94
birləşmələrindən qanı əmələ gətirir. İlkin vaxtlarda qan laxtalı
olur. Laxtalı qan forması çoxlu (müəyyən məkanda sıxlaşmış)
hüceyrə birləşmələrinin təzahürdür. Bu baxımdan da demək
olar ki, qan bir maddə kimi cəzbedici xassəyə malikdir. Ata və
ana hüceyrələrinin birləşməsindən sıxlıq yaranır. Sıx və çoxlu
hüceyrələr qanı da laxtalı edir. Birləşmə bətndə ardıcıl qaydada
davam edir. Əvvəlcə sintez olunmuş qan hüceyrələri yeni qan
hüceyrələrini tələb edir. Buna görə də güman əsasında demək
olar ki, ana bətnində uşaq (döl) qırmızı (qan rəngində)
rəngdə olur. Qırmızı rəng aktivlik deməkdir.Tünd rəng isə
passivdir. Tünd qan “soyuq” qandır. Aktivlikdən passivlik-
yığım və mərkəzləşmə meydana gəlir.
Ana bətnindəki qan da təbii ki, ata hüceyrələrinin ananınkı
ilə yüksək temperaturda birləşməsindən yaranır. Burada maye
də rol oynayır. Maye qanı artırır. Əvvəlcədən də qeyd
olunduğu kimi insan sudan və hüceyrədən əmələ gəlir.
Hamiləli qadının çoxlu miqdarda maye qəbul etməsi normal
haldır. Tələbatdan irəli gəlir. Atadan gələn gen daşıyıcı
xromosomlar (insanın kiçik modelini əks etdirir) anadakı
hüceyrələrlə birləşir. İnsan toxumları ana bətnində temperaturla
böyüməyə başlayır. (Qeyd: Atadan daxil olan hüceyrələr
kainat haqqında, təbiət və ulu əcdadlar haqqında məlumat
daşıyırlar). Bu prosesdə ana çox element verir. Belə qəbul
etmək olar ki, bətndə olan uşaqda müəyyən müddətdən sonra
daxili orqanlar formalaşır. Sistem əmələ gəlir. Uşağın ağ
ciyərləri üçün hava bətndəki mayenin qaz halına (bətndaxili
havaya) çevrilməsindən meydana gəlir. Atadan daxil olan
hüceyrələrin də elementləri burada aktivləşir. Ana öz
daxilindən və ətraf mühitdən topladığı enerjini bətnindəki
gələcək evladı ilə paylaşır. Ana temperatur verir, qan, hava və
maye verir. Evlad ana qanı ilə daha çox formalaşır. Ata
hüceyrəsi öz ətrafına çoxlu ana qan hüceyrəsini toplayır və
nəticədə döl yaranır. Temperatur (ananınkı) atadan gələn
hüceyrələri aktivləşdirir, əsas nüvəyə çevirir. Ata hüceyrələri
95
də ananınkı ilə yüksək aktivlik şəraitində sintez olunur. Ana
həmin hüceyrələrə qan verir. Ata hüceyrəsi baza, ana
hüceyrəsi isə təminedici olur. Kök (baza, alt qat) atada
qalır. Yəni, baza hüceyrələr atadan gələn olur. Lakin formalar
daha çox anadan yaranır. Baza xətt olan ata hüceyrələr öz
üzərinə ananınkıları daxil edir. Birləşmə ortaya çıxır. İnsan
qocalanda, ətrafı “itirəndə” daha çox atasına bənzəyir.
Qeyd: belə bir fikir bildirmək olar ki, insanın ömür
boyu ata və anasına oxşamaları baş verir. Ata və ana
genləri arasında mübarizə gedir. Nəticədə daha çox ata
qalib gəlir. Yaşlandıqca ataya oxşama prosesləri baş verir.
Atanınkı anaya daxil olan xarici, əsas hüceyrələrdir,
toxumlardır. Bu toxumlar anada yetişir. Ana qan verir, onları
qanla qidalandırır. Həmçinin temperaturla və enerji ilə
(vitaminlərlə) atanınkı artırır. Təbii ki, qanın tərkibi qida və
sulardan, vitaminlərdən ibarət olur. Ata hüceyrəsi dirək, ana
hüceyrəsi isə ətraf bərkidirci və daxili təminedici olur. Ana
hüceyrələri ata hüceyrələrin başına toplaşır.
Dölün laxtalanması sintez prosesindən (atanınkına qarışan
ana
qanından,
mikroorqanizmlərdə)
yaranır.
Ata
xromosomlarına qırmızı rəngi anadakı temperatur və ana qanı
verir. Ata hüceyrəsinin aktivləşməsi və müəyyən temperaturda
ananınkı ilə birləşməsi qırmızını yaradır. Ümumiyyətlə,
qırmızılıq sintezdən əmələ gəlir.
Qeyd: buna görə də qəbul etmək olar ki, dölün qanı
hələ nə tam ata, nə də anada olduğu rəngdə olur. İnsan
laxta qan olur. Çox güman ki, bu, mərkəzləşmiş qan
birləşməsidir və tünddür. Deməli, ana bətnində dölün qanı
tünddür. Çünki, sıxlaşma çox gedir.
Bu laxta qan insanın yaranması uğrunda gedən
mübarizədən belə formanı, yəni, laxta formasını alır. Sintez
zamanı hüceyrələr çox səfərbər olunur, qan tündləşir. Bətndə
passiv (yığılan, cəmləşən, həm də aktiv olan) enerji mənbəyi
yaranır, yeni uşaq meydana gəlməyə başlayır. Qanın
96
yaranmasında maye iştirak edir. Qan özü də mayedən, sudan və
digər tərkib elementlərdən, minerallardan ortaya çıxır. Su da
özlüyündə bərk materiyadan fərqlənmir. Deməli, insan su, hava
ilə bərk materiyanın tərkibinə çevrilir. Qanın laxta forması
alması başlanğıc prosesləri ilə yanaşı, qanda olan
mikroorqanizmlərdən asılı olur. Mikroorqanizmlər birləşərək
vahid forma alırlar və ayrı-ayrı məkanlarda cəmləşirlər. Ana
qanında olan mikrorqanizmlər bala üçün də laxta yaradır.
Çünki, məkana çoxlu hüceyrə yığışması başlayır. Bu da
məkanda sintezli passivliyi meydana gətirir. Laxtalıq qanın
dölə çox yığılmasından meydana gəlir. Döl əvvəlcə qan
birləşməsindən ibarət olur.
Laxta qan passivliyi yaradır. Mərkəzləşmə gedir. Ardıcıl
temperatur sayəsində və ananın ətraf mühitdən qəbul etdiyi
siqnallar sayəsində mərkəzləşmədən genişlənmə baş verir.
Aktivliyə keçid olur, analiz proseləri həyata keçir. Uşağın artıq
orqanik funksiyaları yaranmağa başlayır. Temperatur və qanın
çoxalması mərkəzi laxta qanı artıq sintez formasında ayrı-ayrı
mərkəzlərdə cəmləşdirir. Bunun da sayəsində orqanlar yaranır.
Bütün orqanları qanın ayrı-ayrı mərkəzlərdə cəmləşməsi
prosesləri meydana gətirir. Dölün əmələ gəlməsi prosesində
mərkəzləşmə (cəzbetmə, birləşmə) və ətraflara doğru yayılma
(nəticə prosesləri) baş verir. Burada cəzbetməni ilkin
mövcudluğun yaranması zəruri edir. Bu birləşmənin
genişlənməsi isə ayrı-ayrı orqanların yaranması zərurətindən
irəli gəlir. Struktur genişlənir, forma böyüyür.
Uşağın qan (can) orqanları formalaşdıqdan sonra, qanın
rəngi bir qədər açıla bilir. Çünki uşaq daxilində dövran
başlayır. Artıq laxta qanın hərəkəti ortaya çıxır. Tünd qan
nisbətən açıq rəngli dövran qanı ilə əvəzlənir. Təmizlənir,
istiqamətlənir. Bu baxımdan da ürək döyüntüləri yaranır. Ürək
əzələləri formalaşır. Uşaqda qan dövranı amələ gəlir. Ana
bətnində olan uşağın qan dövranı ilə dünyaya gəlmiş uşağın
qan dövranı arasında fərq olur. Təbii ki, dövran sayəsində qan
Dostları ilə paylaş: |