İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə32/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   28   29   30   31   32   33   34   35   ...   231

NYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Taxıl bazarındakı alverçilər vermişel fabrikantının bu ülvi qızğınlığını 



başa düşməz, onu yalnız məsxərəyə qoyardılar, hətta ona gülməli bir 

ad belə qoymuşdular. Lakin bir dəfə alverçilərdən biri, dükanda bir az 

içdikdən  sonra bu gülməli  adı  ucadan ona  söylədiyi  zaman  vermişel 

fabrikantı  ona  elə  bir  yumruq  ilişdirmişdi  ki,  o,  Oblen  küçəsindəki 

tumbanın  üstünə  yuvarlanmışdı.  Qorionun  öz  qızlarına  bəslədiyi 

sonsuz,  təlaşlı  və  həssas  məhəbbət  hər  yerdə  şöhrət  qazanmışdı.  Bir 

dəfə Qorionun rəqiblərindən biri, onu bazardan uzaqlaşdırmaq və tək 

qalıb qiymətlərə təsir etmək məqsədi ilə Qorioya Delfinanın kabriolet 

altında  qaldığını  söyləmişdi.  Ölü  kimi  sapsarı  saralan  vermişel 

fabrikantı dərhal bazarı tərk etmişdi. Bu yalançı təlaşın onda yaratdığı 

zidd  hisslərin  çarpışmasından  Qorio  bir  neçə  gün  yatağından  dura 

bilmədi. Qorio bu adamı yumruqla öldürməsə də, yalançının böhranlı 

vəziyyətindən  istifadə  edərək,  onu  iflasa  uğratmış  və  bazardan 

həmişəlik qovmuşdu. 

Təbiidir ki, hər iki qızın tərbiyəsi mənasız şəkildə inkişaf edirdi. 

İldə  altmış  min  frankdan  artıq  mədaxili  olan  Qorio,  özünə  min  yüz 

frank belə sərf etməzdi, lakin qızlarının hər arzusunu yerinə yetirməyi 

özü  üçün  səadət  sayardı:  ən  yaxşı  müəllimlər  gözəl  tərbiyənin  tələb 

etdiyi bütün qabiliyyətləri Qorionun qızlarına aşılamağa borclu idilər. 

Qızların  bir  mürəbbiyəsi  vardı;  xoşbəxtlikdən,  o,  ağıllı  və  sağlam 

zövqlü bir qadın idi. üçü də bir yerdə at sürər, karetdə gəzər, varlı bir 

kübarın  məşuqələri  kimi  yaşardı.  Onlar  nə  arzulasaydılar,  nə  qədər 

bahalı  olur-olsun,  dərhal  ataları  bu  arzunu  yerinə  yetirərdi.  O,  öz 

səxavəti  qarşısında  qızlarından  yalnız  mehribanlıq  və  nəvaziş 

gözləyirdi.  Zavallı  öz  qızlarını  mələk  kimi  bəsləməklə,  onları  öz 

fövqünə qaldırdı. O, qızlarının verdiyi iztirab və əziyyəti belə sevərdi. 

Öz  gözəlliyi  ilə  qraf  de  Restonu  məftun  edən  Anas-  tazi  aristokrat 

dairələrinə can atırdı. Yüksək cəmiyyətlərdə dolaşmaq məqsədi ilə öz 

ata  evini  tərk  etmişdi.  Delfina  isə  pul  sevirdi.  O,  alman  nəslindən, 

“Müqəddəs Roma imperiyası”* baronlarından olan bankir Nusingenə 

ərə getdi. Qorio isə vermişel fabrikantlı- ğında qalmışdı. Ancaq bir az 

sonra  istər  kürəkənləri,  istərsə  də  qızları  Qorionun  yenə  də  ticarətlə 

məşğul  olmasına  həqarət  kimi  baxmağa  başladılar,  halbuki  ticarət 

Qorionun  canı,  həyatının  mənası  idi.  Onlar  Qoriodan  ticarəti  atmağı 

tələb  etsələr  də,  qoca  beş  il  onlara  təslim  olmadı.  Nəhayət,  güzəştə 

gedib, alveri atdı, 

98 

downloaded from KitabYurdu.org




müəssisəni  satdı  və  onun  pulu  ilə,  bir  də  son  illərin  mədaxili  ilə 

gələcək  məişətini  təmin  etdi.  Madam  Vokenin  hesabına  görə, 

Qorionun  kapitalı  ildə  səkkiz-on  min  livr  gəlir  verə  bilərdi.  Qızları 

ərlərinin tələbi ilə atalarını öz evlərindən qovdular, onu açıqdan- açığa 

qəbul  etməkdən  belə  çəkindilər.  Bunu  görən  Qorio,  dərdin 

şiddətindən baş götürüb pansiona qaçmışdı. 

Rastinyakın Qorio ata haqqında toplaya bildiyi məlumat ancaq bu 

idi. Bu məlumatı ona verən, vaxtilə Qorionun müəssisəsini satın almış 

cənab  Müre  adlı  bir  şəxs  idi.  Beləliklə,  hersoginya  de  Lanjenin 

Rastinyakın yanında söylədiyi fərziyyələr təsdiq edilirdi. Biz bununla 

Paris  həyatının  məchul,  lakin  dəhşətli  bir  faciəsinin  hekayətini 

tamamlamağı lazım bilirik. 

Dekabr ayının birinci həftəsinin sonlarında Rastinyak iki məktub 

aldı.  Məktublardan  biri  anasından,  o  biri  isə  böyük  bacısı  Lora-  dan 

idi.  O,  yaxşıca  tanıdığı  bu  xətləri  gördüyü  zaman  ürəyi  həm 

sevincindən, həm də qorxudan çırpındı. Xəfif kağız vərəqlərində onun 

bütün  ümidlərinə  hökm  verilirdi:  ya  həyat,  ya  ölüm.  Anasının  və 

bacılarının yoxsulluğunu xatırladıqda, o, dəhşətə gəlirdi; lakin onların 

müstəsna  bir  məhəbbətlə  sevdiklərini  qabaqcadan  bildiyindən,  son 

damla  qanlarını  sormaqdan  qorxmaya  da  bilərdi.  Anası  məktubunda 

yazırdı ki: 

“Mənim  əziz  oğlum,  mən  sənə  xahiş  etdiyini  göndərirəm.  Bu 

pullan qənaətlə xərclə, çünki mən səni ölümdən xilas etmək üçün belə, 

atana bu sirri açmadan bu qədər pulu göndərmək iqtidannda deyiləm. 

Sirri  atana  açmaq  isə  ailə  həyatımızı  tamamilə  pozmaq  deməkdir. 

Yenidən  pul  tapmaq  üçün  biz  mülkümüzü  girov  qoymağa  məcbur 

olardıq.  Sənin  məqsədlərini  bilmədiyimdən,  heç  bir  rəy  söyləmək 

iqtidannda deyiləm. Lakin bu necə bir məqsəddir ki, sən anana belə 

xəbər verməkdən qorxursan? Bunun üçün cild- cild kitablar yazmağa 

ehtiyac  yoxdur,  analara  bir  söz  belə  kifayətdir,  bir  söz  belə  məni 

məchuliyyət iztirabından xilas edə bilərdi. Məktubun mənə ağır təsir 

bağışladığını  səndən  gizlədə  bilmərəm.  Mehriban  oğlum,  mənim 

qəlbimə bu qorxu hissini salmağa səni nə vadar etdi? Görünür, sən bu 

məktubu yazdıqca çox iztirablar keçirmisən, çünki mən də 

99 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

sənin məktubunu oxuduqca iztirab içində çırpmırdım. Sən özün üçün 



nə kimi bir məslək seçmək fikrindəsən? Sənin həyatın, sənin səadətin 

həqiqətdə  olduğu  kimi  deyil.  Başqa  bir  donda  görünmək 

zəruriyyətindən asılı olmazmı, qüvvətindən artıq pul sərf etmədən və 

dərslərin üçün qiymətli olan vaxtını puç etmədən, məclislərində iştirak 

etmək  mümkün  olmayan  insanlarla  oturub-durmağa  məcbur 

olmazsanmı?  Mənim  mehriban  Ejenim,  inan  ana  ürəyinə:  əyri  yol 

xeyrə  çıxarmaz.  Sənin  vəziyyətində  olan  gənclərin  yeganə  bir  yolu 

varsa,  o  da  səbir  və  tərki-dünyalıqdır.  Mən  səni  qətiyyən  danlamaq 

fikrində  deyiləm,  mən  öz  hədiyyəmizə  heç  bir  acı  şey  qarışdırmaq 

istəmirəm. Mənim sözlərim inanan və hər bir şeyi nəzərə alan ananın 

ürək sözləridir. Əgər sən öz vəzifəni bilirsənsə, sənin saf qəlbini, gözəl 

məqsədlərini anandan başqa kim yaxşı bilər? Ona görə, oğlum, mən 

sənə qorxmadan ancaq bunu deyə bilərəm: get, mənim əzizim, yolun 

uğurlu  olsun!  Mən  yalnız  ana  olduğum  üçün  qorxuram,  lakin  hər 

addımını  bizim  xeyir-duamız  izləyəcəkdir.  Ehtiyatlı  ol,  mənim 

mehriban oğlum. Sən mərd adamlar kimi ağıllı olmalısan, çünki beş 

nəfərin  taleyi  sənin  əlindədir,  sənin  səadətin  isə  bizim  səadətimizdir. 

Təşəbbüslərində  sənə  kömək  etmək  üçün  biz  Allaha  yalvarırıq. 

Marsiyyak  xalan  bu  məsələdə  fövqəladə  mərhəmət  göstərdi.  Sənin 

mənə  əlcək  haqqında  yazdığını  o  özü  başa  düşmüşdü.  O,  şadlıqla 

deyirdi ki: 'Bəli, böyük bacıoğlu mənim zəif damarımdır!” Ejen, xalanı 

həmişə  sevmək  sənin  borcundur:  onun  sənin  xatirinə  nələr  etdiyini 

yalnız sən müvəffəqiyyət qazandıqdan sonra eşidərsən, müvəffəqiyyət 

qazana  bilmədikdə  isə  onun  verdiyi  pullar  daim  sənin  əllərini 

yandıracaqdır. Siz uşaqlar yadigar olan şeylərdən məhrum olmağın nə 

demək olduğunu başa düşməzsiniz! Lakin sizin xatiriniz üçün biz nələr 

fəda etmirik?! Xalan sənin alnından öpür və arzu edir ki, sən bu busə 

ilə  həmişə  müvəffəqiyyət  qazanmaq  iqtidarında  olasan.  Mərhəmətli, 

gözəl xalanın revmatizmi olmasaydı, bu sözləri özü sənə yazardı. Atan 

sağ  və  salamatdır.  Bacılarından  daha  danışmıram:  Lora  özü  sənə 

məktub  yazır.  Qoy  o,  ailəmizdəki  xırda  hadisələri  sənə  xəbər 

verməkdən zövq 

100 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə