Dənizdən incini sən çıxarmasan,
Onu bir çay daşı, çaylaq daşı san,
Boz yerin altmda qızıl layı var,
Qazıb çıxarılsa başda tac olar.
Alim öz elmini dilləndirməsə,
Yoxdur o elmdən fayda heç
kəsə.
Elm ilə təfəKKÜr qanaddır qoşa,
Bacarsan qanadlan, yÜKSəl günəşə.
Eşit, nələr söylər bu Kəndin bəyi
O da bayraq edib yalnız biliyi.
Cahanı tutm ağa zəKavət gərəK.
Xalqı ram etməyə fərasət, ürəK.
Aləmi əql ilə tu td u cahangir,
Xalqı ram eləyən elmin sehridir.
Yarandığı gündən yoldadır bəşər,
Udur bu yürüşü yalnız aqillər.
Hər hansı dövrdə rütbə, xəzinə,
Kimə şö'lə saçıb? Alim üzünə.
Kişinin eybini nə silər? İdraK,
Elmin bulağıdır onu qılan paK.
Elm, zoKa sənə verməsə murad,
Yalnız bundan sonra qılınça əl at.
Xalqa başçı olur bilimdən bəylər,
Qılmc çalır yalnız Kor dərəbəylər.
Aləmi tutm ağa zəKavət gərəK,
Xalqı ram etməyə fərasət, ürəK.
Elm ilə fərasə t, bilİKİə qeyrət.
Kişiyə bəxş edir eşsiz səltənət.
Tutmaq istəyirsən İkİ cahanı,
Soruş öz KÖnlündən bəs elm in hanı.
Özünə yaxşılıq istəsən əgər,
Yaxşılıq yolunu tu t, ey hünərvər.
Adı qala bilər, insan özü yox,
Batırsan adını toyuqsan, toyuq.
Ad qalır, dünyadan tez KÖçür insan,
Adm yaşayırsa, sən də yaşarsan.
YAXŞILIĞA QATILMAQ
Yaxşılıq fü rs ə ti Keçibsə ələ,
Həm sözdə, həm işdə yaxşılıq eylə.
Sovuşar igidlİK, sönər həyat da,
Bir gün uyuyarsan toprağın altda,
Ömrü qənimət bil yaxşılıq et Kİ,
Odur qazandıran eşqi, ülfəti.
Heç kəs bu dünyada ölümsüz deyil,
Mərdin yaxşılığı baş tacıdır, bil,
Cahanda dağ boyda ərlər doğuldu,
Axırda toprağm qisməti oldu.
Yaxşı da, yam an da, bəy də, köIə də,
Ölür... adı q alır yalnız öİKədə.
Gəlmiş, sənə çatmış indi də növbət,
Yalnız yaxşılıq et, ad-san qoyub get.
Şah olsa bir gün döşənir yerə,
Alqış ad-san qoyub can verənlərə.
Yalnız
İkİ
adı yaşadır həyat:
Biri yaxşı addır, biri yaman ad.
Seç g ö tü r... yam an ad dərhal sÖKÜlür,
Yaxşı addan ərzə işıq tÖKÜlür.
Yaxşı ad çıxartsan layiqsən eşqə,
Yaman ad çıxartsan, yalnız söyüşə,
ZöhhaKin cəmdəyi lə'nət qazandı,
Fəridun hələ də bəşərin andı.
Biri yaxşı idi, öydülər onu,
Biri yaman idi, soydülər onu.
Yamanmı xoş gəlir, ya sənə yaxşı,
Xalqm lə'nətim i, yoxsa alqışı?
Yamanlıq - yaxşılıq rəmzidir insan,
Seç, götür birini, hansmı umsan.
hammı smaqdan çıxarır zaman,
İşıqla zülmətdir, yaxşıyla yaman.
Mərdlər ad çıxarır, alqış qazanır,
Əclaflıq edənlər qarğış qazanır.
Min dəfə sınadım zövqü iflici,
Daim geri getdi, üzüldü gücü.
Haçan, hansı yerdə görüb bir Kİşi,
Bəhrə-bar yetirə şərin gərdişi?
PislİK-cəhənnəmdir, yalnız yandırar,
Salamat qoyduğu birçə daşmı var?
FİKİr ver, nə qədər sələflərin var:
Avamlar, aləmi basıb alanlar...
Hansınm KÖnlündə yanıbsa işıq,
Verib bu aləmə zinət, yaraşıq.
Bəşər bəylərindən Kİmdə fəzilət,
Olubsa, gətirm iş xalqa səadət.
Bu
gün
də
yaşay ır yaxşı Kİşilər,
Ən vacib işlərə başçı Kİşilər.
Elmin məbədinə haKİmsə hər Kİm,
A rifi, alimi irəli çəKİr.
Bir cüt əl - insanm əməK aləti,
Elm ilə saxlayır bəşəriyyəti.
Gör
hansı
eşq ilə
çırpınm ış ürəK:
Acı, yoxsulu da zənginləşdirməK.
Bəşərin fəxridir səxavətlilər,
Onu yaşarı bil, ölübsə əgər.
Bilib ölməyini hazırlıq yapan,
Bir daş məKtub yazır bizə məzardan.
Hər Kİm oxuyursa məzar daşını,
DərK edir həyatın çağlayışmı.
Elmdən qədrli cahanda nə var?
Nadanın öyüdü - həqarət, qubar.
Ürfan nuru saçan ağ saçlı Kİşi
Necə təsvir edir görün gərdişi!
Yuxarı başdaca yer tutdu nadan,
Aşağıya döndü həmən yer əl'an.
Alim yer tutursa aşağı başda,
Orda lə'lə dönür adiçə daş da.
Əyləş aşağıda, ya yuxarı qalx,
Hörmətini elmin göstərər ancaq.
Yüzündən seçilir yqlnız
İkİ
ər!
Biri bəy, o biri alim hünərvər.
Qalanlar m iyanə... dəyişir donu,
İstəsən bunu seç, istəsən onu.
Sən indi hansısan, tapmacanı aç,
İKİsindən b iri... üçüncüdən qaç.
Qılmc alıb-satan təhlÜKƏ saçar,
Qələm alıb-satan elmə yol açar.
Alim töhfəsidir gözəl qanunlar,
Sürünəni ərşə qaldırır onlar.
Olümün diriyə m irasıdır söz,
Atalar sözünün nəf'i birə yüz.
Elmsiz adam lar Kor Kİmidir, Kor,
Nur istə elmdən, ey zavallı, nur.
Gözəl söz -dodaqda reyhan, qızılgül,
Cəsur natiqləri vəsf et, ey Könül.
A riflər içində TürKcə məsəl var,
Qoy deyim, sabaha qalsm yadigar.
Dilin
KÜrKÜ
sözdür, əqlin
KÜrKÜ
söz,
Mərdin
KÜrKÜ
üzdür, üzün
KÜrKÜ
göz.
Yaxşı sözlər deyər mərd ömrü boyu,
Daim üzündədir üzünün suyu.
Sən bax, diqqətlə bax TürK bəylərinə,
Yaxşılıq biçilib əyinlərinə.
TürK bəyləri içrə ən şöhrətli ər,
Alp Ər Tonqa idi-daim səfərbər.
El-oba içində adlı-sanlı, mərd,
Elmli, zəKalı, ən çəsur xilqət.
Əfrasiyab derdi tacİKİər ona,
Xalqı birləşdirib yığdı başına.
Kimlər dolandırar bəşəriyyəti,
O kəs k İ,
güclüdür elmi, sənəti.
TacİKİər Kİtabda yazıblar bunu.
Kitab -aşıb-daşan əqlin
yeK u nu.
Ən sərt
düyünləri Kİm
aça
bilər -
A ğızlı
Kİşilər, alim Kİşilər.
Qulanı basmağa nər arslan gərəK.
Cahanı tutm ağa hünərli erKƏK.
Zülməti boğmağa, işıq olmağa,
Elm ilə yol açır Cahangir ağa.
Düşmənin boynunu qılıncla vuran,
Adil siyasətlə olur qəhrəman.
Dostları ilə paylaş: |