rədd etmişlər. Buna görədir ki, madam de Nusingen mənim evimə
daxil olmaq üçün Sen-Lazar küçəsindən ta Qrenel küçəsinə qədər
bütün palçığı yalamağa hazırdır. O, ümidini de Marseyə bağlamışdı:
onun vasitəsilə məqsədinə nail olmaq fikrində idi; o, de Marseyə qul
oldu, onu rahat qoymadı. De Marse isə onunla maraqlanmır. Əgər siz
Delfinanı mənə təqdim etsəniz, onun məbudu siz olacaqsınız, o, sizə
ibadət edəcəkdir. Sonra mümkün olarsa, onu sevə bilərsiniz,
sevməsəniz də, məqsədiniz üçün Delfinadan istifadə edin. Mən onu
bir-iki dəfə böyük müsamirədə qonaqlarla birlikdə qəbul edə bilərəm,
lakin gündüz qəbul etmək mümkün deyil. Mənim onunla
salamlaşmağım kifayətdir. Qrafinyanın qapısını isə siz Qorio atanın
adını çəkməklə, öz əlinizlə qapamışsınız. Bəli, mənim əzizim, siz
qrafinya de Restonun yanına iyirmi dəfə gedə bilərsiniz, lakin iyirmi
dəfə onun evdə olmadığını sizə söyləyəcəklər. Sizi qəbul etməmək
üçün əmr verilmişdir. Qoy Qorio ata sizi Delfina de Nusingenlə tanış
eləsin. Gözəl Delfina sizin üçün bir pərdə olar. Qoy o, sevmək üçün
sizi intixab etsin, bütün qadınlar sizi çılğıncasına sevəcəklər. Onun
rəqibləri də, ən yaxın rəfiqələri də sizi onun əlindən almaq üçün can
atacaqlar. Şlyapalarımızın fasonlannı mənimsəməklə bizim
ədalarımızı qəbul edəcəklərini zənn edən meşşan qadınlar kimi, onlar
da başqalannın sevgililərini üstün tuturlar. Siz müvəffəqiyyət
qazanacaqsınız. Parisdə isə müvəffəqiyyət hər şeydir, müvəffəqiyyət
hakimiyyətin açarıdır. Qadınlar sizin ağıl və istedadınıza qiymət
qoyduqdan sonra kişilərdə, məyusluq doğurmasanız, buna mütləq
inanacaqlar. O zaman siz hər şeyə müvəffəq olacaqsınız: bütün
qaplıar üzünüzə açılacaqdır. O zaman siz özünüz anlayacaqsınız ki,
bu kübar cəmiyyətdə yaşayanlar ancaq yalançılar və axmaqlardır. Mə
axmaqlara, nə də yalançılara meyil etməyin. Bu tilsimli dünyaya daxil
olmaq üçün Ariadnanın sapı* əvəzində mən öz adımı sizə verirəm. -
Sonra başını qaldırıb şahanə bir nəzərlə Rastinyaka baxaraq: - Bu adı
ləkələməyin, - dedi, - onu ləkəsiz qaytararsınız. Artıq gedin, məni
yalqız buraxın! Biz qadınlar da bəzən döyüş meydanında vuruşuruq.
Ejen onun sözlərini kəsərək:
-
Əgər sizin üçün sizin xatirinizə barıt anbarını partladacaq bir
şəxsə ehtiyac olarsa...
Vikontessa soruşdu:
-
O zaman nə ola bilər?
89
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Ejen əlini döşünə qoydu. Kuzinasının təbəssümünə təbəssümlə
cavab verərək otaqdan çıxdı. Saat beş olardı. Ejen acmışdı, nahara
gecikəcəyindən təlaşa düşdü. Bu təlaşın təsiri altında Paris küçə-
lərindən quş kimi uçmaq ona ləzzət verirdi. Lakin bu cismani ləzzət
qətiyyən onun fikirlərə dalmasına mane olmurdu. O yaşda olan
gənclər nifrətlə təhqir edildiyi zaman qızışmağa, hiddətlənməyə,
bütün cəmiyyətə yumruq qaldırıb “intiqam” deyə bağırmağa başla-
salar da, özlərinə inanmazlar, şübhə edərlər. Bu saat Ejenin qəlbini
qrafinyanın bu sözləri əzir, çeynəyirdi: “Siz qrafinyanın qapısını öz
əlinizlə bağladınız”. Ejen öz-özünə: “Mən onun yanına gedəcəyəm, -
dedi. - Madam de Bosean haqlı çıxarsa, məni qəbul etməmək üçün
doğrudan da əmr verilmişsə... o zaman... o zaman qrafinya de Resto
hər yerdə, bütün salonlarda mənə rast gələcəkdir. Mən şpaqa ilə
döyüşməyi,
güllə
atmağı
öyrənəcəyəm,
onun
Maksimini
öldürəcəyəm!..” Şüuru isə hayqırırdı: “Bəs sənin pulun varmı? Sən
haradan pul tapacaqsan?” Birdən qrafinya de Restonun göz qapağında
səpələnmiş sərvəti onun nəzərləri qarşısında bərq vurdu. O, Qorionun
qızının, şübhəsiz, sevdiyi zinəti, hər yerdə parlayan qızılı, gözləri
qamaşdıran qiymətli şeylərini, bir sözlə, ağıldankəm bir şəxsin
zinətini, zəngin bir məşuqənin bədxərcliyini görürdü. Bu
gözqamaşdıran xəyal de Boseanın əzəmətli mülkü qarşısında sönüb
gedirdi. Ejenin Paris cəmiyyətinin yüksək dairələrinə uçan xəyalı
onun ağıl və vicdanını buxovlardan qurtararaq, ona çirkin fikirlər
təlqin edirdi. Artıq dünya onun gözləri qarşısında olduğu kimi
görünürdü. Əxlaq və qanunun sərvət qarşısında aciz olduğunu, yəni
ultima ratio mundi
1
yalnız pulun qüdrətində olduğunu görürdü.
Votren haqlı idi. Öz-özünə: “Sərvət fəzilətdir!” - dedi.
Ejen Nev-Sent-Jenevyev küçəsinə çatdıqdan sonra tez yuxarı
mərtəbəyə qalxdı, arabaçıya on frank vermək üçün yenə geri döndü,
ürəkbulandıran yemək otağına daxil oldu, tövlədə otyeyən heyvanlar
kimi xörəklərini yeyən kirayənişinləri gördü. Bu səfalət, yemək
otağının bu mənzərəsi onda ikrah hissi oyatdı. Bu həddən artıq kəskin
keçid, bu son dərəcə kəskin təzad onun şöhrət- pərəstlik meyillərinə
daha da qüvvət verməli idi. Bir tərəfdə - ən zərif bir ictimai mühitin
yaratdığı parlaq, cazibədar surətlər, gözəl sənət əsərlərinin və zinətli
şeylərin çərçivəsi içində görünən canlı
90
1
Dünyanın əsası, kökü
(lat.)
downloaded from KitabYurdu.org
gənc simalar, ehtiraslı, şairanə şəxsiyyətlər, o biri tərəfdə isə - çirkab
və səfalət içində canlanan məşum lövhələr, ehtiraslardan yalnız
oyunbaz kəndirlərini və mexanizmlərini saxlamış insanlar görünürdü.
Aldanmış bir qadının hiddəti sayəsində madam de Boseanın verdiyi
məsləhətlər və kuzinasının cazibədar təklifləri yenə Ejenin
hafizəsində canlandı, ehtiyac isə buna başqa bir məna verdi: sərvət
qazanmaq üçün Ejen iki yanaşı xəndək qazmağı qət etdi; o həm
məhəbbətə, həm də elmə əsaslanmaq, həm kübar bir adam, həm də
hüquq elmləri doktoru olmaq istəyirdi. O, yenə də böyük uşağa
bənzəyirdi. Bu iki xətt asimptot
1
olduğuna görə heç vaxt bir-birinə
qovuşmayacaqdı.
Votren insan qəlbinin ən sirli guşələrinə nüfuz edən bir nəzərlə
Rastinyaka baxaraq:
-
Siz çox məyus görünürsünüz, cənab markiz, - dedi.
Rastinyak:
-
Mən məni “cənab markiz” adlandıran şəxslərin zarafatlanna
dözmək niyyətində deyiləm, - dedi. - Parisdə həqiqətən markiz olmaq
üçün əldə yüz min livr mədaxilin olmalıdır, “Vokenin evfndə
yaşayanlar isə, ehtimal ki, bəxti gətirənlər sırasında deyildirlər.
Votren Rastinyaka ata saymazyanalığı ilə baxdı, sanki, o, bunu
demək istəyirdi: “Küçük! Mən sənin aşının suyunu verə bilərəm!” Bir
az sonra Votren belə cavab verdi:
-
Qanınız qaradır, ehtimal ki, buna səbəb gözəl qrafinya de
Restonun yanında müvəffəqiyyət qazana bilməməyinizdir.
Rastinyak bağırdı:
-
Mən ona atasının bizimlə bir süfrə başında əyləşdiyini söylə-
diyimə görə məni qəbul etməmək üçün əmr vermişdir!
Kirayənişinlər bir-birinin üzünə baxdılar. Qorio ata başını aşağı
saldı və göz yaşlarını gizlicə sildi.
Qonşusuna müraciətlə:
-
Tütününüz gözümə düşdü, - dedi.
Ejen vermişel fabrikantının yanında əyləşənə baxaraq:
-
Qorio atanın xətrinə kim dəysə, əvəzini məndən alacağına
əmin ola bilər, - dedi. - O, bizim hamımızdan yaxşı adamdır. - Sonra
madmazel Tayferə doğru dönərək: - Mən xanımlan nəzərə almıram, -
deyə əlavə etdi.
1
Asimptot - müxtəlif istiqamətli
91
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |