Yonqarçıxarma prosesinin sumulyasiyası
380
tezliyində ölçülmüşdür. Yonqar seqmentləri
arasında deformasiya lokallaşdırılmışdır. Nəti-
cədə materialın lokal bərkiməsi əsasında pilləli
yonqar yaranır.
Şəkil 2. a) şəbəkələndirilmiş tor topologiyası, b)
yenidən hesablamadan sonra alınan tor
Əgər yonqarın yaranması çatlarla bağlıdırsa
onda uyğun dağılma və çatyaranma hipotezləri
SE-modelində nəzərə alınmalıdır. Burada mik-
ro və makro dağılma fərqləndirilir. Bunlar ma-
terialın deformasiyası zamanı →çatların əmə-
ləgəlməsinin səbəblərini izah edərək dağıl-
manın modelləşdirilməsinə xidmət edir. Çata
əsaslanan yonqarəmələgəlməni təyin etmək
üçün zədələnmə əmsalından (C
krtik.
) istifadə
olunur. SE simulyasiyasında verilmiş element
zədələnmə əmsalını keçdikdə onun tordan
silinməsi baş verir. Bu əmsal aşağıdakı kimi
ifadə olunur:
Şəkil 4-də dağılma hipotezi əsasında ADİ-900
çuqunun mexaniki emalında yonqarım əmələ
gəlməsinin simulyasiyası təsvir olunur.
Şəkil 3. v
c
=25 m/dəq və S=0,20 mm-də pilləli yon-
qarın əmələ gəlməsi
Şəkil 4. Pilləli yonqarım əmələgəlmə prosesinin
simulyasiyası (v
c
= 70 m/dəq, S=0,25 mm və
γ
=-6°)
Dağılma kriteriyası kimi dartılmada yaranan
normal gərginliyin böyük toxunma gərginli-
yinə nisbətindən istifadə olunur (Barozzo
prinsipi). Şəkildə təsvir olunmuş ardıcıllıqda,
alət tili materialla təmasa girdikdən sonra
pəstahın səthində çat yaranır və sürüşmə
zonası boyunca uzanır. Tilin qarşısında yara-
nan yığılma zonası kiçilir və yonqar seqmenti
∫
=
k
d
a
f
C
krit
ε
ε
ε
σ
0
.
)
,
,
(
Yonqarçıxarma prosesinin sumulyasiyası
381
sıçrayışla tildən qabağa sürüşür. Çat əsas ma-
terialla yonqar arasındakı en kəsiyi kiçildir.
Sürüşmə bucağı kiçilir və yonqar pəstahdan
daha uzaqlaşdırılır. Kəsmə bucağının kritik
qiymətindən sonra ilkin sürüşmə zonası
dağılır. Nəticədə ikiyə bölünmüş yonqar alınır.
Qopmuş yonqar hissəsi alətin qabaq üzü üzrə
sürüşür, yerdə qalan hissə yenidən deformasiya
olunaraq yuxarıdakı proseslərin təkrarı üçün
zəmin yaradır.
(alm. die Simulation der Spanbildung, ingl. Simu-
lation of chip formation)
Yonqarın yığışması kəsilən qatın qalınlığının
və eninin emal zamanı kəsmə zonasında plas-
tiki deformasiya nəticəsində dəyişilməsi və be-
ləliklə yonqarın uzunluğunun alətin tilinin get-
diyi yoldan fərqlənməsi ilə xarakterizə olunur.
Yonqarın uzunluğu kəskinin gət etdiyi yola
nisbətən kiçilir. Yonqarın plastiki deformasiya
nəticəsində ölçülərinin dəyişməsi yığışma əm-
salı (
ξ
) ilə işarə edilir. Nəzərə alsaq ki, plastiki
deformasiyanın təsirindən yonqarın həcmi də-
yişmir, onda yonqarın yığışması ilə kəsilən
qatın parametrləri arasında aşağıdakı asılılıq
mövcud olur:
ξ
= L
0
/L
1
=a
1
/a. Burada a yon-
qarın qalınlığı, a
1
kəsilən qatın qalınlığı, L
1
-
yonqarın uzunluğu, L
0
- kəsmə uzunluğudur.
Yonqarın
Şəkil 1. Yonqarın yığışma əmsalının kəsmə rejimlə-
rindən asılılığı
yığışmasına ən çox təsir edən kəsmə sürətidir.
Sürət ardıqca kəsmə bucağı kiçildiyindən yı-
ğışma əmsalı da kiçilir (şəkil 1). Veriş artdıq-
ca əmsal kiçilir. Bunun da səbəbi odur ki, qalın
yonqarlarda deformasiya zəif gedir. Nazik
yonqarlarda yığışma əmsalı daha çox nəzərə
çarpır.
(alm. die Spanstauchung, ing. Chip compresion)
Yonqarqıran kəsmə ilə emalda alətin kəsici
tilinin üzərində, uzun yonqarların qırılıb
əlverişli formaya salınması üçün tətbiq olunan
pillədir. Bu pillə bərk xəlitəli lövhələrdə çox
zaman hazırlama ərəfəsində kəsici tilin ar-
xasında, alətin dal üzü üzrə çöküntü şəklində
yaradılır. Yonqarqıran pilləsi olmayan kəsici
alətlərin üzərinə əlavə lövhə bərkitməklə bu
pilləni əldə edirlər.
Yonqar bu pilləyə çatdıqda sınır və onun işçi
zonadan təhlükəsiz nəqli mümkünləşir (şəkil
1). Çünki uzun yonqar insan, alət, dəzgah və
emal olunan səth üçün təhlükə yaradır.
Yonqarqıran pillənin eni və hündürlüyü
(dərinliyi) emal olunan materialın xassələri,
kəsmə dərinliyi və sürətdən asılıdır.
Şəkil 1. Yonqarqıranla təchiz olunmuş kəsici lövhə
ilə yonma
(alm. der Spanbrecher, ingl. Chip beaker)
Yorğunluq (material) maşınqayırmada uzun-
müddətli tsiklik →gərginliklərin və →defor-
masiyaların təsiri altında işləyən materialların
öz mexaniki və fiziki xassələrinin dəyişməsi-