İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə29/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   25   26   27   28   29   30   31   32   ...   57

88 
 
qanunauyğunluqlarla  sübut    olunması  onu  obyektiv  edir. 
Məsələn, bir fikirin digərləri tərəfindən ümumi məntiqi prinsip 
və  kateqoriyalarla  sübut  olunması  həmin  fikrin  obyektivliyini 
şərtləndirir.  
Elə  proseslər  də  olur  ki,  universal  yox,  fərdi  insanlar 
tərəfindən  subyektiv  qəbul  olunur.  Bunlara  da  obyektiv  qəbul 
olunmayan, lakin mövcud olan mütləqlər kimi  yanaşmaq olar.  
Məsələn, 
əxlaq 
mücərrəd-mənəvi 
anlayışdır. 
Tərkibi 
konseptualdır.  Əxlaq  elementləri  (insan  hərəkətləri)  həm 
obyektiv,  həm  də  subyektivdir.  Bu  baxımdan  da  obyektiv  və 
subyektiv  mütləqdir.  Əxlaqın  tərkibi  tam  bütöv  deyil  və 
tamamlanmır. Ona görə də bir qanun, norma digəri tərəfindən 
həm  qəbul  oluna,  həm  də  olunmaya  bilər.  Bu  aspektdə 
mütləqlərin qəbul olunma koordinatları, aspektləri və bucaqları 
meydana  gəlir.    Uzaq  mütləqlər  yaxın  məsafədən,  yaxın 
mütləqlər isə uzaq məsafədən qəbul oluna bilər.  
 
Mütləqlər və nisbilər 
 
-makro və mikro ölçülüdürlər, sərhədlərsizdirlər; 
-koordinasiyalı xüsusiyyətlərə malikdirlər; 
-mücərrəd və konkretdirlər; 
-fərqli  forma  və  məzmunludurlar,  məzmun  və  forma 
dəyişəndirlər; 
-hər  kəs  üçün  aydın  olan,  bu  baxımdan  duyulan  universal 
mənaya malikdirlər
-yalnız bir və ya da kiçik qrup üçün duyulan fərdi və kiçik 
universal mənaya malikdirlər; 
-fərdi  və  kollektiv  olaraq    zəruri  və  obyektivdirlər, 
subyektivdirlər; 
-fərdi  (fərd  üçün)  imperativ  –kollektiv  (kollektiv  üçün) 
qeyri-imperativdirlər; 
-kollektiv makro və fərdi mikro mənaya malikdirlər; 
-dəyişən məkanlıdırlar; 


89 
 
-zamanda təzahür olunandırlar; 
-zaman və məkanda müəyyən və qeyri-müəyyən olanlardır 
və s.  
 
 
Kainat, təbiət və insanlar-informasiya müstəvisində 
    
Kainat  özü  informasiya  mənbəyidir.  Çünki,  informasiya 
daşıyan  zərrəciklər  hərəkətdədir.  Zərrəciklər  informasiya 
elementləridir.  İnformasiya  müəyyən  formalı  zərrəcikdir, 
elementdir.  Zərrəciyin  quruluşu  informasiyadır.    Kainatda 
mövcud  olan  qalaktikalar,  qalaktikaların  tərkibi  olan  cisimlər 
informasiya  mənbələridir.  Kainatın  efir  halı  bütün  bərk  halı 
üçün  informasiya  yayan  müstəvi  rolunda  çıxış  edir.  Bütün 
çevrilmələr, 
forma 
və 
məzmun 
dəyişmələri 
elə 
informasiyaların  da  əsaslarını  özündə  əks  etdirir.  İnformasiya 
axındır,  yayan  müstəvidir,  enerji  təminedicidir.  Bərk 
materiyalar  daha  çox  cəmləşmiş  informasiyaya  sahib  olurlar. 
Ulduzlar  isə  hiperaktiv  informasiya  mənbələri  rolunda  çıxış 
edirlər. Element, hərəkət, qüvvə, sürət, sürtünmədən, sintezdən  
meydana  gələn    təzahür  elə  informasiyanın  özüdür. 
İnformasiya əlamətlər haqqında olan obrazlanmalardır.  
İnformasiya  müəyyən  məkanı  əhatə  edən,  məkanı  təşkil 
edən    elementlərin  (zərrəciklərin)  hərəkət  xassələrinin,  bu 
baxımdan  da  axınlarının,  əlaqələrinin,  forma  və  məzmun 
dəyişməsi  proseslərinin    siqnal  qəbuledicilərin    məkanlarında 
müəyyən səviyyədə, həcmdə obrazlanmasıdır, audio, vizual əks 
olunmasıdır.  İnsanlarda  olan  duyğu  orqanları  məhz 
məlumatların  formasını  və  məzmununu,  daxili  tərkibini 
müəyyən  edir.  Duyğu  orqanlarının  formalaşmasında  ətraf 
mühit  də  rol  oynayır.  Axan  zərrəciklər  informasiyaların 
daşınmasını  təmin  edir.  İnformasiyanın  əsası  elə  enerjidir.  
İnformasiyalar  zərrəciklərlə  daşınır  və  elə  zərrəciklərin 
özlərinin xassələri olur. Əlamətlər əks olunur. Zərrəciklər axını 


90 
 
məkan  dəyişməsidir.  Məkan  dəyişməsi  də  informasiya 
daşınmasıdır.  İnformasiya  məkandan  məkana  axanda  məkanın 
xarakteri  də  müəyyən  olunur.  Məkanın  xarakteri  onun 
ölçüsündə, zərrəciklərin  funksiyasında müəyyənləşir. Funksiya 
isə  zərrəciyin  daşıyıcı  xarakteri  ilə  aşkarlanır  və  zərrəciyin 
hərəkət istiqamətləri ilə əsaslandırılır. 
Zərrəciklərin,  cisimlərin  əlamətləri  məkanda  əks  olunur.  
İnformasiyalar  formasına,  məzmununa  görə  fərqlənir.  Hər  bir 
informasiyanın,  obrazlanmanın  öz  əlaməti  var.  Zərrəciklər 
axının  qaz,  maye,  yumşaq,  bərk  halı  mövcud  olur.  Bərk 
materiyaların,  suyun,  aralıq  formaların  hərəkəti  də  əlamətləri 
özündə  əks  etdirir.  Bərk  materiyaların,  mayenin  forması  da 
əsasən  kiçik  zərrəciklər  yolu  ilə  informasiya  kimi  əks  olunur. 
Bərk  materiyalar  hərəkət  etdikcə  səmada,  kosmik  fəzada 
trayektoriya cızırlar. Bunun sayəsində də efir halı dağılır, axın 
başlayır.  Bərk  materiyanın  hərəkəti  haqqında  zərrəciklər 
məlumat yayırlar. Zərrəciklərin özləri (müstəvinin özü) yayılır 
və məlumat gəlir. 
İnformasiyanın  daxili  (hərəkətdə  olanın  özünə  aid)    və 
yan 
(təsir) 
formaları 
var. 
Məsələn, 
zərrəciklərin 
(məsələn,Günəş  şüalarının)    özlərinin  hərəkəti  ilə  obrazlanan 
informasiyalara  aid  oluna  bilər:  Dalğalanan  informasiyalar. 
Bərk materiyaların özlərinin daxili xarakteri, əsasları haqqında 
olan  informasiyalar.  Cismin,  əşyanın,  bərk,  yumşaq,  maye    və 
qaz  halında  olan  elementlər  birləşmələrinin  özlərinin  əsasları 
haqqında  olan  informasiyalar  daxili  informasiyalardır.  Yan 
informasiyalar  isə  onların  təsirləri  ilə  yaranan,  dalğalanan  və 
hərəkətdə olan informasiyalar hesab oluna bilər. Məsələn, bərk 
materiyanın hərəkəti özü ilə müstəvi zərrəciklərinin hərəkətini 
yaradır.  Müstəvi  zərrəciklərinin  hərəkətinin  qəbulu,  hiss 
olunması  artıq  bərk  materiyanın,  mayenin  gəlişindən  xəbər 
verir. İnformasiya informasiya gətirir. Zərrəciklər toplusu digər 
informasiya toplusu haqqında məlumatlar verir. 
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə