118
tarazlığın pozulmasına gətirib çıxara bilər. Duyğu orqanlarının
və beyin mərkəzinin kanalları, sinirlər korlana bilər. Ölçülər
dəyişə bilər. Böyük zərrəcik axını duyğu orqanlarının qəbul
kanallarını genişləndirə bilər. Damarlar genişlənə bilər. Qan
dövranı pozula bilər. Daxili orqanların fəaliyyətində
problemlər yarana bilər. Qan təzyiqi problemləri yarana bilər.
-informasiyasızlıq şəraitində- insanlar informasiya qəbul
edə-edə böyüyürlər, inkişaf edir və yaşlanırlar. İnformasiyanın
olmaması fiziki və ruhi çatışmazlığa gətirib çıxara bilər.
İnformasiya enerji deməkdir. Enerji almayan insan sağlam ola
bilməz. İnformasiya əhval-ruhiyyənin düzəlməsinə kömək
edər. Hətta xəstəni belə informasiya terapiyası ilə sağaltmaq
olar. İnformasiya təbii ki, uyğun, qəbul edilən və xoşagəlimli
olmalıdır ki, ruhu tarazlaşdıra bilsin. İnformasiya fərdlər
arasaında mənəvi-ruhi kompozisiyanı meydana gətirir.
İnformasiya az olduqda insan həyatı passivləşir. Birdən də çox
informasiya qəbul etdikdə tarazlıq pozulur. Hətta xoş
informasiyalar da müəyyən miqdarda olmalıdır.
Həcm çox
dəyişməməlidir.
Xəstəlik nədir:
-xəstəlik orqanların vərdiş olunmuş sistemdə ölçülərini
dəyişməsidir;
-xəstəlik orqanlar, bədən üzvləri arasında vərdiş olunmuş
vəziyyətlərin dəyişməsidir;
-xəstəlik orqanın tərkibini və həcmini dəyişməsi ilə öz
əvvəlki məkanından yerdəyişməsidir;
-xəstəlik orqanın fəaliyyətinin pozulmasıdır, ölçülərin
dəyişməsidir;
-xəstəlik orqanların fəaliyyətinin dəyişməsi və reaksiya
mühitinin dəyişməsidir;
-xəstəlik orqanların informasiya alıb-ötürmə tarazlığının,
mütənasibliyinin pozulmasıdır;