İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə38/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   34   35   36   37   38   39   40   41   ...   231

namuslu adam - dinməyən adam, xeyrini, şərini hər kəsə söyləməyən 

adam  deməkdir.  Hələ  mən  zavallı  ilotlardan

1

  bəhs  etmirəm:  onların 



qisməti daim əziyyət çəkmək, heç bir zaman öz zəhmətlərinin haqqını 

almamaqdır.  Onlara  mən  miskin  böcəklərin  şirkəti  deyirəm.  Orada 

yaxşılıq  axmaqcasına  olur,  lakin  orada  hər  zaman  ehtiyac  da  var. 

Allah  qiyamət  günü  zarafat  xatirinə  onlann  hüzuruna  gəlməsə,  bu 

mömin  adamların  halını  mən  bu  saat  təsəvvür  edə  bilərəm.  Demək, 

əgər siz birdən-birə varlanmaq istəyirsinizsə,  ya doğrudan da zəngin 

olmalı,  ya  zəngin  bir  adam  kimi  görünməlisiniz.  Varlanmaq  üçün 

böyük  qumar  oynamalısınız,  yoxsa  xırda  qumarla  heç  nəyə  nail 

olmazsınız. Sizin bacara biləcəyiniz yüz peşə sahiblərindən on nəfəri 

sürətlə  müvəffəqiyyət  qazanmış  olarsa,  camaat  dərhal  onları  oğru 

adlandıracaqdır.  Buradan  özünüz  nəticə  çıxara  bilərsiniz.  Həyat 

budur, budur həyatın həqiqətləri! Həyat mətbəx iyi verir, əgər bir şey 

bişirmək  fikrinə  düşsən,  əllərini  bulaşdırmalısan,  ancaq  sonra 

əllərinin  çirkini  yaxşı-yaxşı  yumalısan.  Dövrümüzün  əxalaqı  budur. 

Mənim  insan  cəmiyyətinə  belə  bir  nəzərlə  baxmağa  hüququm  var, 

çünki  mən  bu  cəmiyyətə  yaxşı  bələdəm.  Siz  elə  güman  edirsiniz  ki, 

mən  bu  cəmiyyəti  söyürəm?  Zərrə  qədər  də  yox.  O,  həmişə  belə 

olmuşdur. Moralistlər də onu heç zaman dəyişə bilməyəcəklər. İnsan 

hələ  kamillik  dərəcəsinə  çatmaqdan  uzaqdır.  İnsan  bəzən  az,  bəzən 

çox  riyakarlıq  edər,  axmaqlar  isə  birinin  əxlaqlı,  o  birinin  əxlaqsız 

olduğunu  söylərlər.  Mən  sadə  xalqı  tərifləməklə  varlıları  qınamaq 

fikrində deyiləm: insan hər yerdə bir cürdür, aşağıda, ya yuxarıda, ya 

da ortada olmağının heç bir fərqi yoxdur. İnsan sürüsünün hər milyon 

nəfəri arasında özünü hər şeydən, qanunlardan belə yüksək tutan beş-

on nəfər tapıla bilər, mən də o nadir adamlardanam. Siz isə ali əxlaqlı 

adamsınızsa,  birbaşa  cəsarətlə  gedin.  Lakin  siz  sadəlik,  paxıllıq  və 

iftira ilə daim vuruşmağa, bütün cəmiyyətin əleyhinə getməyə məcbur 

olacaqsınız.  Napoleon  Obri*  adlı  bir  hərbiyyə  naziri  ilə 

toqquşduğundan,  nazir  az  qalmışdı  ki,  onu  müstəmləkəyə  sürgün 

etsin.  Özünüzü  yoxlayın,  hər  gün  səhər  tezdən  oyandığınız  zaman 

iradənizin  dünənkinə  nisbətən  daha  qüvvətli  olub-olmadığına  diqqət 

edin. Bütün bü söylədiklərimi nəzərə aldıqdan sonra mən sizə elə bir 

təklif edəcəyəm ki, heç kəs onu rədd etməz. Diqqətlə sözlərimə 

1

 



İlotlar

 - qədim Spartanm aşağı təbəqələri 

115 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

qulaq asın. Müsaidənizlə söyləməliyəm ki, mənim də özümə məxsus 



planım  var.  Birləşmiş  Ştatların  cənub  tərəfində,  yüz  arpanlıq  bir 

malikanədə  patriarxal  həyat  qurmaq  fikrindəyəm.  Mən  plantator 

olmaq,  qul  sahibi  olmaq,  tütün,  öküz,  ağac  satışından  bir  neçə 

milyoncuğaz  qazanmaq  istəyirəm.  Mən  hökm  etmək,  istədiyimi 

yerinə yetirmək, bu malalanmış siçan yuvasında anlaşılmayacaq həyat 

sürmək  istəyirəm.  Mən  böyük  şairəm.  Lakin  mənim  yazdığım  şeir 

deyil:  mənim  şerim  hərəkət  və  hissdir.  Bu  saat  mənim  əlli  min 

frankım  var,  bu  pulla  isə  ancaq  qırx  zənci  almaq  olar,  halbuki 

məqsədimə  çatmaq  üçün  mənə  iki  yüz  zənci  lazımdır,  iki  yüz 

zəncinin  qiyməti  isə  iki  yüz  min  frankdır.  Soruşa  bilərsiniz  ki,  nə 

üçün  zənci?  Məsələ  burasındadır  ki,  zəncilər  mənim  üçün  daha 

münasibdir:  onlarla  nə  istəyirsən  elə,  heç  bir  diqqətli  prokuror  səni 

məsuliyyətə cəlb edə bilməz. Bu qara kapitala malik olduqdan sonra 

mən  on  il  ərzində  üç-dörd  milyon  pul  qazanacağam.  Varlandıqdan 

sonra  isə  heç  kəs  məndən  soruşmayacaq ki,  sən  kimsən.  Mən  cənab 

Dörd  Milyon,  Birləşmiş  Ştatlar  vətəndaşı  olacağam.  Yaşım  əlliyə 

çatacaq,  ancaq  hələ  ovulub  tökülməyəcəyəm.  Kefimi  çəkəcəyəm. 

Xülasə,  mən  sizin  üçün  bir  milyon  manatlıq  cehiz  tapsam,  mənə  iki 

yüz  min  verərsinizmi?  İyirmi  faiz  komisyon  haqqı  necədir?  Məgər 

çox  istəyirəm?  Bir  qızı  özünüzə  bənd  edərsiniz,  evləndikdən  sonra 

özünüzü  elə  göstərərsiniz  ki,  guya,  dərdiniz  var,  vicdan  əzabı 

çəkirsiniz.  İki  həftə  bikef  gəzərsiniz.  Sonra  bir  gecə,  bir  az 

nazlandıqdan  sonra  arvadınızı  öpə-öpə  deyərsiniz  ki  iki  yüz  min 

borcunuz var, bir də “mənim sevgilim” sözlərini əlavə edərsiniz. Hər 

gün  kübar  gənclər  bu  cür  məzhəkə  oynayırlar.  Gənc  qadın  tərəddüd 

göstərmədən,  kisəsini  dərhal  sevgilisinə  verəcəkdir.  Bəlkə,  siz  ziyan 

çəkəcəyinizi zənn edirsiniz? Yox. Siz, hər halda, bir təşəbbüs göstərib 

bu iki yüz mini qaytarmağı bacararsınız. Sizdəki pulla, sizdəki ağılla, 

istəsəniz, böyük sərvət qazana bilərsiniz. 

Ergo

\ siz yarım il ərzində öz 

səadətinizi,  əziz  arvadınızın  səadətini  və  biçarə  Votrenin  səadətini 

təmin  etmiş  olarsınız.  Hələ  mən  qış  gecələrində  odun 

tapmadıqlarından  barmaqlarını  nəfəsləri  ilə  qızdıran  ailənizin 

səadətindən danışmıram. Siz nə mənim bu təklifimə, nə də şərtlərimə 

heyrət etməyin! Parisdə altmış izdivacdan qırx yeddisi bu cür sazişlər 

üzərində qurulmuşdur. Notarius palatası cənab... 

1

 

1



 Demək, nəticədə 

(lat.)

 

116 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə