I fəSİl beynəlxalq maliyyə qurumlarının təsnifatı və onların beynəlxalq



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə19/35
tarix20.09.2018
ölçüsü1,36 Mb.
#69832
1   ...   15   16   17   18   19   20   21   22   ...   35

55 
 
75  milyona  yaxın  insanı  işlə  təmin  etmişir.
52
 Transmilli  korporasiyaların 
filiallarının  və  ana  kampaniyalarının  ölkələr  üzrə  yerləşməsinə  diqqət  yetirsək, 
görə  bilərik  ki,  ana  kampaniyaların  əksəriyyəti,  yəni  80%  sənayecə  İEÖ-də 
yerləşmişdir.  Yalnız  19,5%  ana  kampaniyanın  yerləşdiyi  ərazi  İEOÖ-dir.  0,5% 
ana kampaniya isə post-sovet məkanında yerləşmişdir. Qız kampaniyaların (yəni 
xarici  filialların)  33%-ü  İEÖ-də  yerləşmişdir.  50%  qız  kampaniya  iqtisadi 
cəhətdən  az  inkişaf  etmiş  ölkələrin  (yəni  İEOÖ-in)  payına  düşmüşdür.  Yerdə 
qalan  17%  qız  kampaniya  isə  post-sovet  məkanında  yerləşmişdir.  XIX  əsrin 
sonundan  başlayaraq  transmilli korporasiyalar  üçün  uzun  sürən  iqtisadi  təkamül 
dövrünü  yaşamışdırlar.  XX  əsrin  ikinci  yarısının  əsas  iqtisadi  elementi  olan 
transmilli korporasiyaların xüsusi biznes struktur olduğunu dərk etmiş oluruq. 
TMK-ların  dünya  iqtisadiyyatı  inkişafının  mühüm  istiqaməti  kimi  bir  sıra 
üstünlükləri  var:  TMK  istehsalın  beynəlmiləllik  səviyyəsini  artırır,  beynəlxalq 
əmək  bölgüsünü  sürətləndirir,  dünya  təsərrüfat  sistemini  rəngarəngləşdirir  və 
dünya  iqtisadiyyatının  dünyəvilik  səviyyəsinin  artırır.  TMK-ın  kapitalları  öz 
ölkələrində  baş  verən  proseslərdən  nibətən  uzaqdırlar,  yəni  daha  çox  sərbəst 
hərəkət edə bilərlər. Ümumilikdə götürdükdə TMK dünya miqyaslı münasibətləri 
daha obyektiv formada tənzimləyirlər, kapitalı daha çox mənfəət gətirən istehsal 
sahələrinə və regionlara tərəf meylləndirmək bacarığına malikdirlər.
53
 
TMK-ların  ev  sahibi  ölkə  üçün  ən  böyük  faydası    həmin  ölkənin  ixracat 
rəqabət gücünü artırmasıdır.
54
 
 
2.2  Dövlətlərarası  münasibətlərə  transmilli  korporasiyaların  təsiri  və 
hökumətlərin nəzarəti itirməsi problemi 
Transmilli qarşılıqlı təsir və TMK-lar hansı şəkildə dövlətlərarası siyasətə 
öz  təsirini  göstərir?  Deyilənləri  nəzərə  alsaq, transmilli  münasibətlər  cəmiyyətin 
                                                           
52
 
UNCTAD (2008) Word Investment Report 2008
 
53
 Dünya iqtisadiyyati: müasir dövrün problemləri // Aqil Əliyev, Arif Şəkərəliyev, İdris Dadaşov //Bakı 
2003,səh.35 
 
54
 UNCTAD (2002) Word Investment Report 2002: Transnational Corporations and Export 
Competitiveness, New York: United Nations 


56 
 
qarşılıqlı tez qəbul edilənə, dərk edilənə çevrilməsi prosesini sürətləndirir, bu da 
hökumətlərarası  münasibətləri  dəyişməyə  sövq  edir.  Bu  yanaşmanı  2  ölçüdə 
işıqlandırmaq  olar  -  beynəlxalq  ticarət  və  maliyyə,  digər  tərəfdən  kütləvi 
kommunikasiyanın dünyanı əhatə edən sistemindən çıxış etməklə. 
TMK-ların  yaranması,  mövcudluğu  və  inkişafı  üçün  ən  vacib  amillərdən 
biri də siyasi amillərdir. Bir çox siyasi amillər şirkətlərin beynəlmiləlləşməsində  
və  ev  sahibi  ölkələrdəki  fəaliyyətlərinin  düzgün  inkişaf    etdirilməsində  özünü 
göstərməkdədir.  Ev  sahibi  ölkələrdə  istər  xalq,  istərsə  də,  hökumət  TMK-lara 
qarşı adətən simpatiya ilə yanaşmırlar. Buna görə də, hökumətlər TMK-lara qarşı 
təmkinli yanaşır  və lazım olan vaxtda onların fəaliyyətlərini məhdudlaşdıra bilər. 
Ev sahibi ölkələrin hökumətlərinin narahatığı artdığı zaman TMK-ların ev sahibi 
ölkələrdəki sərmayələri milliləşdirilə bilər. Əvəzi ödənsə də, milliləşdirmə TMK-
ların ən çox çəkindiyi hallardan biridir.
55
 
Bu  baxımdan  şərtlər  nə  qədər  əlverişli  olsa  da,  TMK-lar  investisiya 
yatırdıqları  ölkədə  az  və  ya  çox  dərəcədə  mütləq  siyasi  çətinliklə  üzləşirlər. 
Bunun  səbəbi  ana  ölkə  ilə  ev  sahibi  ölkədəki  qərarvermə  mexanizmlərinin  bir-
birindən  fərqli  olmasıdır.  Ev  sahibi  ölkədə  üzləşilən  çətinliklər  isə  ən  çox 
millətçilikdən qaynaqlanır.
56
 
1980-ci  ildən  sonrakı  dövrdə  dövlətlər  TMK-lara  daha  isti  münasibət 
göstərməyə    başlamışdır.  Bir  çox  ölkə  ilə  ortaq  beynəlxalq  layihəyə  imza  atan 
Yaponiya  “düşmən  rəqib”  anlayışından  “qarşılıqlı  həmrəylik”  anlayışına 
keçmişdir. 
Transmilli  təsir  və  TMK-ların  qarşılıqlı  təsirə  məruza  qalan  proseslərə, 
nəticədə  dövlətlərarası  siyasətə  olan  təsirinin  5  növ  variantını  ayırmaq  olar. 
Onlardan  4-ü  TMK-ların  qarışmasını qəti surətdə  istisna  edən  transmilli  təsirdir, 
axırıncıların fəaliyyəti baxmayaraq ki, uyğun nəticəyə gətirib çıxara bilər; 
v
 təsir 
                                                           
55
 Seyidoğlu, Halil; a.g.e., s. 554. 
56
 Brewer, Thomas L.; “An Issue-Area Approach to The Analysis of MNE-Government Relations”, Journal of 
International Business Studies, Vol. 23, Issue 2, 1992, s. 301. 


57 
 
variantı  isə  yalnız  TMK-ların  aktorlar  və  kvazi-aktorlar  kimi  mövcudluğu 
şəraitində mükündür. Bu variantları aşağıdakı şəkildə mənalandıraq: 
1.
 
münasibətlərin dəyişməsi; 
2.
 
dövlətlərin  asılılığı  və  qarşılıqlı  asılılığı  yolu  ilə  qarşısını  alma 
mexanizmlərinin inkişafı; 
3.
 
bir  dövlətin  hökümətlərinin  digər  dövlətin  hökümətlərinə  təsir 
imkanlarının artırılması; 
4.
 
beynəlxalq plüralizm; 
5.
 
dövlətlərin  siyasətlərinə  qarşı  dura  bilən  və  ona  qəsd  edə  bilmə 
imkanlarına sahib olan yeritdiyi xarici siyasəti ilə birgə muxtariyyət xarakterli 
aktorların meydana çıxması. 
Bütün  növ  transmilli  əlaqələrdə  yaranan  təsir  istənilən  istiqamətə  yönələn 
münasibətlərin dəyişməsinə səbəb ola , nəticədə də dövlət siyasətinə təsir göstərə 
bilər.  Beləliklə  də,  müxtəlif  ölkələrdən  olan  vətəndaşların  təsiri  milli  düşüncə 
cəmiyyətlərində  istənilən  fikrin  dəyişməsinə  bais  ola  və  elita  və  qeyri-elitanın 
reallığı  dərketmə  prosesinə  təsir  edə  bilir.  Transmilli  kommunikasiya 
münasibətlərinin  dəyişməsinə  səbəb  olan  amillər  elektron  qurğuları  və  çap 
sözlərinin  köməyilə  ortaya  çıxsa  da,  bizə  az  aydın  görsənsə  də,  oxşar  nəticələri 
transmilli  nəqliyyat,  səyahət  və  maliyyə  prosesləri  də  göstərə  bilir.  İBM 
firmasının  irəli  sürdüyü  şüar  nə  qədər  emosional  səslənsə  də,  heç  də  bütün 
dünyada  sülh  dünya  ticarətinin  köməyi  ilə  baş  vermir,  ancaq  ki  “Toyota”  və 
“Fiatın”  əldə  etdikləri  nailiyyətlər  italyan  və  yaponlara  olan  fikrin  və 
münasibətlərin formalaşmasında ilkin zəmin rolu oynayır, özü də uğurla. 
Transmilli  korporasiyaların  iqtisadi  fəaliyyətlərinin  böyük  bir  hissəsi  öz 
ölkələrinin  ərazisində    reallaşdırılır.  2001-ci  ildə  dünyanın  ən  böyük  500 
şirkətinin ümumi satışlarının 72%-i öz ölkələrində aparılmışdır.
57
 
Transmilli korporasiyalar öz fəaliyyətinin legitimliyinə təminat əldə etmək 
üçün  əfsanə,  simvol  və  normalar  yaradaraq  və  dünyanın  istənilən  yerində  qərb 
                                                           
57
 Rugman, Alan M. (2003); “Regional Strategy and the Demise of globalization”, Journal of İnternational 
Management, 9(2003), səh. 409-417 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə