136
Yeməklər (qida) haqqında
İnsan
kainatın
nəticəsidir.
Ümumiləşmiş
təbiət
məhsuludur. Təbiətdən maddələr alır və özü ilə təbiətə qayıdır,
təbiət elementlərinə qarışır. İnsanın ifrazat, həzm məhsulları,
tənəffüs məhsulları, sonda da cismani maddələri təbiətə
qayıdır. İnsan təbiətin elementlərini özündə cəmləşdirir və
sintez edir. İnsan təbiət siqnallarının və təbiət resurslarının
sintezi və analizi ilə məşğuldur. Bu baxımdan da hər iki
mərhələdə, yetkinlikdə təbiətə bağlıdır. İnsanlar təbiət
elementləri ilə əlaqələr mübadiləsindədirlər. Təbiətdən nəfəs
alır və qida ilə təmin olunur. İnsanlar təbiətlə təmasdan da
ardıcıl nəsil üçün hüceyrələr (toxumlar) əldə etmiş olurlar.
Yeməklər (qida) insanların təbiətlə olan material
təmaslarının əsaslarını təşkil edir. İnsanların daxili aləmləri
onların təbiətlə üzvü vəhdətini yaradır. İnsanlar təbiət
elementləri ilə doğulurlar və təbiət elementləri ilə də
qidalanırlar.
Təbii ki, insanlar təbiətdə olan hər bir şeyi qida kimi qəbul
edə bilməzlər. Tarix boyu onların orqanizmləri müəyyən
qidaların qəbulunu münasib hesab edib. Tarixi
bioloji vərdişləri
yaradıb. İnsanda qidalanmalar yaşadıqları mühitə də uyğun
olub. Hər bir insan öz yaşadığı mühitdə təbii yolla bitən
bitkiləri, əkilən bitkiləri (göyərti, tərəvəz, meyvə, taxıl və s.)
yeməklə daha sağlam ola bilər. Kənar mühitin bitkiləri insan
orqanizmində uyğunsuzluğu yarada bilər. Yabanı bitkilər insan
orqanizmində problemlər, zəhərlənmələr meydana gətiri.
Zəhərlənmə elementlərin birləşərək ağır bir element əmələ
gətirməsidir. Zəhərlənmə (güclü zəhərlənmə) sonradan
orqanizmdə ağır fəsadlara yol açan (məsələn, xərçəng
xəstəliyi) yol açan xəstəliklər yarada bilər. Zəhərlənmə zamanı
ağır minerallar gec parçalanır və orqanizmin taraz mühitini
pozur.
137
Qıdalar insanları lazımı minerallarla təmin edir. İnsanlar
onlar üçün yumşaq olan məhsullarla qıdalanırlar. Həzm sistemi
də qidaların əriməsində, tərkiblərinin parçalanmasında əsas rol
oynayır. Təbii qidalarda (yumşaq olan və dadı normada olan
qidalarda) sintezlər, birləşmələr yumşaq olur. İnsan üçün
zərərli qidaların tərkib elementləri də bərkləşmiş olur. Digər
tərəfdən də qaynatmaqla və bişirməklə bərk qidalar da
yumşalır. İnsanlar çiy məhsulları bişmiş məhsullara
çevirməklə də öz orqanizmlərində yumşaqlıq yaradırlar.
İstehsal prosesi təbii ki, yüksək temperatur şəraitində baş verir.
Burada parçalayıcı maddələr də iştirak edir. Qıdalardan analiz
yolu ilə lazımi maddələr, vitaminlər orqanizmə, qana qəbul
edilir.
İnsanlar tərəfindən geniş şəkildə sintez olunmuş qidaların
orqanizmdə fəsadları ola bilər. Düzdür, həmin maddələr də
təbiət maddələridir. Lakin insanlar tarix boyu bu təbiət
maddələrindən, çeşidlərdən istifadə etməyiblər. Bu baxımdan
da orqanizm artıq çeşidlərlə, birləşmələrlə yüklənir. Həzm
prosesləri pozulur. Orqanizm həzm üçün əlavə enerji sərf edir.
Əlavə turşu istehsal edir.
Qıdalar necə olur:
-yumşaq sintezli və sadə olmalıdır ki, orqanizm ağırlıqla
üzləşməsin,
güc düşməsin;
-qidalar dadlı olmalıdır ki, orqanizm onu qəbul edə bilsin.
Hər bir qida vərdiş olunmuş daddan məhz orqanizm üçün
münasib
hesab olunur;
-bərk qidalar, qanlı qidalar ona görə bişir ki, tərkibində
insan orqanizmisi üçün yad olan ünsürlər, mikroblar,
infeksiyalar ölsün və orqanizmə zərərli maddələr düşməsin;
-suda böyüyən qidalar həzm üçün yumşaq olur və tərkibi
minerallarla zəngin olur.