İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə42/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   38   39   40   41   42   43   44   45   ...   57

127 
 
böyük  rol  oynayacaqdır.  Ardıcıl  şəkildə  qəbul  edilən  enerji 
insanların həyat sağlamlığına səbəb ola biləcəkdir.  
Hüceyrənin  xarakteri  formalaşır:  gen  sistemindən, 
sistemdəki  hər  bir  hüceyrənin  tutduğu  məkandan,  təsir  edən 
amillərdən,  təsir  sürətindən.  Ətraf  aləmdən  və  insanın  özünü 
tərbiyələndirməsindən, insan xarakterindən.  
Ehtimal edək ki, hər bir hüceyrənin şərti bir forması vardır 
və  öz  tutumu  mövcuddur.  Bu  tutumdan  (ölçüdən)  kiçik  olan 
hüceyrələr  təbii  ki,  digər  hüceyrələrin  təsirlərinı  məruz  çox 
qalacaqdır.  Bu  anda  sistem  öz  ölçü  funksiyasını  zəiflədə 
biləcəkdir.  Yetişməyən  (bunlara  zəif  də  deyə  bilərik) 
hüceyrələrin  sayı  çox  olarsa,  insan  da  çatışmaz  olar,  xəstə 
dünyaya  gələr.  Zəif  hücüeyrələr  çox  güman  ki,  ölçüləri 
digərlərindən  balaca  olan  hüceyrələrdir.  Yəni,  standartlara 
cavab  verməyən,  forma  baxımdan  qüsurlu  hüceyrələrdir.  Bu 
hüceyrələr insanla bir dünyaya gəldikdə problemlər ortaya çıxa 
bilir və həmin hüceyrələr daima  digər hücüyrlərin enerjiləri ilə 
qidalanır. Bu baxımdan da zəif insanlar daha çox enerji qəbul 
etməyə çalışırlar ki, digər hüceeyrələr də lazımi qədər qidalana 
bilsinlər. 
Hüceyrələrin  əsaslarını  öyrənməklə  insanların  yaranma 
tarixini  öyrənmək  olar.  Mikrobiologiya  elmindən  insanın 
yarnması başlanğıcını müəyyən etmək olar. 
İnsanlar müəyyən yaş dövrlərində atalarına və ata tərəfinə, 
müəyyən bir  yaş  dövründə  isə anaya və ana tərəfinə  çəkir.  Bu 
yönəlmə sayəsində hüceyrələrin xarakteri və sintezi də dəyişir. 
Hüceyrələr arasında rəqabət gedir və bu rəqabət nəticə etibarilə 
insanların xəstələnmələri ilə müşahidə oluna bilər.       
 
 
İnsanların oğlan və ya da qız doğulmaları 
 
Hər bir şəxs ömürü boyu fiziki və ruhi cəhətdən öz ata və 
anasına (baba və nənəsinə) oxşayır. Hər iki istiqamətdən gələn 


128 
 
genin qarışığından  nəyisə qəbul edir. Belə ehtimal edək ki, bir 
canda  genlər  arasında  mübarizə    gedir.  Mübarizədə  sintez  və 
analizlər ortaya çıxır. Hüceyrələrin əlaqələrindən ata və ananın 
fiziki-bioloji  və  ruhi  əsaslarını  özündə  əks  etdirən  bir  nəticə 
alınır.  Bu mübarizə sayəsində insan gah ata tərəfə, gah da ana 
tərəfə  çəkir,  bənzəyir,  oxşayır.  Bu  çəkişmələri  də  ətraf 
mühitdən  qəbul  olunan  siqnallar  müəyyən  qədər  tənzim  edə 
bilir.  Tərbiyə  və  gen  amili  insanın  ömür  boyu  hüceyrələrinin 
xarakterini formalaşdırır.  
Nigah  zamanı  uşaq  dünyaya  gətirmək  üçün  cinsi  əlaqə 
zamanı,  əgər  ata  öz  kişi  genindədirsə,  yəni,  atanın 
hüceyrələrinin  üstünlük  təşkil  etdiyi  gendədirsə,    qadın  da  öz 
ana  genindədirsə,  onda  ehtimalla  belə  qəbul  edək  ki,  doğulan 
uşaq  çox  güman  ki,  oğlan  uşağı  olacaq.  Əks  təqdirdə  isə  qız 
uşağı  dünyaya  gələcək.  Qadın  geninin  üstünlük  təşkil  etdiyi 
zaman  qız  uşaqları,  kişi  geninin  üstünlük  təşkil  etdiyi  zaman 
isə  oğlan  uşaqları  dünyaya  gələcək.  Uşaqların  qız  və  ya  da 
oğlan doğulmaları ehtimal ki, valideyinlərin gen xüsusiyyətləri 
ilə əlaqəlidir. Bu baxımdan da kişidə ana geni, qadında isə ata 
geni    üstünlük  təşkil  edəcəksə,  doğulan  uşaq  da  oğlan  olacaq. 
Hər  bir  insanda  gen  ata  və  anaya  məxsus  gen  hüceyrələrinin 
üstünlük təşkil etdiyi dövrlər mövcud olur. Evladların cinsində 
də bu amil mühüm rol oynayır. 
Təbii  ki,  bir  müəllif  kimi  mənim  qənaətim  subyektivdir. 
Heç bir təcrübəyə əsaslanmır. Həqiqət olmaya da bilər. Mütləq 
(qəti) həqiqət Allah tərəfindən müəyyən olunur.   
 
 
İnsanın bioloji və mənəvi mənası  
 
İnsan  fəlsəfidir,  çünki  düşüncələrinə  bağlıdır.  Fəlsəfidir, 
çünki  strukturunun  geniş  mənası  var.  Fəlsəfidir,  ona  görə  ki, 
mürəkkəbliklərdən  ibarət  olan  bütöv  sadə  bir  kompleksiyadır.  
İnsan  hüquqlarının  genişlənməsi  və  bağlayıcı  əsaslarla 


129 
 
müəyyən  olunması  insanın  bioloji  aspektlərindən  çox  asılıdır. 
İnsan hüquqları bütün pozitiv cəhətləri ilə bioloji varlığın bütün 
məqamlarda təminatına yönəlir. İnsanı fiziki və mənəvi əsasda 
qorumaq  və  mövcudluğu  təmin  etmək  hüququn  başlıca 
qayəsini  təşkil  edir.  Hüquq  bioloji  aspektləri  maddi  amilləri 
təmin etməlidir ki, insanın mənəvi ruhu özünü təmin edə bilsin. 
Məsələn,  kasıb  insanın,  yemək  tapa  bilməyən  və  mövcud  
həyat  standartlarını  əldə  edə  bilməyən  bir  şəxsin  mənəvi-ruhi 
aləminin 
zənginliyindən 
söhbət 
gedə 
bilməz. 
Çünki 
mənəviyyat  maddi  aləmlə  fəlsəfi  assambleyanı  meydana 
gətirir.  
Bioloji  tarazlıq.  Belə  qəbul  edək  ki,  insan  zərrəciklər 
toplusundan  ibarət  olan  bir  mövcudluqdur.  Materiya  da 
zərrəciklər  toplusudur,  şüur  da.  Materiya  şüura,  şüur  da 
materiyaya  təsir  edir.  Qarşılıqlı  təminedici  proseslər  həyata 
keçirilir.    Şüur  sürəti  yüksək  olan  və  ən  təkmil  material 
zərrəcikdir.    İnsanın  hərəkəti    də  məhz  enerjini  təşkil  edən 
zərrəciklərin hərəkətindən yaranır. Qüvvə də buradan meydana 
gəlir.  İnsan  tərkib  etibarilə  ətraf  mühitin  zərrəciklərindən 
ibarətdir.  Tərkibini  təbiət  elementlərindən  götürüb.  İnsan  ətraf 
mühitin  zərrəciklərinin  yaratdığı  siqnalları  udmaq,  buraxmaq 
və  ona  qarşı  immunitetli  olmaq  funksiyasına  malikdir. 
İmmunitet daxili tarazlığı və orqanizmin xariclə olan tarazlığını 
təmin  etmək  funksiyasını  yerinə  yetirir.  Normadan  çox  siqnal 
qəbulu  narahatçılıq  yaradır  və  tarazlığı  pozur.  Bu  anda 
orqanizmin  tarazlığı  bərpa  edən  müdafiə  funksiyası  işə  düşür. 
Müdafiə  funksiyası  daima  mövcuddur  və  tarazlıq  pozulanda 
artır.  Müdafiə  funksiyası  mənbəyini  enerjidən  alır.  Müdafiə 
funksiyasının  əsas  enerji  mənbəyi  daxildə  olur,  həm  də 
xaricdən  qəbul  olunur.  Bu  baxımdan  da  hesab  etmək  olar  ki, 
insan  xəstələnəndə  itkilərə  məruz  qalır.  Bu  itki  müdafiə 
funksiyası tərəfindən daxili toplanmış enerji hesabına xərclənir. 
Onun  bərpa  etmək  üçün  kənardan  da  enerji  tələb  olunur.  Belə 
hesab etmək olar ki, orqanizmin bioloji baxımdan üç funksiyası 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə