İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə48/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   44   45   46   47   48   49   50   51   ...   231

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

oxşayan  xırda,  lakin  xoş  hisslər  keçirirdi.  Ejen,  gənc  qadının  onun 



tellərinə  oğrun  nəzərlə  baxacağını  düşünə-düşünə  saçlarına  sığal 

verdi.  O  da,  bal  üçün  bəzəkli  paltarlarını  geyinən  gənc  qız  kimi, 

uşaqcasına hərəkətlə bir az əzilib-büzüldü və frakını düzəltdiyi zaman 

məftun nəzərlə incə belini süzdü. Öz-özünə: “Əlbəttə, vücudları daha 

yaraşıqsız olan gənclər də var!” - dedi. Sonra aşağı düşdü. Artıq hamı 

süfrənin  ətrafında  əyləşmişdi.  İçəri  girəndə  zərif  görünüşü  haqqında 

söylənilən axmaq zarafatlar dolu kimi yağsa da, Ejen tab gətirdi. Ailə 

pansionlarında  hökm  sürən  adətlərdən  biri  də  budur  ki,  səliqə  ilə 

geyinmiş  şəxsə  baxdıqda  təəccüb  edirlər.  Orada  təzə  paltar  geyəndə 

hər kəs bu barədə bir söz deməyi özünə borc bilir. 

Byanşon at muşqurlayırmış kimi ağzını marçıldatdı. 

Madam Voke: 

-

 

Lap anadangəlmə per və hersoqdur! - dedi. 



Madmazel Mişono soruşdu: 

-

 



Siz qəlbləri fəth etməyəmi gedirsiniz? 

Rəssam çığırdı: 

-

 

Quqquluqu! 



Muzey məmuru dedi: 

-

 



Zövcənizə salamlar yetirin! 

Puare soruşdu: 

-

 

Məgər cənab Rastinyakın zövcəsi var? 



Votren məzhəkəli bir yanıltmac kimi, bazar alverçisinin tonu ilə 

bağırdı: 

-

 

Zövcə  nə  zövcə,  lap  əntiqəsi,  dənə-dənə  satılır,  suda  batmaz, 



rəngi  getməz,  qiyməti  iyirmi  beşdən  qırxa  kimi,  dama-dama,  son 

dəbdə,  yuyular  yırtılmaz,  yarısı  ipək,  yarısı  kətan,  ay  alan,  ay  satan, 

diş ağrısı, baş ağrısı, hər şeyin dərmanı Kral Tibb Akademiyası tərə-

findən  bəyənilmişdir,  üşaq  üçün  ən  yaxşı  dərman,  başın  ağrıyır,  iç, 

mədən  xarab  oldu,  iç,  ayağın  bağlıdır,  iç,  qulağın,  gözün  ağrıdı,  iç! 

Sual edirsiniz ki, bu, necə dərmandır, qiyməti iki su? Yox, lap havayı. 

Pulsuz  satıram.  Böyük  Moğolun*  sifarişlərindən  artıq  qalıb,  bütün 

Avropa  hökmdarları,  Baden  hersoqu  hələ  bunun  tamaşasına 

gəlmişdir! Buyurun, yol açıqdır. Yolda kassaya dəyərsiniz! Çalğıçılar 

gəlsin! Brum-lya-lya, trin-lya-lya, bum-bum! - Sonra isə xırıltılı səslə 

əlavə etdi: - Ey, klarnet, düz çalsana! Yoxsa atanı yandıraram! 

144 


downloaded from KitabYurdu.org


Voke məmnun halda: 

-

 



ValJah,  bu,  qiyamət  adamdır,  ömrün  boyu  onunla 

darıxmazsan.  Votrenin  bu  əyləncəli  çıxışından  sonra,  sanki,  bir 

işarə ilə gur- 

layan  qəhqəhələr  və  zarafatlar  arasından,  Ejen  madmazel  Tayferin 

madam  Kutürə  tərəf  əyilib  nə  isə  pıçıldayarkən,  ona  tərəf  oğrun- 

oğrun baxdığını hiss etdi. 

Birdən Silviya: 

-

 



Kabriolet gəldi, - dedi. 

Byanşon soruşdu: 

-

 

Görəsən, o, harada nahar edir? 



Ejen: 

-

 



Cənab Qorionun qızı baronessa de Nusingenin evində. 

Bu  adı  eşidər-eşitməz  hamı  vermişel  fabrikantına  tərəf  baxdı,  o 

isə qibtə ilə Rastinyaka baxırdı. 

Ejen  Sen-Lazar  küçəsində  zərif  üslubda  tikilmiş,  incə  sütunlu, 

sadə  dəhlizli,  Parisdə  “sevimli”  adlanan  evlərdən  birinə  yaxınlaşdı: 

bu, tipik bankir evi idi. Ev çox bahalı şeylərlə dolu idi. Pilləkənlərin 

mozaik  mərmər  meydançalan,  gipsdən  tökülmə  naxışları  var  idi. 

Madam de Nusingen italyan zövqündə işlənmiş və qəhvəxana stilinə 

bənzəyən  üslubda  döşənmiş  kiçik  salonda  idi.  Baronessa  məyus 

görünürdü.  Onun  öz  məyusluğunu  hiss  etdirməyə  çalışması  o  qədər 

səmimi idi ki, Ejen mütəəssir olmaya bilməzdi. Ejen bu gözəl qadını 

öz  gəlişi  ilə  sevindirmək  ümidində  olduğu  halda,  onu  qüssə  içində 

gördü. Bu qəribə hal Ejenin mənliyinə toxunurdu. 

Pərişan  halı  haqqında  zarafatla  bir-iki  kəlmə  söylədikdən  sonra 

Ejen ciddiyyətlə: 

-

 



Sizin  etimadınızı  qazanmaq  üçün  mənim  haqqım  azdır,  baro-

nessa, - dedi. - Ancaq mən sizin səmimiyyətinizə inanıram: əgər sizi 

darıxdırıramsa, bunu mənə açıq söyləyə bilərsiniz. 

Delfina: 

-

 

Rica  edirəm,  qalın,  -  dedi.  -  Cənab  Nusingen  evdə  nahar 



etməyəcək,  siz  isə  getsəniz,  mən  lap  tək  qalaram,  halbuki  qətiyyən 

yalqız qalmaq istəmirəm, pərişanlığımı dağıtmalıyam. 

-

 

Bəs sizə nə olmuşdur? 



-

 

Mən bunun səbəbini hər kəsə söyləsəm də, sizə söyləmərəm. 



145 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

-



 

Mənsə bilmək istəyirəm. Belə məlum olur ki, bu sirdə mənim 

də bir rolum var. 

-

 



Bəlkə  də!  Amma  yox,  ailə  davalarıdır,  onları  qəlbimdə  giz-

lətməkdən  başqa  çarəm  yoxdur.  Məgər  mən  sizə  o  dəfə  söyləmə- 

dimmi?  Mən  heç  də  xoşbəxt  qadın  deyiləm.  Qızıl  zəncirlər  ən  ağır 

zəncirlərdir. 

Bir qadın bir gəncə bədbəxt olduğunu söylədiyi zaman, bu gənc 

ağıllı  isə,  yaxşı  geyinmişsə,  cibində  min  beş  yüz  frankı  varsa,  o, 

Ejenin  düşündüyünü  düşünməli  və  özündən  məmnun  qalan  lovğa 

adam olmalı idi. 

Ejen: 

-

 



Sizə  bundan  artıq  nə  lazımdır?  -  dedi.  -  Siz gəncsiniz,  gözəl-

siniz, zənginsiniz, sevilirsiniz. 

Delfina başını yırğalayaraq, kədərli səslə: 

-

 



Mənim  barəmdə  danışmaya  da  bilərik,  -  dedi.  -  Bir  yerdə 

nahar edərik, sonra isə gözəl musiqiyə qulaq asmağa gedərik. - Sonda 

o,  ayağa  durub,  nadir  təsadüf  edilən  zərif  İran  naxışlı  ağ  kəşmiri 

paltarını göstərərək: - Məni bəyənirsinizmi? - deyə soruşdu. 

Ejen cavab verdi: 

-

 



Mən  istərdim  ki,  siz  bütün  varlığınızla  mənim  olasınız.  Siz 

cazibədarsınız. 

O, acı təbəssümlə: 

-

 



Bu, sizin üçün kədərli qazanc olardı,  - dedi. - Burada heç bir 

şey  sizə  bədbəxtliyi  xəbər  vermir,  halbuki  zahiri  sakit  görkəmə 

baxmayaraq, mən dərin məyusluq içindəyəm. Bu dərd məni yatmağa 

belə qoymur, mən gözəlliyimi də itirəcəyəm. 

Ejen etiraz etdi: 

-

 



Yox, yox, bu ola bilməz! Mən sadiq məhəbbətin belə unutdura 

bilmədiyi kədərlərin nədən ibarət olduğunu bilmək istərdim. 

-

 

Mən öz kədərimi sizə etibar edib lap danışsaydım, siz məndən 



qaçardınız.  Sizin  mənə  bəslədiyiniz  məhəbbət  yalnız  adi  bir  kişi 

eşqbazlığıdır.  Əgər  məni  həqiqətən  sevsəydiniz,  siz  də  mənim  kimi 

naümid  olardınız.  Mənim  sükut  etməyə  məcbur  olduğumu  görür-

sünüz.  Yalvarıram,  başqa  şeylərdən  söhbət  edək.  Gedək,  otaqlarımı 

sizə göstərmək istəyirəm. 

Rastinyak buxarının yanındakı balaca divanda madam de Nusin- 

genin yanında əyləşərək: 

146 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə