İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə47/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   43   44   45   46   47   48   49   50   ...   57

142 
 
İştahasızlıq  bir  əlamətdir.  İnsan  yorğun  olanda  da  yemək  
istəmir. Belə qəbul etmək olar ki, yorğun olanda insanın daxili 
enerjisi,  daxili  ehtiyyatları  səfərbər  olunur.  Yemək  və  həzm 
enerji  tələb  edir.  İştahasızlıq  yorğunluqdan  olanda  yeməyə 
lazım olan enerji bərpaedici daxili enerjinin təminatına yönəlir. 
Yəni,  belə  qəbul  edək  ki,  yemək  və  həzm  üçün  sərf  olunan 
enerji  özünü  orqanizmdaxili  enerjinin  əldə  olunmasına, 
ehtiyyatın səfərbər olunmasına yönəldir. 
İştaha  bir  müddətdən  sonra  gəlir.  İtirilmiş  enerji  daxili 
enerji  hesabına  bərpa  olur,  daxili  enerji  azalır,  orqanizm 
xaricdən qıda qəbul etməyə yönləndirilir. 
İştahasızlıq  orqanizmin  həm  də  özü  tərəfindən 
təmizlənməsi  üçün  orqanizmin  tətbiq  etdiyi  “bağlı  qapı”dır. 
İştahasızlıq  o  halda  da  yarana  bilər  ki,  orqanizm  bütöv  halda 
özü  ilə  məşğuldur  və  orqanizmdə  olan  problemi  aradan 
qaldırmaq  üçün  öz  enerjisini,  immunitetini  səfərbər  edir. 
İştahanın  olmaması  orqanizm  daxilində  baş  verən  zəhərlənmə 
prosesləri  ilə  də  əlaqəli  ola  bilər.  Problemi  artırmamaq  üçün 
orqanizm kənardan qıda qəbulunun qarşısını ala bilər. Eləcə də 
hüceyrələrin  xarakteri  pozulanda  da  iştahasızlıq  yarana  bilər. 
Hüceyrələr  pis  xidmət  edərkən  ümumi  immun  sistemi  həmin 
hüceyrələri  öldürmək  üçün  qida  qəbulunun  dayandırılması 
siqnalını verə bilər.    
 
 
Şişkinliyin olması 
 
Belə hesab edək ki, insanın daxili və xarici aləmi arasında 
olan maddələr  əlaqəsi, ruhi əlaqə, enerji bağlılığı  insanı fiziki 
və  ruhu  baxımdan  yetişdirir.  Yetişmək  geniş  həcmli 
informasiya  qəbul  etməklə,  müəyyənliyin  artması  sayəsində 
yaranan  prosesdir.  Yetişmə  böyümə,  genişlənmə  prosesidir. 
İnsan  taraz  şəkildə  yetişir,  yaşayır  və  formalaşır.    “Hər  bir 
orqan bütün bədən üçün, bütün bədən hər bir orqan üçün” 


143 
 
prinsipi  ilə    orqanizm  yaşayır  və  yetişir,  böyüyür,  qocalır: 
ümumiyyətlə, qazanır, ətrafdan əldə edir və itirir. Xarici mühit 
və  maddələr  insanın  daxilinə  xidmət  edir.  Sistemlilik 
proseslərinə  müvafiq  olaraq  qeyd  edək  ki,  qan  bütün 
orqanlarda  gəzir,  lazımi  minerallarla,  zülallarla,  yağlarla  və 
digər  vitaminlərlə,  elementlərlə      onu  təmin  edir.  Qan 
orqanlardan-orqanlara  daşıyıcı  funksiyanı  yerinə  yetirir.  Qan 
ürəkdən  gəlib-keçir,  beyin  onu  orqanlara  bölür,  qan  süzülür, 
mədə-bağırsaqdan 
vitaminlər  alır,  oksigenlə  yeniləşir, 
ağciyərdən  oksigen  alır,  hemoqlobin  əldə  olunur,  dalaqda 
ehtiyat qan yığılır  və s.  
Bədənin normal  funksiyasını qan və sinir sistemləri tənzim 
edir ki, onlar da müvafiq hüceyrələrdən ibarət olur.  Belə hesab 
edək ki, beyin və onun sinirləri qana “göstəriş verir”. Orqanlar 
arasında olan siqnallar mübadilələri qanı göstərişdə saxlayır.  
Beyin sinirlərə, qana, orqanların toxumalarına nəzarət edir. 
Çatışmayan yerlərə beyin qanı göndərir ki, tarazlıq yaransın.  
Bədən  özü  müəyyən  ölçülü  birləşmədən  ibarətdir.  Hər 
hansı  bir  məkanda  ölçülərin  artması  şişkinliyi  meydana 
gətirir.  Şişkinlik  qeyri-düzgün  birləşmədən  yaranır.    Bu 
birləşmə  infeksiyaların  öldürülməsi  üçün  bir  məkana 
yığışan qan hüceyrələrindən də yarana bilir.  
Şişkinlik  xarici  zədələrdən  və  daxildən  yaranır.  Hər  iki 
halda orqanların mövcud işlək vəziyyətləri (formaları) dəyişir. 
Zədə  olanda  şişkinlik  olur.  Şişkinlik  müdafiə  funksiyasının 
tərkibidir. 
Burada 
əzələlər,  toxumalar  zədələrdən  öz 
formalarını  dəyişirlər.  Bu  halda  beyin  ora  sinirləri  cəlb  edir, 
qanı  göndərir.  Qan  o  yerlərə  dolur  və  nəticə  etibarilə  maye 
yığılır.  Şişkinlik  əmələ  gəlir.  Toxumalar,  əzələlər,  limfalar  
genişlənir.  Qanın  zədə  yerinə  dolması  sayəsində  əzələ  və 
toxumaların  bərpa  olunması  prosesləri  gedir.  Bərk  şişkinlik 
tədricən  yumşalır.  Sağalma  gedir.  Şişkinliyin  aradan  qalxması 
üçün qan verən yeməklərdən yemək lazımdır. Qan artıran həyat 
tərzindən istifadə etmək lazımdır. Şişkinlik idmanla, fiziki işlə, 


144 
 
zehni  əməklə  də  aradan  qalxa  bilir.  Ən  əsası  isə  şişkinliyi 
yaradan zərərverici ünsürlər aradan qalxmalıdır. Eyni zamanda 
zədələr, yaralar sağalmalıdır.  
Daxildə 
şişkinlik  orqanların  disfunksiyasından  və 
dəyişikliklərdən 
əmələ  gəlir.  Əsas  səbəb  kimi  qan 
çatışmazlığını,  enerji  çatışmazlığını  da  qeyd  etmək  olar.  Qanı 
yaradan,  qanı  enerji  ilə  təmin  edən,  qanı  paylayan  orqanlarda 
pozğunluq  olarsa,  çatışmazlıq  yaranarsa,  qan  azlığı  meydana 
gəlir. Qan azlığı sinirlərin normal fəaliyyətinə mənfi təsirlərini 
göstərir.  Bu  halda  orqanlar  da  öz  funksiyalarını  itirir.  İtki 
həmin yerə qanın toplanması ilə nəticələnə bilər. Bu baxımdan 
da  hesab  edək  ki,  şişkinlik  çatışmazlıqdır,  sinirlərin 
gərilməsidir,  qanın yığılmasıdır. Şişlərin qırmızı rəngdə olması 
(çox  qırmızı  rəngdə  olması)  ora  yığılan  qanın  kütləsinin 
artımını  göstərir.  Qırmızı  qan  hüceyrələrinin  zədəli  məkanda 
artması  şişkinliyi  yaradır.    Qanın  kütləsi  ona  görə  yığılır  ki, 
orada  (orqanda)  lazımi  hüceyrə  sintezi  və  analizi,  əmələ 
gəlmək  üçün  lazımi  hərəkət  prosesləri  baş  vermir.  Ya  da  ləng 
gedir. Bu anda əlavə qana ehtiyac yaranır. Beyin ora əlavə qan 
göndərir.  Şişkinlik  olanda  zəiflik,  halsızlıq,  baş  ağrıları  ola 
bilər.  Çünki,  qanla  bağlı  problemlər  və  çatışmazlıqlar  yarana 
bilir.  
Orqanik  şişlər  sinirlərin  gərilməsini  və  ağrıları  yaradır. 
Orqanik şişlərdə ən əsas qanla təminatdır. Şiş artıqca qan daha 
çox  lazım  olur.  Nəticədə  qanı  yeyən  hüceyrələr  qana  qalib 
gəlir. Burada beləbir təəcüb yaranır. Bəs, hüceyrələrə nə mane 
olur.  Çox  güman  ki,  fəaliyyəti  pozan  əlavə  nəisə  var.  Həmin 
nəisə  olan  şey  gendən  keçə  bilər,  eləcə  də  yeməklərdən  və 
havadan  orqanizmə  daxil  ola  bilər.  Sintezə  və  analizə  mane 
olan  nədir  ki,  normal  proseslər  yox,  annormal  proseslər  gedir. 
Bir  aspektdə  ola  bilər  ki,  bu  şey  mikrob  olsun,  ya  da  aralıq 
hüceyrə olsun. İrinləmə və qızdırma da onu deməyə əsas verir. 
Mikrob  (hüceyrələrin  fəaliyyətinə  mane  olan)    qanda  da  ola 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə