İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə30/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   26   27   28   29   30   31   32   33   ...   231

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Bu  sözlər  hər  şeyə  yekun  vurdu:  Ejen  bu  sözləri  elə  ruhda 



söyləmişdi ki, hamı səsini kəsdi. Yalnız Votren istehza ilə dedi: 

-

 



Qorio  atanı  himayə  altına  almaq  və  onun  məsul  vəkili  olmaq 

üçün  şpaqa  ilə  yaxşı  vuruşmağı  və  yaxşı  güllə  atmağı  bacarmaq 

lazımdır. 

Ejen: 


-

 

Elə mən də bu niyyətdəyəm, - deyə cavab verdi. 



-

 

Demək, siz bu gündən etibarən müharibə elan edirsiniz? 



Rastinyak cavab verdi: 

-

 



Mümkündür.  Lakin  mən  başqalarının  gecələr  nə  ilə  məşğul 

olduqlarını  araşdırmaq  niyyətində  olmadığıma  görə  heç  kəsə  haqq- 

hesab verməyə borclu deyiləm. 

Votren kəc bir nəzərlə Rastinyaka baxdı. 

-

 

Əziz  oğlan,  canbazların  oyununa  aldanmaq  istəməyənlər 



canbazxananın  içinə  girməlidir,  yoxsa  kətan  divarın  yırtıqlarından 

baxmaqla  kifayətlənməyin  mənası  yoxdur.  -  Sonra  Ejenin  yenə 

qızışdığını görüb əlavə etdi: - Bu söhbəti kəsək. Bu barədə başqa bir 

zaman, nə vaxt istəsəniz, söhbət edə bilərik. 

Nahar  uzanır  və  məyus  keçirdi.  Rastinyakın  sözlərindən  tamam 

pərişan olan Qorio ata hamıda ona qarşı münasibətin dəyişdiyini, onu 

məsxərəyə  qoyanların  ağzını  yumacaq  bir  cavan  müdafiəçisi 

olduğunu anlamamışdı. 

Voke pıçıldadı: 

-

 



Belə çıxır ki, Qorio ata qrafinyanın atası imiş? 

Rastinyak cavab verdi: 

-

 

O həm qrafinyanın, həm də baronessanın atasıdır. 



Byanşon Ejenə dedi: 

-

 



O  yalnız  atalığa  yarayar,  mən  onun  başını  yoxlamışam; 

başında  ancaq  bir  şiş  vardır  ki,  o  da  atalıq  şişidir.  Qorio 



əsl  ata- 

lardandır

.

 



Ejen  olduqca  ciddi  görünürdü,  Byanşonun  zarafatı  onu  gül-

dürmədi.  O,  madam  de  Boseanın  məsləhətlərindən  istifadə  etmək 

niyyətində  idi.  Haradan  pul  tapmaq  mümkün  olduğunu  düşünürdü. 

Onun  gözləri  qarşısında  səhra  kimi  boş,  həm  də  bolluq  vəd  edən 

həyat  üfüqləri  açılırdı.  Bu  tamaşa  onun  qəlbində  təlaş  və  qayğı 

oyatmışdı. Nahardan sonra hamı yavaş-yavaş dağıldı, yemək otağında 

Ejen yalqız qaldı. 

92 


downloaded from KitabYurdu.org


Qorio həyəcanlı səslə ona dedi: 

-

 



Demək, siz mənim qızımla görüşmüşsünüz? 

Qocanın bu sözləri tələbəni ayıltdı. Ejen Qorio atanın qolundan 

tutdu və dərin bir riqqətlə ona baxaraq: 

-

 



Siz, - dedi, - çox yaxşı, ləyaqətli adamsınız. Qızlarınız haq-

qında sonra danışanq. 

Rastinyak Qorio atanı daha dinləmək istəmədiyindən ayağa 

durdu və otağına çəkilərək, anasına bu məktubu yazdı: 



“Əziz ana! Mən sizdən yeni bir məhəbbət fədakarlığı xahiş etmək 

niyyətindəyəm. Hadisələrin gedişindən belə məlum olur ki, mən tezliklə 

özümə yaxşı bir vəziyyət yarada bilərəm. Mənə min iki yüz frank pul 

lazımdır, hər necə olur-olsun, mən bu pulu əldə etməliyəm. Atama bu 

xahişim haqqında heç bir söz söyləməzsən - o, mane ola bilər, halbuki 

mən  bu  pulu  tapmasam,  tamamilə  məyus  olub,  intihar  belə  edə 

bilərəm.  Görüşdüyümüz  zaman  məsələnin  nə  yerdə  olduğunu  sənə 

söylərəm:  mənim  busaatkı  vəziyyətimi  başa  salmaq  üçün  cild-cild 

kitablar  yazmaq  lazımdır.  Mehriban  ana,  mən  qumarda 

uduzmamışam,  heç  kəsə  borcum  da  yoxdur,  lakin  sənin  mənə  bəxş 

etdiyin  bu  həyat  sənin  üçün  qiymətlidirsə,  bu  pulu  mənim  üçün 

tapmalısan.  Bir  sözlə,  mən  vikontessa  de  Boseanın  evinə  gedib-

gəlirəm,  o,  məni  öz  himayəsi  altına  almışdır.  Mən  cəmiyyətdə 

görünməliyəm, halbuki təmiz əlcək almaq üçün belə bir su da pulum 

yoxdur. Mən yalnız çörəklə dolana bilərəm, sudan başqa heç bir şey 

içməyə  də  bilərəm,  lazım  gələrsə,  ac  da  qala  bilərəm,  lakin  bu 

məmləkətdə  əkin  əkmək  üçün  lazım  olan  alətlər  olmasa,  yaşamaq 

mümkün  deyildir.  Ya  mən  özümə  bir  yol  açmalıyam,  ya  da  çirkab 

içində  çırpınmağa  məcburam.  Sizin  mənə  necə  böyük  ümidlər 

bəslədiyinizi bilirəm, mən də az bir zamanda bu ümidləri doğrultmaq 

fikrindəyəm. Mehriban ana, babadanqalma bəzi qiymətli şeylərini sat; 

mən  tez  bir  zamanda  bunun  əvəzini  sənə  qaytararam.  Ailəmizin 

vəziyyəti  mənə  yaxşıca  məlumdur,  hər  halda,  mən  sənin  bu 

fədakarlığını layiqincə təqdir edəcəyəm. İnan ki, mən nahaq yerə xahiş 

etmirəm, əgər belə olsaydı, mən 

93 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

insan deyil, eybəcər bir div olardım



Mənim xahişlərimi hər bir şeyə 

hökm edən bir ehtiyacın naləsi kimi qəbul et Bizim bütün gələcəyimiz 

bu  köməkdən  asılıdır:  mən  bu  pulla  müharibə  meydanına  girmək 

niyyətindəyəm, çünki Parisdə yaşayanların həyatı daimi müharibədir



Əgər tək sənin üçün bu məbləği toplamaq mümkün olmasa, xalanın da 



krujevalannı satmaq lazım gələrsə, ona söyləyərsən ki, mən sonra daha 

yaxşı krujevalar göndərərəm... ” və sairə. 

Ejen  bacılarının  ikisinə  də  məktub  yazaraq,  əmanətlərini  ona 

göndərməyi  xahiş  etdi.  Məqsədinə  nail  olmaq  və  eyni  zamanda, 

bacılarının  böyük  məmnuniyyətlə  göstərə  biləcəkləri  bu  fədakarlığın 

ailə içində müzakirə edilməməsi üçün Ejen gənc qəlbində hər zaman 

möhkəm  və  həmişə  ahəngdar  olan  namus  tellərinə,  bacılarının 

həssaslığına  belə  toxundu.  Bununla  belə,  məktubları  yazıb 

qurtardıqdan sonra Ejen təlatüm içində idi: o həyəcanlanır, uçunurdu. 

Gənc şöhrətpərəst səhrada itib gedən bu ruhların ləkəsiz alicənablığını 

yaxşı bilirdi; odur ki bacılarının üzərinə nə qədər ağır yük qoyduğunu 

anlayırdı. Onlar öz sevimli qardaşlarına bu fədakarlığı göstərməkdən 

həzz  alacaq,  kaşanənin  sakit  bir  guşəsində  gizli  söhbətlər  edəcəklər. 

Ejenin düşüncəsi birdən işıqlandı və bacıları cüzi sərvətlərini gizlicə 

hesabladıqları  halda  gözünə  göründü.  O,  bacılarının  pulu  inkoqnito 

göndərmək  üçün  qız  hiyləsi  işlətdiklərini  və  geniş  ürək  sahibi 

olduqlarını  göstərmək  üçün  ilk  dəfə  hiyləgərlik  etdiklərini  görürdü. 

Öz-özünə:  “Bacı  könlü  təmiz  almaz  daşı,  sonsuz  mehribanlıqdır!”  - 

deyirdi.  O,  yazdığından  həya  etməyə  başlayırdı.  Ah,  onlar  vəcdlə 

dualar  edəcək,  pak  bir  qəlb,  təmiz  məhəbbətlə  əllərini  göylərə 

qaldıracaqlar! Əgər anası pulun hamısını göndərə bilməsə, necə dərd 

çəkəcəkdi!  Bütün  bu  gözəl  hisslər,  bütün  fədakarlıqlar  Delfina  de 

Nusingenə  müvəffəq  olmaq  üçün  yalnız  bir  pillə  idi.  Ejenin 

gözlərindən  bir  neçə  damcı  göz  yaşı  axdı;  bu,  müqəddəs  ailə 

mehrabına  atılan  son müşk  toxumları  idi.  O,  dərin  ümidsizlik  içində 

otağı  dolaşırdı.  Qorio  ata  qapının  arasından  onun  otaqda  gəzişdiyini 

görüb içəri girdi. 

-

 

Sizə nə olmuşdur? - deyə soruşdu. 



-

 

Ah,  əziz  qonşum,  siz  ata  olduğunuz  kimi,  mən  də  hələ  həm 



oğul, həm də qardaşam. Siz qrafinya Anastazi üçün qorxmaqda 

94 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə