İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə46/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   42   43   44   45   46   47   48   49   ...   231

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

insandan  insana  keçmək  qabiliyyəti  var.  Ən  nadan  bir  vücud  belə 



həqiqi,  qüvvətli  məhəbbətlə  alışdığı  zaman  dərhal  şölə  saçmağa 

başlayır,  siması  dəyişir,  hərəkətləri  canlanır,  səsi  ahəngdar  olur. 

Ehtirasın  təsiri  altında  küt  adamlar  belə  dil  açar,  nitqlə  olmasa  da, 

fikir etibarilə parlar, sanki, nur içində hərəkət edərlər. İndi də belə idi: 

qocanın hərəkətlərində böyük aktyorlara məxsus təsirli bir qüvvə hiss 

olunurdu.  Bəli,  məgər  bizim  ən  yaxşı  hisslərimiz  iradəmizin  şairanə 

ifadələri deyilmi? 

Ejen Qorio atadan soruşdu: 

-

 

Demək, onun mütləq de Marsedən ayrılacağını sizə söyləsəm, 



məyus  olmazsınız?  Bu  lovğa  onu  atmış  və  knyaginya  Qalatyo-  nun 

yanında  yuva  salmışdır.  Mənə  gəlincə,  mən  bu  axşam  madam 

Delfinaya dəlicəsinə aşiq olmuşam. 

Qorio ata bağırdı: 

-

 

Belə deyin?! 



-

 

Bəli.  Deyəsən,  mən  də  onun  xoşuna  gəlmişəm.  Biz  bir  saat 



məhəbbətdən  danışdıq,  birisi  gün,  yəni  şənbə  günü  isə  mən  onun 

yanına getmək fikrindəyəm. 

-

 

Ah,  o,  sizi  bəyənmiş  olsaydı,  əzizim,  mənim  sizi  nə  qədər 



sevəcəyimi  bilsəydiniz!  Siz  mərhəmətli  adamsınız,  siz  ona  əzab 

verməzdiniz.  Əgər  siz  ona  xəyanət  etsəniz,  sizin  boğazınızı  mən 

özüm  üzəcəyəm.  Başa  düşürsünüzmü,  qadın  ancaq  bir  dəfə  sevər. 

Aman, yarəb! Cənab Ejen, mən nə alçaq sözlər danışıram! Siz burada 

üşüyürsünüz.  Aman,  yarəb!  Demək,  siz  onunla  söhbət  etdiniz.  O, 

mənə bir şey söyləməyi xahiş etmədi? 

Ejen “heç bir şey” düşündüsə də: 

-

 



O, - dedi, - sizə hərarətli qızlıq busəsini yetirməyi xahiş etdi. 

-

 



Sağ olun, qonşu, gecəniz xeyrə qalsın, sizə şirin yuxular arzu 

edirəm,  mənim  isə  bu  saat  söylədiklərinizin  sayəsində  şirin  yuxu 

görəcəyimə  şübhə  yoxdur.  Allah  sizə  hər  işdə  kömək  olsun!  Bu 

axşam siz mənim üçün mələk yerində idiniz, sizdə qızımın rayihəsini 

duydum. 

Ejen isə yatağına uzanaraq düşünürdü: 

-

 

Yazıq! Bu, daşürəkli adamlara da təsir edərdi. Qızı öz atasının 



dərdini Türkiyə sultanının dərdini çəkdiyi qədər çəkirdi. 

Bu söhbətdən sonra Qorio ata öz qonşusuna sirdaş, dost nəzəri ilə 

baxmağa başladı. Onların arasında qocanı başqa bir şəxsə bağ 

138 


downloaded from KitabYurdu.org


laya  biləcək  yeganə  bir  tel  yaranmışdı.  Ehtiras  heç  vaxt  aldadıcı 

olmaz.  Qorio  ata  belə  təsəvvür  edirdi  ki,  Ejen  Delfinanın  xoşuna 

gələrsə,  o,  öz  qızına  daha  yaxın  olar,  onunla  tez-tez  görüşə  bilər. 

Bundan  başqa,  qoca  çəkdiyi  iztirablarının  səbəblərindən  birini  açıb 

Ejenə söyləmişdi. O, gündə yüz dəfə madam de Nusingenə xoşbəxtlik 

arzu edərdi, halbuki Delfina indiyə qədər məhəbbət sevinclərini duya 

bilməmişdi.  Əlbəttə,  Ejen  Qorio  atanın  gözlərinə  sevimli  gənc  kimi 

göründüyündəndir  ki,  qızının  məhrum  olduğu  bütün  nəşələri 

Rastinyakın  ona  verə  biləcəyini  düşünürdü.  Bu  surətlə  Qorio  ata  öz 

qonşusu ilə dost oldu, bu dostluq getdikcə daha da möhkəmləndi; bu 

dostluğu nəzərə almasaydıq, hekayətimizin nəticəsi də aydın olmazdı. 

O  birisi  gün,  səhər  naharı  zamanı  Qorio  atanın  Rastinyakın 

yanında  əyləşib  gərgin  diqqətlə  ona  baxması  və  Ejenə  söylədiyi  bir 

neçə  kəlmə,  həm  də  qocanın,  adətən,  gips  maskasına  oxşayan 

simasındakı  dəyişiklik  bütün  kirayənişinlərin  heyrətinə  səbəb 

olmuşdu. Bu söhbətdən sonra Ejeni birinci dəfə görən Votren, sanki, 

onun  ürəyindən  nələr  keçdiyini  öyrənmək  istəyirdi.  Ejen  bu  gecə, 

yatağına  uzanmazdan  əvvəl  gözləri  qarşısında  açılan  həyat 

üfüqlərinin  enişliyini  ölçdü,  indi  isə  Votrenə  rast  gəldikdə  onun 

təklifini yada salıb, özünü saxlaya bilmədi və varlı bir adaxlıya baxan 

xeyirxah  gənc  kimi,  Viktorinaya  nəzər  saldı.  Təsadüfən  Ejenin  və 

qızın gözləri rastlaşdı. Zavallı qız Rastinyakın təzə paltarda cazibədar 

olduğunu etiraf etməli idi. Qızla mənalı nəzərlərlə baxışdıqdan sonra 

Ejen bu nəticəyə gəldi ki, bütün gənc qızları həyəcana gətirən və ilk 

rast  gəldikləri  yaraşıqlı  kişiyə  onlarda  meyil  oyadan  dumanlı  eşq 

hissləri  Viktorinaya  da  sirayət  etmişdir.  Daxili  bir  səs  deyirdi: 

“Səkkiz  yüz  min  frank”.  Bununla  belə,  Ejen  özünü  yenə  dünənki 

günün hadisələrinə qaytarıb, madam de Nusingenə bəslədiyi uydurma 

məhəbbətin onu pis fikirlərdən uzaqlaşdıra biləcəyinə qərar verdi: 

Rastinyak dedi: 

-  Dünən  italyan  operasında  Rossininin  “Sevilya  bərbəri”ni  gös-

tərirdilər.  Mən  ömrümdə  belə  gözəl  musiqi  eşitməmişəm.  Ya  rəbb, 

italyan operasında loja sahibi olmaq nə böyük səadətdir! 

Qorio  ata  ağasının  hərəkətlərini  duyan  bir  köpək  kimi  dərhal 

ifadənin mənasını başa düşdü. 

139 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Voke dedi: 



-

 

Siz kişilər yağ içində üzürsünüz, kefiniz istədiyinizi edirsiniz. 



Votren soruşdu: 

-

 



Siz evə nə ilə qayıtdınız? 

-

 



Piyada qayıtdım, - deyə Rastinyak cavab verdi. 

Rastinyakı yolundan azdırmaq istəyən Votren sözünə davam 

edərək: 

-

 



Bax  belə  yarımçıq  nəşələr  mənim  xoşuma  gəlməz:  mən  öz 

karetimə  minmək,  öz  lojamda  oturmaq  və  evimə  karetdə  qayıtmaq 

istərdim, - dedi. - Ya hər şey, ya da heç bir şey - budur mənim şüarım. 

Voke təsdiqlə: 

-

 

Yaxşı şüardır, - dedi. 



Ejen Qorio ataya pıçıldadı: 

-

 



Siz madam de Nusingeni ziyarət etmək istəmirsinizmi? O, sizi 

fərəhlə  qəbul  edər,  o,  mənim  barəmdə  təfsilatı  öyrənmək  istəyəcək. 

Mənə  məlumdur  ki,  o,  mənim  kuzinam  madam  de  Boseanın  evini 

görmək üçün hər şeyə hazırdır. Mənim onu çox sevdiyimi və bu arzu-

suna əməl etmək üçün düşündüyümü ona söyləməyi unutmazsınız. 

Rastinyak  tələsik  Hüquqşünaslıq  məktəbinə  getdi.  O,  bu  miskin 

evdə  mümkün  dərəcədə  az  qalmaq  istəyirdi.  Bütün  günü  şəhəri 

dolaşdı. Başı qızdırma içində yanırdı: həddən artıq cəsarətli ümidlərlə 

yaşayan bütün gənclər bu vəziyyətə yaxşı bələddirlər. Ejen Votrenin 

gətirdiyi  dəlillərin  təsiri  altında  cəmiyyət  həyatının  ziddiyyətlərinə 

dalmışdı  ki,  bu  halda  Lüksemburq  bağının*  qapısında  dostu 

Byanşona təsadüf etdi. 

Tibb tələbəsi soruşdu: 

-

 



olub belə, çox ciddi görünürsən? 

-

 



Axmaq fikirlər mənə rahatlıq vermir. 

-

 



Necə yəni axmaq fikirlər? Fikirlər üçün dərman var. 

-

 



Nə dərmanı? 

-

 



Onları icra etmək... dərmanı. 

-

 



Sən  zarafat  eləyirsən,  çünki  bilmirsən  məsələ  nə  yerdədir. 

Russonu oxumusanmı? 

-Hə. 

-

 



Yadındadırmı,  Russoda  belə  bir  yer  var:  o,  oxucuya  bir  sual 

verir, soruşur ki, əgər Parisdən kənara çıxmadan, yalnız bir arzu ilə 

140 

downloaded from KitabYurdu.org




Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə