97
açılmağa başlayır. Kiçik yaşlarında (çağa zamanı) uşağın qan
dövranı da zəif olur. Tünd qanı tədricən açılmağa başlayır.
Passiv uşaq özünü aktivləşdirməyə başlayır. Ətraf mühitdən
siqnallar ala-ala böyüyür. Fiziki quruluşuna uyğun olaraq da
qan dövranı yaranır. Getdikcə ürək döyüntüləri artır, qan
dövranı süərtlənməyə, təzyiq artmağa başlayır. Çünki,
orqanizm də böyüyür. Orqanizmi siqnallar və qida məhsulları
böyüdür. Uşağın bədəni və ruhu formalaşır.
Doğulanda uşağın ağlaması onun yeni mühitdə enerji
mübadiləsinə qatılmasının əlamətidir. Ağlamaq enerji istəyidir,
enerji çatışmazlığını aradan qaldırmaqdır. Bu həm də onu
deməyə əsas verir ki, uşağın səsi onun danışığından əvvəl
formalaşır. Ağlamaq uşağın bətndə yığılmış passivliyini
aktivliyə çevirmək üçündür. Ağlamaq neqativliyi azaldır.
Uşağa enerji gətirir. Daxili passivliyi aktivliyə çevirir. Buna
görə də yeni doğulmuş uşaq mütləq ağlamalıdır. Ağlamaq
uşağın böyüməsini təmin edən bir prosesdir. Uşaq böyüdükcə
bədən temperaturu də dəyişir. Ümumiyyətlə, fəsillər üzrə
doğulan uşaqlar fərqli olurlar, bədənləri də fərqli ola bilir.
Təbii ki, xarakterləri də fərqlənir.
Hamilə ananın vəziyyəti necə ola bilər:
-çox qida qəbul
etmək zərurəti ilə üzləşər;
-çox su içə bilər;
-hava çatışmazlığı
ilə üzləşə bilər;
-daxili orqanları sürətlə işləyər, hiperaktivlik əmələ gələ
bilər. Nəticədə gözə qeyri-adi məxluqlar görünə bilər;
-yüksək və ya da aşağı qan
təzyiqi ilə rastlaşa bilər;
-qanyaradıcı orqanlarının işi sürətlənə bilər;
-qanın tərkibi durula bilər;
-qanının
rəngi qismən dəyişə bilər;
-mədənin funksiyaları artar və qusma və ürəkbulanma ilə
rastlaşılar;
98
-sidik ifrazı sürətlənə bilər, böyrək və digər ifrazat
orqanlarının funksiyası güclənə bilər;
-həzm prosesi sürətlənə bilər. Qaraciyər, mədə, öd kisəsi,
mədəaltı vəz kimi orqanların funksiyasında dəyişiklik əmələ
gələ bilər;
-duyğu orqanlarının fəaliyyəti aktivləşə bilər. Çünki uşaq
üçün siqnal qəbul etmək lazım olar. Bu zaman qulağa əlavə
səslər gələ bilər; göz önünə başqa obyektlər gələ bilər; başqa
iyilər hiss oluna bilər; dad qarışıqları
ola bilər; dəri problemləri
üzə çıxa bilər və s.;
-qanyaradıcı orqanın fəaliyyəti güclənə bilər;
-beyinin funksiyası sürətlənə bilər-ana müəyyən yuxular
görə bilər. Baş ağrıları ilə rastlaşa bilər;
-dəridə pozğunluq ola bilər;
-saçlarda və dırnaqlarda problem ola bilər;
-görmə (qarabasmalar),
dadbilmə pozğunluğu arta bilər;
-anada qan azlığı ola bilər;
-qan
tərkibi dəyişə bilər;
-uşağın (dölün) inkişafı boyu ananın bədən temperaturu da
dəyişkən ola bilər;
-ümumiyyətlə, hamilə zamanı ana orqanizmi həm özünü,
həm də başqasını təmin etdiyindən bütün fəaliyyətini artıra
bilər. Bu baxımdan da hamilə zamanı rast gəlinən problemlər
bir o qədər qorxulu deyil. Hamiləlikdən sonra aradan qalxa
bilən bir haldır.
Düşüncələr haqqında
Düşüncə formaca elementlərin, zərrəciklərin emalı və
sintezindən ibarət olan bir fenomendir, bir obyekt üzrə ardıcıl
yaranır, eləcə də dəyişən obyektlər üzərində formalaşır.
Düşüncə dərketmə prosesidir və obyektin aydınlaşmasına,
subyektə yaxınlaşmasına yönələn bir prosesdir. Düşüncə