Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə57/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   53   54   55   56   57   58   59   60   ...   112

BURDAN BİR ATLI KEÇDI...
Çox gənc ikən, vaxtsız dünyasını dəyişmiş sevimli
qardaşım Fərmanın əziz xatirəsinə həsr edirəm.
Burdan bir atlı keçdi,
Atın oynatdı keçdi.
Gün kimi şölə saçdı,
Ay kimi batdı getdi.
Gecənin qatı qaranlığı hər tərəfi örtmüş, ürək sarsıdan sükut ət-
rafı çulğalamışdı. Avqust ayının boğucu gecə havası, neçə gündən
bəri, birdən-birə ağır xəstəliyə tutulmuş, 29 yaşlı sevimli oğlu Fər-
mana qulluq göstərən Türfə anaya daha pis təsir göstərirdi. Xəstənin
yanından bir an belə ayrılmayan ana ayağa qalxıb, yatağını eyvanda
düzəltdiyi oğlunun alnında əmələ gəlmiş puçur-puçur tərləri sildi;
zorla gülümsəyib ətrafdakılara ötəri nəzər saldı. Oğlunun könlünü
açmaq niyyəti ilə gəmi bir neçə dəqiqə əvvəl xəstənin yanından get-
miş qonşu qızın adını çəkmək, onun həvəslə, şövqlə danışdığı lətifə-
lərdən söz açmaq istədi, lakin nə fikirləşdisə susdu. Sürüşüb
boynunun ardına düşmüş bənövşəyi rəngli kəlağayısını başına çəkib,
həyətə endi. Göy üzündə sayrışan tək-tək ulduzlara baxdı. Elə bil
bütün bədəni məngənə arasında sıxılırdı; ürəyi qəfəsə salınmış quş
kimi çırpınır, ayaqları əsirdi, müvazinətini itirəcəkdi ki, bir təhər
özünü ələ alıb həyətdəki ağ gilas ağacının budağından yapışdı, sonra
əllərini göyə qaldırıb salavat çevirdi. Bayaqdan bəri övladları, xüsu-
silə xəstə oğlu Fərman görməsin deyə için-için ağlayaraq göz yaşla-
rını içərisinə axıdan ana özünü saxlaya bilməyib hönkürdü. Öz
səsindən özü üşənən kimi oldu, əlləri ilə ağzını tutdu, göz yaşları ley-
san yağışı kimi yanaqlarından axıb, sanki çıxış yolu axtarırlarmış
kimi əllərinin ətrafında dövrə vurdu. Ana əllərini silkələdi. Yanaqla-
rına hopmuş göz yaşlarını da silib təmizlədi. Gözəl simasına yaraşıq
və cazibədarlıq verən gözləri məchul bir nöqtəyə zilləndi. Cəmi bir
ay əvvəlki hadisə gözləri önündə canlandı. Dodaqları qaçdı, üzü al-
182


landı, gözləri gülümsündü. Əllərini çənəsinə dirəyib, bir ay əvvəl ol-
duğu vəziyyətdə, sanki oğlunu görürmüş kimi heyranlıqla ona tamaşa
etməyə başladı...
...Türfə ana əri Salehin sağlığında altı övladı ilə – dörd oğlan və
iki qız – yaxşı bir mülkdə firavan və fərəhli həyat sürmüşdü. Böyük
həyətyanı sahəsi olan bu mülkdə geniş və möhkəm tikililər var idi;
müxtəlif meyvə ağacları bol idi. Polkovnik rütbəsində olan əri Saleh
Böyük Vətən müharibəsində qəhrəmancasına həlak olduqdan bir
neçə il sonra, yalnız öz şəxsi mənfəətlərini güdən, hansı fırıldaqçı
yollarlasa müharibəyə getməyən, dar düşüncəli, cılız təbiətli, əxlaqca
naqis, fəqət vəzifə kürsüsündə əyləşmiş adamcıqların fitvası ilə
həmin mülk plana salınmışdı. Həmin mülkün müqabilində Türfə ana
cəmi 25 min rubl (1953-cü il məzənnəsilə) pul almışdı. Məcburiyyət
qarşısında qalan ana mülk üçün ona verilən 25 min rublun üstünə bir
qədər də pul qoyub iki kiçik otaqlı, kiçik həyətyanı sahəsi olan bir
mülk almışdı. Evin qapı və pəncərələri, döşəməsi, tavanı tam hazır
deyildi. Qonşu ilə onların həyətini qara tikan çəpəri ayırırdı. Küçə
tərəfdəki, çiy kərpicdən hörülmüş barı çox alçaq idi. Bütün bunları
özləri düzəltməli idilər. Tək olan bir Allahın köməyi ilə, Türfə ananın
zəhmətkeşliyi və cəfakeşliyi sahəsində, ananın yanında qalan ağıllı,
fərasətli, ortancıl oğlu Fərman Bakıda işləyən böyük qardaşının gön-
dərdiyi pullardan qənaət edib çatışmamazlıqları yavaş – yavaş aradan
qaldırırdı. Həyətə su çəkdirmişdi; Evi qaydaya salmışdı. Hələ uşaq
yaşlarından zəhmətsevər, xoşxasiyyət, nəcibxislət, insancanlı olan
Fərman hər şeyin yerini bilir, anasına dərin hörmətlə yanaşır, ləyaqətli
nəslinin layiqli davamçısı kimi hərəkət edirdi...
...Budur, ananın, 29 yaşı hələ tamam olmamış, gümrah və sağlam
bədənli, aydın düşüncəli, zəhmətkeş oğlu Fərman çiy kərpicləri bir-
bir götürüb, təxminən üç metr aralıda barı hörən ustaya tullayır. O
sol əli ilə ehtiyatla götürdüyü kərpici sağ əlinə ötürür, sonra onu eh-
mallıca harmonik bir vəziyyətdə ustaya tullayırdı. Fərman bu işi elə
ustalıqla ehtiyatla görürdü ki, sanki xoş bir musiqinin sədaları altında
rəqs edirdi. Ana, gördüyü işdən zövq alan, həvəslə, şövqlə çalışan
oğluna baxdıqca baxır, daxili bir sevinc duyur, özünü dünyanın ən
183


bəxtəvər anası hesab edirdi. Yol keçən adamlar da Fərmanın günəşin
istisindən yanıb qaralmış mis rənginə çalan bədəninə heyrət və hey-
ranlıqla tamaşa edirdilər. Kimisi razılıqla gülümsünür, kimisi də qibtə
hissi ilə dodaq büzürdü. İki oğlu və bir qızı olmasına baxmayaraq,
özünü “sonsuz” adlandıran “bəxtəvər yarıyanların başına”. Mənim
zəhmətim özümə qaldı. Nadürüstlərin heç biri bir iş qulpundan ya-
pışmır. İraq-iraq yıxılıb öləsən bir içim su da verməzlər. Oğlanlar cə-
hənnəmə, başı batmış qızlar da mənə təpik atır. Elə bil bunları mən
doğmamışam; mən böyütməmişəm” deyə hər yerdə övladlarından,
yeri oldu, olmadı, şikayət edən Mələk arvad sağ əlini sifətinə dirəyib
Fərmana xeyli tamaşa etdi; sonra dodağı altında mızıldana-mızıldana,
ayağına böyük olan rezin qaloşlarını sürütləyə-sürütləyə böyük kü-
çədəki evinə tərəf yollandı...
...Ana elə bil xoş yuxudan oyanan kimi oldu; xəstə oğlunun yanına
tələsdi. Eyvanda xəstənin yatağı yanında oturanlar tam sükut içərisində
idilər. Gözləri xəstədə olsa da, hər kəs öz içinə qapılmışdı, ürəyi ilə da-
nışırdı. İnsani keyfiyyətləri, xeyirxahlığı, səmimiliyi, doğruçuluğu ilə
seçilən, yalnız həmyaşıdlarının deyil, özündən kiçiklərin də, böyüklərin
də – bütün məhəllə camaatının hörmətini, məhəbbətini qazanmış bu
gözəl gəncin birdən-birə bu hala düşməsini, hər kəs daxilində bir cür
yozurdu. Ona tanrıdan şəfa diləyirdilər. Ana yaxınlaşıb əlini oğlunun
alnına qoydu; oturanlara müraciətlə: Görəsən saat neçə olar? deyə so-
ruşdu: məqsədi dərman verməyin vaxtını bilmək idi. Bir aya yaxın müd-
dət ərzində həkimlərin tövsiyə etdikləri dərmanları içməkdən, iynə
vurdurmaqdan təngə gəlmiş xəstə şəfqətli, fəqət ümidsiz baxışlarını ana-
sına dikdi. Nələr demirdi bu baxışlar. O, həm artıq hər şeyin bitdiyini,
dərman içməyin, iynə vurdurmağın mənasız, artıq xərc çəkməyin lü-
zumsuz olduğunu söyləyir, həm anaya ümidli bir təsəlli verir, həm də...
Ana bir çox mətləbləri açıqlayan bu mənalı baxışlar qarşısında
sarsılan kimi oldu, nə deyəcəyini, necə hərəkət edəcəyini bilmədi.
Göz yaşlarını ürəyinə axıda-axıda qalxıb otağa keçdi.
Fələyi dindirəydim, ay oğul,
Bilməzin bildirəydim, ay oğul.
184


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə