Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə97/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   93   94   95   96   97   98   99   100   ...   112

Nazim Tapdıqoğlu
baycanlmm  doğma ocaqlarından,  yurd-yuvalarından qovulması  planlaşdırı­
lır...
22  noyabr  1990-cı il - Saat 9 radələrində erməni yaraqlıları qəflətən Kərki- 
cahan  qəsəbəsinə  basqın  edirlər.  Qəsəbə  sakini  Tofiq  Həsənov  qətlə  yetirilir. 
Onun meyidi tanınmaz hala salınır.  Atışma zamanı Əfqan Novruz oğlu Tanrı­
verdiyev yaralanır...
22  noyabr  1991-ci il - Daşnaq terrorçuları Xocavənd rayonunun Axullu kən­
dinə ikinci dəfə silahlı basqın edirlər. Polis kapitanı Aydın Bayram oğlu Hüsey­
nov, polis nəfəri Bakir Bünyad oğlu Sadıqov ağır güllə yarası alırlar. Daha 5 nəfər 
müxtəlif dərəcəli bədən xəsarəti alır...
22  noyabr  1991-ci il - 40-a yaxm erməni yaraqlısı Xocalı aeroportuna basqın 
etsə də, yenidən geri çəkilməyə məcbur olur...
22  noyabr  1992-ci il - Cəbrayıl cəbhəsi istiqamətində Xocavənd rayonunun 
Sur və Dolanlar məntəqələri ermənilər tərəfindən atəşə tutulur.  1 nəfər yarala­
nır...
23  noyabr  1905-ci il -  Ermənilər  Gəncə çayı  yaxınlığında  azərbaycanlılara 
hücum edərək qırğın törədirlər.  Çoxlu sayda tkilər olur...
23  noyabr  1918-ci  il  -  Tomson  erməni  milli  şurasının üzvlərini  qəbul  edir. 
Yepiskop Baqrat ona saxta məlumatlar təqdim edir. Azərbaycanla Ermənistan 
arasında  silahlı  toqquşmaların  kəsilməsi,  mübahisəli məsələlərə son  qoymaq 
haqqında saziş imzalanır.  Ancaq bir müddət  keçməmiş erməni  tərəfi  bu sazişi 
pozurlar...
23  noyabr  1918-ci il  - Andranikin  quldur yaraqlı  dəstələri  Zəngəzurda  və 
Qarabağda bir neçə  azərbaycanlılar  yaşayan kəndlərə basqın  edirlər.  Bu  qəd­
darlıq nəticəsində kəndlər talan olunur,  10 nəfər vəhşicəsinə öldürülür...
23 
noyabr  1919-cu il - Azərbaycan ilə Ermənistan arasında bütün mübahisəli 
məsələlərin  dinc  yolla  həll  edilməsi  haqqında  Tiflisdə  müqavilə  imzalanır. 
Müqaviləyə görə tərəflər arasında hərbi toqquşma dayandırılır, mübahisəli mə­
sələlərin sülh yolu ilə həll edilməsi nəzərdə tutulur. Sazişin şərtlərinə görə ermə­
nilər Zəngəzurdan  qoşunlarını çıxarmalı idilər.  Azərbaycan tərəfi ermənilərin 
"səmimiliyinə” inanıb  qoşununu Zəngəzurdan  çıxarır.  Ermənistan isə  bölgəyə 
əlavə qoşun hissəsi yeridərək  Zəngəzurda  iri miqyaslı əməliyyat keçirir...
23 
noyabr  1986-cı il - Avstraliyanın  Melburn  şəhərində türk konsulluğu bi­
nası  qarşısında  maşında partlayış  baş  verir.  1  nəfər  ölür,  5 mərtəbəli  binaya 
çoxlu ziyan dəyir.  Çox keçmir ki, günahkarların Viktoriya şəhərindən olan er­
mənilər - Hakop Levonyan, Levon Dəmiryan olması məlum olur...
268
Azərbaycan faciələrinin təqvimi
23 
noyabr  1991-ci il  -  Erməni yaraqlıları Xocavənd  (Hadrut)  rayonunun 
Axullu kəndinə hücum edir.  Hücum dəf edilərkən milis  işçilərindən iki nəfər - 
A.Hüseynov və B.Talıbov yaralanırlar...
23  noyabr  1991-ci  il  -  Qazax  rayonunun  Barxudarlı  kəndindən  əsir 
götürülmüş Vüqar Mollaşərif oğlu Əfəndiyev İcevan polis şöbəsində saxlanarkən 
ermənilər onun bədənindən elektrik cərəyanı keçirmiş, hər iki qulağını  siqaret 
közü ilə yandırmış,  sol  qabırğalarını  sındırmış,  kəlbətinlə üzündə  olan  tüklər 
dartılıb çıxarılaraq ona ağır işgəncələr verilmişdir...
23  noyabr  1992-ci il - Azərbaycanın Daxili Qoşunlar Alayı şimal sektorunda 
hücum əməliyyatına başlayır və çoxlu itkilər bahasına olsa da, ermənilərin Sır- 
xavənd müdafiə xəttini tutur...
24  noyabr  1577-ci il - 1 Şah Təhmasibin oğlu  IIŞah İsmayıl (Adil)  ölür...
24 
noyabr  1905-ci il - Tiflisdə ermənilərin atdıqları atəş nəticəsində 2 müsəl­
man qətlə yetirilir...
24  noyabr  1905-ci il - Erməni yaraqlıları ilə Gəncə yaxınlığında baş verən 
vuruşmada  8 nəfər müsəlman qətlə yetirilir...
24  noyabr  1918-ci il - Terrorçu daşnaqlar Yeni  Bayazit qəzasının  Toxluca 
kəndini  dağıdırlar.  Çoxlu sayda  əhali  öldürülür.  Sağ  qalanlar  kəndi  birdəfəlik 
tərk edirlər.  Erməni  cəlladları  ələ keçirdikləri kənd sakini İbrahim Hüseyn oğ­
lunun gözlərini  vəhşicəsinə çıxardıqdan sonra onu buraxırlar...
24 
noyabr  1919-cu il - Daşnaq terrorçusu Dro  rəhbərlik etdiyi silahlı dəstə­
lərlə Sürməlidə və Zəngəzurda onlarla kəndi  viran  edərək,  əhalisini  qətlə yeti­
rir...
24  noyabr  1988-ci il -  Bakı, Naxçıvan, Gəncə  şəhərlərində xüsusi vəziyyət 
elan olunur, qadağan saatı qoyulur...
24 
noyabr 
1988-ci il - Ermənistanın ərazisindən Azərbaycanın Qubadlı ray­
onunun Eyvazlı, Qədirli,  Davudlu kəndlərinə daşnaq terrorçuları tərəfindən bas­
qınlar edilir;  Eyvazlı kəndi  tamamilə yandırılır...
24 
noyabr  1990-cı il - Saat  17.00 radələrində hərbi paltar geymiş erməni ya­
raqlıları  X.Hüseynovun  idarə  etdiyi  “QAZ-53” markalı  maşını  atəşə  tuturlar. 
Nəticədə 
Qaradağlı-
M  ar tuni
 
avtomobil yolunun 5 kilometrliyində 3
 
nəfər mülki 
şəxs olan azərbaycanlı kişisi faciəli surətdə qətlə yetirilir. Mərhumlar (Xandəmir 
Hüseynov, A.Səfixanov, Vahid Alıxanlı) əvvəl qarət olunur, sonra qəddarcasına 
güllələnirlər.  Ermənilər onların sinələrinə güllə ilə xaç çəkirlər.  Qaradağlı kən­
dinin 58  yaşlı sakini  Xandəmir  Hüseynovun bədəninə qəddar düşmən  30-dan 
artıq güllə vurur...
269


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə