DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Arabaçı:
-
Hansı Boseanı buyurursunuz? - deyə soruşdu.
Arabaçının bu mənalı sualı Ejeni daha da pərişan etdi. Hələ
cəmiyyət üzü görməmiş bu şıltaq cavan de Boseanların iki evi
olduğunu bilmir və onun taleyi ilə qətiyyən maraqlanmayan
qohumlarının sayı çox olduğunu da dərk eləmirdi.
-
Vikont de Boseanın evinə, küçəsi...
Arabaçı başı ilə işarə edərək:
-
Qrenel küçəsinəmi? - dedi. Bilirsinizmi, bundan başqa bir də
Sen-Dominik küçəsində qraf və markiza de Boseanın evi var...
Arabaçı bu sözləri deyib karetin ayaq yerini qaldırdı.
Ejen etinasızlıqla cavab verdi:
-
Bilirəm.
Şlyapasını qabaqdakı yerin üstünə ataraq, öz-özünə:
-
Bu gün hamı mənə istehza edir! - deyirdi. - Bu əyləncə mənə
çox baha oturacaq. Bununla belə, mən, heç olmasa, bu kuzinama əsl
kübar görüşü təşkil eləyərəm. Qəddar qoca Qorio ata artıq mənə on
franka başa gəlmişdir. Namusuma and olsun, mən bu sərgüzəşti
madam de Boseana nəql edəcəyəm, bəlkə, heç olmasa, onu
güldürməyə müvəffəq ola bildim. O, əlbəttə, bu quyruğukəsik
siçovulun gözəl qrafinya ilə cinayətkar əlaqələrinin sirrinə bələddir.
Bu əxlaqsız qadına görə başımı vurub yarmaqdansa, kuzinama xoş
gəlmək daha münasibdir. Həm də göründüyü kimi, onun qiyməti çox
bahadır. Gözəl vikontessanın yalnız adı bu qədər böyük qüdrətə
malikdirsə, gör onun özünün əhəmiyyəti nə qədərdir. Yüksək
təbəqələrə müraciət edək. Göylərdə birisinə hücum etdiyin zaman
Allahın özünü hədəf götürmək lazımdır!
Rastinyakın öz-özü ilə etdiyi bu söhbət, içərisində çırpındığı min
bir fikrin xülasəsindən başqa bir şey deyildi. Yağan yağışı seyr edərək
bir az sakit oldu, özünə inamı artdı. O, öz-özünə, olan- qalan
pulundan yüz suluq pullarını xərcləmiş olsa da, qazancsız
qalmadığını, hər halda, ayaqqabılarını, paltarını və şlyapasını
mühafizə etdiyini söyləyirdi. Arabaçının “zəhmət olmasa, darvazanı
açın” deməsi onun qəlbində xoş bir hiss oyatmışdı. Qızıl baftalı,
qırmızı paltarlı qapıçı darvazanı açdı, qapı ilgəkləri cırıldadı, bir az
sonra karet həyətə girərək bütün həyəti dolandı və alaqapının
qabağındakı artırmanın qarşısında dayandı. Rastinyak xoşhallıqla
74
downloaded from KitabYurdu.org
karetin bu səyahətini seyr edirdi. Qırmızısaçaqlı, göyrəngli kobud
paltar geymiş sürücü karetin ayaq yerini endirmək üçün aşağı düşdü.
Ejen karetdən düşərkən mülkün sütunları arxasından boğuq gülüş
səsləri eşitdi. üç-dörd lakey bir yerə toplaşıb meşşan toy ekipajına
rişxənd edirdi. Tələbə mindiyi arabanı Parisin ən qəşəng ikiyerli
karetləri ilə müqayisə etdiyi zaman bu qəhqəhənin mənasını başa
düşmüşdü: bu karetə bir cüt qızğın at qoşulmuşdu, qulaqlarına
qızılgül taxılmış atlar qantarğaları gəmirirdi. Pudralı, əla qalstuklu
sürücü, atlar bu saat yerindən tərpənib qaçacaqlarmış kimi, cilovlan
əlində möhkəm tutmuşdu. Şose d’Anten küçəsində, qrafinya de
Restonun həyətində iyirmi altı yaşlı bir gəncin zərif kabrioleti
dayanmışdı. Sen-Jermen məhəlləsində isə adlı-sanlı kübar bir adamın
ehtişamlı kareti durmuşdu: bu kareti otuz min franka belə almaq
mümkün deyildi.
Parisdə, əlbəttə, birisinə məşuqə olmayan az qadın tapıldığını və
bu kraliçalardan birinə sahib olmaq üçün yalnız qan tökmək kifayət
etməyəcəyini bir az gec başa düşmüş Ejen fikirləşirdi: “Görəsən, bu,
kim ola bilər? Lənət şeytana! Görünür, mənim kuzi- namın da özünə
məxsus Maksimi var!”
Ejen yuxarı qalxdı: ürəyi döyünürdü. O görünər-görünməz,
şüşəbənd qapını açdılar. O, qaşovlanarkən rahat dayanan ağıllı
eşşəklərə bənzəyən lakeyləri gördü. De Bosean mülkünün aşağı
mərtəbəsindəki geniş qəbul salonlarında rəsmi bal verilirdi. Bala
dəvətlə bal arasındakı fasilədə hələ kuzinasına vizit verməyə
müvəffəq olmamış Ejen, vikontessa de Boseanın şəxsi otaqlarını
görməmişdi: bu otaqlarda ilk dəfə o, vikontessanın şəxsi zərifliyinin
xariqələrini, kübar bir qadının mənəviyyat və məişət nümunəsini görə
biləcəkdi. Ejen üçün bu tanışlıq bu cəhətdən də maraqlı idi: qrafinya
de Restonun salonu ona müqayisə üçün imkan yaradırdı. Vikontessa
qonaqlarını saat beşin yarısından qəbul etməyə başlardı. Kuzeni beş
dəqiqə qabaq gəlmiş olsaydı da, onu qəbul etməyəcəkdi. Müxtəlif
Paris etiketlərindən qətiyyən başı çıxmayan Ejeni ağ rəng çəkilmiş,
üzərinə çiçəklər düzülmüş, qızıllanmış sürahili geniş pilləkənlə
madam de Boseanın yanına apardılar. Ejen onun Paris salonlarında
hər axşam bir-birinin qulağına söylənilən və daim dəyişən
hekayətlərdən olan şifahi bioqrafiyasından xəbərsizdi.
75
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
üç ildən çox idi ki, vikontessa Portuqaliyanın ən məşhur və
zəngin kübarlarından markiz d’Ajuda-Pinto ilə əlaqədə idi. Səmimi
hisslərdən doğan bu əlaqə hər iki aşiqə o qədər cazibədar görünürdü
ki, onlar üçüncü bir adamın araya qarışmasına dözə bilməzdilər.
Vikont de Bosean istər-istəməz bu morqanatik ittifaqa razılıq
verməklə başqaları üçün də bir nümunə ola bilərdi. Bu dostluğun
birinci dövründə; təqribən gündüz saat ikidə vikontessa ilə görüşməyə
gələnlər, burada markiz d’Ajuda-Pintonu görə bilərdilər. Madam de
Bosean evinin qapılarını qonaqlar üçün, əlbəttə, bağlaya blməzdi: bu,
ədəbsizlik sayıla bilərdi; lakin o, öz qonaqlarını o qədər soyuq qəbul
edir və tavanı o qədər diqqətlə seyr edərdi ki, qonaqlar ona mane
olduqlarını dərhal başa düşərdilər. Paris madam de Boseanın saat
ikidən saat dördə qədər gələn qonaqlardan darıxdığını öyrəndiyi
zaman, artıq onu tamamilə yalqız buraxdı. O, cənab de Bosean və
markiz d’Ajuda-Pinto ilə Operaya gedər, yaxud Bufonları ziyarət
edərdi, lakin cənab de Bosean özünü idarə edə bildiyindən, arvadını
və portuqaliyalını əyləşdirdikdən sonra onları yalqız buraxıb gedərdi,
indi markiz d’Ajuda-Pinto madmazel de Roşfid adlı bir qızla
evlənmək niyyətində idi. Bütün yüksək cəmiyyətdə hazırlığı aparılan
bu izdivacdan yeganə bixəbər şəxs vardısa, o da ancaq madam de
Boseanın özü idi. Bəzi rəfiqələri ona işarələr etsə də, o yalnız gülər və
paxıllıqdan onun səadətini pozmaq istədiklərini zənn edərdi. Halbuki
yaxın zamanlarda nikah artıq elan edilməli idi. Portuqaliyalı qəşəng
markiz vikontessanın yanına gəlməklə bu izdivacı ona xəbər vermək
fikrində idi, lakin xəyanət sözlərini söyləməyə cəsarət edə bilmirdi.
Nə üçün? Qadına belə bir zərbə vurmaqdan da çətin şey ola bilərmi?
Bəzi kişilər üçün duel meydanında onun ürəyinə şpaqasını sancmağa
hazır olan bir düşmən qarşısında dayanmaq, iki saat göz yaşları ilə
dolu şikayətdən sonra can verdiyini söyləyən və naşatır tələb edən bir
qadın qarşısında dayanmaqdan daha asandır. Ejen gəldiyi zaman
markiz d’Ajuda-Pinto ağır vəziyyətdən çıxmaq üçün getməyə
hazırlaşırdı. O, bu nəticəyə gəlmişdi ki, madam de Bosean, onsuz da,
bu xəbəri eşidəcək, bunu ona söyləməkdənsə, yazmaq daha yaxşıdır.
Eşqin qətlini şəxsi söhbətdə müzakirə etməkdənsə, məktubda yazmaq
daha münasib görünürdü. Lakey vikontes- saya de Rastinyakın
gəldiyini xəbər verərkən, markiz d’Ajuda-Pinto
76
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |