İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə41/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   37   38   39   40   41   42   43   44   ...   231

o,  əlbəttə,  heyvanlarla  insanlar  arasındakı  münasibətlərdə  maddi 

qüvvə  təsirini  sübut  etmək  üçün  bir  çox  əsaslar  tapa  bilər.  Bir  it 

tanımadığı bir adamı gördüyü zaman onun dost, ya düşmən olduğunu 

tez təyin etdiyi halda, heç bir fizionomist* insan təbiətini tez anlaya 

bilməz. Zərbi məsəl kimi hamının dilində dolaşan 

cay- naqlı atomlar

 

ifadəsi  danışıq  dilində  işlənən  və  qədim  sözləri  kül  kimi  göyə 



sovurmaq  istəyən  adamların  fəlsəfi  sayıqlamalarını  rədd  edən  dil 

hadisələrindən  biridir.  Məhəbbət  insandan  insana  keçə  bilər.  Hisslər 

hər bir şeyə öz damğasını basar, məsafələrin uzaqlığına baxmaz, hər 

yerdə  yayılar.  Məktubların  da  qəlbi  var:  məktublar  -  yazan  adamın 

əks-sədasıdır;  incəqəlbli  insanların  nəzərində  məktub  ən  zəngin 

məhəbbət xəzinələrindən biridir. Qorio, bir it həssaslığı ilə, tələbənin 

qəlbində  doğan  qəribə  mərhəmət  hissini,  gənclik  simpatiyasının  ona 

bəslədiyi  hüsn-rəğbəti  duymuşdu.  Bununla  belə,  yaranan  yaxınlıq 

hələ  ürəkləri  açmamışdı.  Ejen  madam  de  Nusingenlə  görüşməyi 

arzuladığını qocaya söyləsə də, o, gözəl parisli xanımın evinə qocanın 

vasitəsilə daxil olmaq niyyətində deyildi; o yalnız Qorionun ağzından 

söz qaçıra biləcəyinə və bununla ona xidmət göstərə biləcəyinə ümid 

edirdi. 

O birisi gün Qorio Ejenə dedi ki: 

- Əzizim, siz nə üçün belə güman etmisiniz ki, mənim adımı çək-

diyiniz üçün madam de Restonun sizə qəzəbi tutmuşdur? Qızlarımın 

ikisi də məni çox sevir. Mən bir ata kimi xoşbəxtəm. Ancaq mənim 

kürəkənlərim  mənimlə  yaxşı  rəftar  etmədilər.  Mən  isə  sevimli 

qızlarımın öz ərləri ilə mənim üstümdə yola getmədiklərini gördüyüm 

zaman  qızlanmı  xəlvətcə  ziyarət  etməyə  qərar  verdim.  Bu  xəlvəti 

görüşlər  mənə  böyük  həzz  verir,  mənim  bu  sevinclərimi  hər  gün 

qızlarım  ilə  görüşən  atalar  heç  vaxt  başa  düşə  bilməzlər.  Mən  öz 

qızlarımla  açıqdan-açığa  görüşə  bilmirəm,  anlayırsınızmı?  Odur  ki 

qızlarımın  gəzməyə  çıxıb-çıxmayacaqlannı  qulluqçulardan  öyrənib, 

xoş  havalı  günlərdə  Yelisey  düzlərinə  çıxıram.  Qızlarımın  keçəcəyi 

yolda  dayanıb,  karetlərini  gözləyirəm.  Karetlər  isə  mənim  yanımdan 

keçdiyi  zaman  ürəyim  şiddətlə  döyünür,  qızlarımın  bərbəzəyini  seyr 

edirəm,  onlar  məni  təbəssümlə  salamlayır,  o  zaman  mənim  üçün 

bütün  dünya  dəyişir,  təbiət  parlaq  günəşin  şüalanndan  qızıl  nura 

boyanır. Mən yerimdən tərpənməyib onların qayıtmasını gözləyirəm. 

Onları bir daha görürəm. Hava onlar üçün xeyirlidir, yanaqları 

123 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

gül kimi açılır! Ətrafda gedən söhbətləri eşidirəm: “Nə qəşəngdir, nə 



gözəldir!”  Bu  sözləri  eşitdikcə  mənim  də  ürəyim  şad  olur.  Məgər 

onların qanı mənim qanımdan deyilmi? Mən onları daşıyan atları belə 

sevirəm,  dizlərinin  üstündə  oxşadıqları  balaca  bir  tula  olmaq 

istəyirəm.  Məni  yaşadan  onların  zövqü,  onların  nəşəsidir.  Hər  kəsin 

özünə görə məhəbbəti var. Mənim məhəbbətim kimə ziyan verir? Nə 

üçün insanlar məni təngə gətirirlər? Mən də özümə görə xoşbəxtəm. 

Axşamlar qızlarım bala getmək üçün öz evlərindən çıxdıqları zaman 

mən onlara tamaşa etməyə gedirəm. Məgər burada bir cinayətmi var? 

Gecikdiyim  zaman,  “madam  getdi”  sözlərini  eşidərkən  nə  qədər 

məyus  olduğumu  bilsəydiniz...  Bir  dəfə  mən  Nazini  düz  iki  gün 

görməmişdim,  yalnız  onu  görmək  üçün  axşamdan  saat  üçə  qədər 

qapının ağzında gözlədim. Onu gördüyüm zaman şadlığımdan ürəyim 

uçurdu.  Xahiş  edirəm,  mənim  barəmdə  söhbət  düşərsə,  ancaq 

qızlarımın  nə  qədər  mərhəmətli  olduğundan  danışın.  Qızlarım  mənə 

hədiyyələr vermək istədikləri halda, mən buna yol vermirəm, deyirəm 

ki:  “Pullannızı  özünüz  üçün  saxlayın!  Mənim  hədiyyəyə  ehtiyacım 

yoxdur. Mənə heç şey lazım deyil”. Doğrudan da, mən nəyəm? Mən 

ancaq  bir  cənazəyəm,  ruhum  isə  daim  qızlarımın  yanındadır.  Sonra 

qoca, Ejenin getmək istədiyini görüb, bir az sükut etdi və dedi: - Əgər 

siz  madam  de  Nusingeni  görə  bilsəniz,  hansı  qızımı  daha  çox 

bəyəndiyinizi mənə söyləyərsiniz. 

Tələbə  madam  de  Boseanın  hüzuruna  getməzdən  əvvəl  Tüil- 

ridə* bir az gəzinmək fikrində idi. 

Bu gəzinti Rastinyakın  taleyini həll etdi. Qadınlardan bir neçəsi 

ona  diqqət  yetirmişdi.  Rastinyak  o  qədər  gənc,  o  qədər  gözəl  idi,  o 

qədər qəşəng geyinmişdi ki... Qadınların diqqətini cəlb etdiyinə görə 

Ejen, özünə məftun olmuş kimi, qarət etdiyi bacılarını və xalasını belə 

unutdu, öz nəcib ehtiyatkarlığını belə unutdu. Başı üzərindən mələyə 

bənzəyən  bir  iblisin  uçduğunu,  yaqut  daşlarını  toxum  kimi  səpən, 

saray  frontonlarına*  qızıl  oxlarını  sancan,  qadınları  əlvan  paltarlarla 

geyindirən,  padşahların  əvvəlcə  sadə  olan  taxtını  gərəksiz  parıltıya 

bürüyən  ala-bəzək  qanadlı  bir  şeytanın  uçduğunu  görürdü.  O  artıq 

gurultulu-parıltılı  şöhrətpərəstlik  allahına,  onun  qüdrət  rəmzi  zənn 

etdiyimiz bər bəzəyinə qapılmışdı, “ürəyin istədiyi qədər məhəbbət və 

qızıl var!” - deyən bir aradüzəldənin mənfur 

124 


downloaded from KitabYurdu.org


görünüşü bir qızın hafizəsində həkk olunduğu kimi, Votrenin həyasız 

sözləri də onun qəlbinə girmişdi. 

Ejen  bir  qədər  avara  dolaşdıqdan  sonra  saat  beşdə  madam  de 

Boseanın yanına gəldi. O, burada, gənc qəlblərin, adətən, müqavimət 

göstərmək  üçün  aciz  olduğu  ən  ağır  və  dəhşətli  zərbələrdən  birini 

yedi.  Ejen  indiyə  qədər  vikontessanın  onu  ədəbli  bir  ehtiram,  üsullu 

bir  nəzakətlə  qəbul  etdiyini  görmüşdü;  bu  nəzakət  ancaq  aristokrat 

tərbiyəsi  sayəsində  əldə  edilsə  də,  yalnız  səmimi  olduğu  zaman  öz 

kamal  dərəcəsinə  çata  bilər.  Madam  de  Bosean  Ejeni  görər-görməz 

soyuq salam verdi və sərt səslə: 

-

 

Cənab  de  Rastinyak,  -  dedi,  -  mən  sizi  qəbul  edə  bilməyəcə-



yəm, hər halda, bu saat mümkün deyildir. Mən çox məşğulam. 

Çox  tez  bir  zamanda  müşahidəçilik  qabiliyyətinə  yiyələnmiş 

Rastinyak  onun  sözlərindən,  salam  verməsindən,  baxışından, 

ahənginin dəyişməsindən müəyyən bir silkə mənsub olan adam- lann 

xasiyyətini, adətlərini duya bilərdi. Rastinyak məxmər əlcəyin içində 

poladdan bir əl, nəcib ədalar altında öz şəxsiyyətinə pərəstişkarlıq və 

xudbinlik, lak altında isə quru ağac olduğunu anladı. O, şah taxtının 

quş  lələyi  altından  başlayaraq  ən  qotur  bir  zadəganın  başındakı 

papağına  qədər  səslənən  “biz  kralıq”  məfhumunun  nə  olduğunu, 

nəhayət, dərk etdi. Ejen, qadının sözlərinə bel bağlayaraq, onun nəcib 

hisslərinə  asanlıqla  inanmışdı.  Bütün  səfillər  kimi  o  da  yaxşılıq 

edənlə  yaxşılıq  qəbul  edəni bir-birinə  bağlayan  və  elə  ilk  maddədən 

böyük qəlbli insanların bərabər olduqlarını təlqin edən bir müqaviləyə 

bütün  arzusu  ilə  imza  atmışdı.  Yaxşılıq  iki  insanı  bir-birinə 

bağladıqda,  həqiqi  məhəbbət  kimi  nadir  və  qiymətli  olan  ilahi  bir 

hissə çevrilər. Hər iki hiss ülvi qəlblərin calallı hədiyyəsinə bənzər. 

Rastinyak  hersoginya  Karilyanonun  verdiyi  bala  getmək  üçün 

vikontessanın bu kobud rəftarına dözdü və titrək səslə cavab verdi: 

-

 

Madam,  mühüm  bir  işim  olmasaydı,  sizin  zəhlənizi 



tökməzdim.  Lütf  buyurun,  müsaidə  edin,  mən  sonra  hüzurunuza 

gəlim; mən gözləyə də bilərəm. 

Vikontessa sözlərindəki kəskinlikdən bir az peşman olaraq: 

-

 



Yaxşı, - dedi, - nahara gələrsiniz. 

Bu qadın, həqiqətən, mərhəmətli və nəcib qadın idi. Ejen vikon- 

tessanın birdən-birə dəyişməsindən çox mütəəssir oldu, bununla 

125 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə