurlu,  Başqalan,  Van,  Qotur,  Aşnak,  Mu- 
xancıq  (Dilman)  və MollaHdSdnin zəbt olunmasında rus qoşunlarının koman­
danı  Çernozubova  (Andranikin  qoşun hissələri onun  tabeliyində olub)
 
ən çox 
Andranik kömək edir...
16 
noyabr  1987-ci  il  -  Mixail  Qorbaçovun  müşaviri,  erməni  akademiki 
A.Aqanbekyan Parisdə  «İnterkontinental»
 
otelində jurnalistlər qarşısında çıxış 
edərək bildirir: «Mən şad olardım ki, Dağlıq Qarabağı Ermənistana qaytarsınlar. 
Mən artıq bununla bağlı  təkliflər vermişəm  və ümid edirəm ki,  bu ideya  tezliklə 
həyata keçiriləcəkdir».
 
Bu bəyanat Qarabağ üzərinə ermənilərin ilk rəsmi hücum 
siqnalı olur və çox keçmir ki,  Qarabağ müharibəsi  başlanır...
16  noyabr  1991-ci ü - Xocavənd kənd sakini Fərzəli Fərzəliyev erməni quldur 
yaraqlısı tərəfindən qətlə yetirilir. Bir neçə ev yandırılır; içi taxılla dolu olan kol­
xoz anbarına od vurulur...
16  noyabr  1991-ci il  - Xocavənd  (Hadrut)
 
rayonunun  Yenikənd kəndinin 
milis postunda erməni hücumu zamanı  1  gün qabaq  itkin  düşmüş  milis  işçilə­
rindən 4 nəfərin meyidi tapılır.  Onların ikisi yandırılmış vəziyyətdə idi...
16 
noyabr  1991-ci  il  -  Stepanakert  (Xankəndi)
 
şəhərində erməni  yaraqlıla­
rından ibarət bir  terrorçu  dəstə vilayət  prokurorluğunun  binasına  soxularaq 
Azərbaycan  Respublikası  Prokurorluğu istintaq şöbəsinin prokuroru  Şükür 
Rzayevi girov götürürlər...
16  noyabr  1992-ci il - Azərbaycan ordusu itkilər bahasına olsa da, qətiyyət 
göstərərək  Çildir an kəndini yenidən ələ keçirir...
17  noyabr  1905-ci il  -  Erməni  quldur birləşmələri  «Daşnaksütyun»
 
terror 
təşkilatının göstərişini yerinə yetirərək Gəncənin dinc əhalisinə qanlı divan tu­
turlar.  Adamları  dəstə-dəstə  binalara  (çox  vaxt məscidlərə)
 
dolduraraq  diri- 
diri  yandırırlar...
17 
noyabr  1917-ci il  -  Dünyanın  ən  böyük  imperiyası  olan  SSRİ-nin əsası 
qoyulur...
17  noyabr  1918-ci il  -  Türkiyə  dünya  müharibəsində məğlub  olduğundan 
«Mudros müqaviləsi» şərtinə görə bir həftə ərzində öz qoşunlarını Bakıdan, bir 
ay ərzində isə Qafqaz və Cənubi Azərbaycan ərazilərindən çıxarır. Bu, Andra­
nikin silahlı quldur birləşməsinə geniş meydan açır...
262
Azərbaycan faciələrinin təqvimi
17  noyabr  1918-ci il  -  General  Tomsonun  komandanlığı  altında müttəfiq 
hindli əsgərlərdən ibarət ingilis ordusu Mudros razılaşmasınin şərtlərinə əsasən 
Bakıya daxil olur...
17  noyabr  1988-ci il - Erməni-rus hərbi birləşmiş dəstələri Füzuli rayonunun 
Qacar kəndinə hücum edir...
17 
noyabr  1988-ci il -  Bakıda Azadlıq  meydanında  kütləvi  etiraz mitinqi 
keçirilir.  Ermənistanda  və  Qarabağda soydaşlarımıza  qarşı  ermənilərin  vəhşi 
davranışları Azərbaycanda milli azadlıq  hərəkatının,  dirçəlişin  başlanmasına 
gətirib çıxarır...
17  noyabr  1989-cu il - DQMV-nin Hadrut rayonunun Tuğ kəndində kəndin 
sakini, 9-cu sinif şagirdi  Teyyub Süleymanov məktəbin həyətində ermənilər tə­
rəfindən vəhşicəsinə qətlə yetirilir...
17  noyabr  1992-ci il -  "Tərtər" özünümüdafiə batalyonunun igid əsgərləri - 
İlbam Arif oğlu Allahverdiyev, Əli Zakir oğlu İsmayılov,  Elşad Əsgər oğlu Qu­
liyev, Mahir Cəlil oğlu İmamquliyev, Vasif Telman oğlu Hüseynov, Teyyub Mirzə 
oğlu Həsənov, Vüqar Azay oğlu Allahverdiyev, Vüqar İsa oğlu Hüseynov, Sərdar 
Cəmil oğlu Zeynalov, Sərdar Əmir oğlu Əmiraslanov, Vidadi Hüseyn oğlu Quli­
yev,  Əfqan Tapdıq oğlu Hacıyev keçmiş Ağdərə rayonunun  Vəng kəndi  ərazi­
sində gedən qanlı döyüşlərdə həlak olurlar...
18  noyabr  1795-ci il -11 Yekaterinanın əmri ilə Zaqafqaziyada, Tiflisdə, Ba­
kıda, Şirvanda, Qarabağda vəziyyətlə əlaqədar  "müdafiə " məqsədilə Azərbayc­
ana qoşun yeridilir...
18 
noyabr  1905-ci il - Gəncədə silahlı erməni daşnakları çoxlu sayda günah­
sız azərbaycanlını öldürürlər...
18  noyabr  1905-ci il -  Toğana  kənd sakinləri Məşədi  Məhəmməd oğlu  və 
Mehrəli  Zeynal  oğlu  saat  18.00 radələrində,  Gəncənin 2-ci sahə  deyilən  ərazi­
sində,  Kolanı yolunda evlərinə buğda gətirdikləri zaman  ermənilərin açdıqları 
atəşdən həlak olurlar...
18  noyabr  1919-cu il - Ermənipərəst siyasi xadim olan Orlando çıxışında Er­
mənistanın müstəqilliyini müdafiə edərək bildirir:  ‘‘Ermənilərə deyin ki,  mən on­
ların işini öz işim hesab edirəm... ’’
18 
noyabr  1987-ci il - Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə məsləhətçisi 
Abel Aqanbekyan Parisdə erməni icması qarşısındakı çıxışında SSRİ rəhbərli­
yinin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin məqbul hesab etməsini 
bəyan edir. Bu xəbəri fransız kommunistlərinin  "Humanite" qəzeti yayır...
18  noyabr  1990-cı il -  Erməni yaraqlıları  Şuşanın  Göytala kəndinə basqın
263


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə