İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə38/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   34   35   36   37   38   39   40   41   ...   57

115 
 
Çünki  orqanizmin  immun  sistemi  temperaturu,  enerji 
kəmiyyətini  məhz  yad  elementlərin  zərərsizləşməsinə  doğru 
yönəldir. Zəhərlənmə güclü olarsa beyin də pozula bilər. Çünki 
lazımi qidalanma və enerji qəbul olunmaz
 -orqanizm çox soyuq mühitə  və ya da istiyə düşdükdə-
orqanlar  lazımi  enerjini  almaya  bilərlər.  Belə  ki,  istidə  çox 
enerji  qəbul  edər,  soyuqda  isə  bir  qədər  passiv  enerji  qəbul 
olunar.  Bu  da  özlüyündə  daxili  temperatur  tarazlığını  pozar 
orqanizm  dəyişə  bilər.  Dağlarda  yaşamaq  bir  qədər  soyuqluğu 
qəbul  etdirə  bilər.  Burada  (yeməkdə,  suda  və  havada)  ağır 
birləşmələr  də  ola  bilər.  Buna  görə  də  düzənlikdə  yaşayıb 
sonradan  dağlara  köçən  insanlarda  problem  əmələ  gələ  bilər. 
Problemi yarada bilərlər-yad cisimlər, soyuq havadan meydana 
gələn  təzyiq.  Orqanlar  da  bərkiyə  bilərlər.  Bu  hal  daha  çox 
funksional  pozğunluğu  ortaya  çıxara  bilər.  Su  hövzələrində, 
dənizlərdə,  çaylarda  da  tez-tez  çimmək,  fərqli  hamam 
temperaturlarında,  otaq  temperaturlarında    tez-tez  olmaq  da 
orqanizmdə  fəsadlar  yarada  bilər.  Çox  yüksək  bədən  
temperaturunda  ölə  bilməyən  yad  elementləri  artıq  digər 
üsullarla,  parçalayıcı  dərmanlarla  öldürmək  olar.  Bu 
parçalayıcı dərmanlar yad cisimlərin tərkibini parçalamaq 
üçün  ya  həddən  artıq  soyuqluq,  ya  da  istilik  effekti 
verməlidir. 
Belə 
dərmanlar 
da 
aktivləşdirici 
və 
durğunlaşdırıcı olmalııdır. Yad cisimə normadan artıq soyuq 
və  normadan  artıq  isti  qalib  gələ  bilər.  Həmçinin  bu  cisimlər 
digər  parçalayıcı,  ondan  güclü  və  enerjili  olan    elementlərlə 
qarşılaşdırılmalıdır. 
-çox  yemək  yedikdə  və  ya  da  ac  qaldıqda-çox  yemək 
təbii  ki,  həzmə  güc  verir,  enerji  artır.  Enerji  çoxluğu 
temperaturun qalxmasına səbəb olur. Hər dəfə çox temperatur 
olanda  orqanizmdə  lazımi  elementlər  ölür.  Çox  yemək  nəticə 
etibarilə  zəifliyi  və  xəstəliyi  yaradır.  Çox  yemək  və  üzərindən 
də su içmək təbii ki, piylənməni meydana gətirir. Piylənmə də 
formanı dəyişir. Buna görə də xəstəlik hesab olunmalıdır. Çox 


116 
 
yağlı  yemək  həzmə  güc  verir,  temperaturu  qaldıra  bilir.  Həm 
də  yağlar  içərisində  həzm  olunmayan  elementləri  orqanizmə 
ötürə  bilər.  Parçalma  üçün  temperatur  lazım  olur.  Soyuq  və 
quru  yeməklər  də  mədə  şirəsinin  çox  ifrazına  səbəb  ola  bilər. 
Çünki  quru  yeməkləri  nəmələndirmək  və  parçalamaq  üçün 
çoxlu enerji lazım gəlir. Quru yeməklə mədə turşuluğunu artıra 
bilər. Çünki həzm üçün lazımi maddənin çoxalması tələb oluna 
bilər.  Çox  yemək  qan  təzyiqini  artıra  bilir  ki,  nəticəsi  də 
orqanların  fəaliyyətini  poz  bilər.  Orqanları  artıq  enerji  və 
kəmiyyət böyüdə bilər. Damarların ölçüsünü dəyişə bilər və s.  
Ac qalmaq da enerjisizliyə gətirib çıxara bilər. Enerjisizlik 
piy qatının əriməsinə səbəb ola bilər. Ac qalmaq təzyiqi qaldıra 
bilər.  Nəzərə  almaq  lazımdır  ki,  təzyiq  qanı  lazımi  orqanlara 
çatdıran  bir  axındır.  Qanın  normal  qidalanmaması  orqanların 
təminatını  aşağı  sala  bilər.  Bu  halda  beyin  qan  sürətini  artıra 
bilər  ki,  orqanlara    daxili  ehtiaytlar  hesabına  lazımi  maddələri 
aparsın. Çox yeməkdən sonra bir qədər ac qalmağın isə faydası 
ola bilər ki, tarazlıq bərpa oluna bilsin.   
-çox  və  ya  da  az  işlədikdə-çox  işləmək  orqanizmi  çox 
aktiv  vəziyyətində  saxlayır  və  bu  da  nəticədə  həddən  artıq 
mübadilə  prosesini  və  sürətli  qan  dövranını  yaradır.  Çox 
işləməkdə  enerji  sərf  olunur.  Ancaq  demək  olmaz  ki,  enerji 
qəbul olunmur. Aktiv fəaliyyət orqanizmə ətraf mühitdən enerji 
qəbulu  prosesini  də  təmin  edir.  İnsanlar  çox  işlədikdə,  əmək 
sərf  etdikdə  itki  ilə  qazanc  arasında  balans  yaranır.    Qida 
qəbulu zamanı enerji əldə olunur. Digər tərəfdən də işdən əldə 
olunan zövq nəticəsində enerji toplanır. Enerji daxili ehtiyatlar 
hesabına  da  əldə  olunur.  Ümumiyyətlə,  zehni  və  fiziki  iş 
zamanı yorulmaq doymaq kimi qəbul olunmalıdır. Az işlədikdə 
isə  yenə  də  sərfiyyatla  qəbul  arasında  balans  qalır.  Düzdür, 
çoxlu  qida  qəbulu  ola  bilər  ki,  enerjiyə,  kaloriya  çevrilməsin. 
Ancaq  yemək  az  yeyilərsə,  az  işləmək  sayəsində  orqanizmin 
kənar  mühitlə  balanslı  mühiti  hər  an  saxlanılır.  Çox  işləmək 
vərdişlərin  yaranmasını  təmin  edir.  Vərdişlər  də  sağlamlığa 


117 
 
xidmət  edə  bilir.  Davamlı  şəkildə  işləmək  və  rejimlə  həyatı 
qurmaq  sağlamlığın  əsasını  yaradır.  Sağlamlıq  isə  insan 
orqanizminin vaxtında tərbiyələnməsindən, yəni vaxtında zehni 
və  fiziki  iş  görməsindən  yaranır.  Bu  kimi  mübadilə  fəaliyyəti 
orqanların öz ölçüsündə qalmasına xidmət edir.  
-çox 
qaranlıqda  qaldıqda-qaranlıq  passiv  enerji 
mənbəyidir.  İnsan  bütün  sutka  ərzində  aktiv  enerji  sahəsində, 
yəni,  işıqda  qalarsa  onda  onun  orqanizmində  uyğunsuzluq  və 
problemlər  yarana  bilər.  Ətraf  mühitlə  enerji  mübadiləsi 
korlanar.  Duyğu  orqanlarının  fəaliyyəti  korlanar.  Çox 
qaranlıqda  qalmaq  olarsa,  enerji  alıb-ötürmə  orqanları 
passivləşər.  Duyğu  orqanlarının  fəaliyyəti  korlanar.  İnsan 
lazımi  aktiv    enerji  almazsa  daxili  aləmi  ilə  xarici  aləmi 
arasında  tarazlıq  pozular.  Belə  hesab  edək  ki,  ilk  növbədə 
görmə 
qabiliyyəti 
pozular. 
Orqanizmin 
ətraf  mühitə 
müqaviməti  artar  və  qızdırma  (hərarət)  yüksələ  bilər.  Qan 
dövranı  bu  baxımdan  da  arta  bilər.  Lazımi  kəmiyyətdə  enerji 
qəbul  etməyən  dəri  rəngini  dəyişə  bilər.  Orqanizmin  ümumi 
zəifləməsi yarana bilər. 
-çox  işıqlıqda  qaldıqda-orqanizmin  tarazlığı  pozular. 
Aktivlik  arta  bilər.  Bir  müddətdən  sonra  isə  passivlik  yarana 
bilər. Orqanizm ətraf mühitdən qəbul etdiyi enerji kəmiyyətinin 
artması  sayəsində  öz  uyğunsuzluğunu  itirə  bilər.  Duyğu 
orqanlarının aktivliyi artar. Göz problemləri ortaya çıxar. Dəri 
həssaslığı  yaranar.  Orqanizmin  bir  müddət  immuniteti 
güclənər,  sonra  isə  aşağı  enər.    Həzm  prosesləri  güclənər. 
Sonra  isə  iştahasızlıq  yarana  bilər.  Yuxu  problemləri  ortaya 
çıxa  bilər.  İnsanların  xarakterində  kəskin  dəyişiklik  yarana 
bilər, ruhi sarsıntılar meydana gələ bilər.  
-çoxlu  və  qəfil    informasiyalar  qəbul  etdikdə-insanın 
duyğu  orqanlarının  fiziologiyası,  bioloji  əsasları  lazımi  qədər 
informasiya  qəbul  etmək  imkanlarına  malikdir.  İnformasiyalar 
orqanizmin daxilini də tarazlayır. Lakin birdən, gözlənilmədən 
tarazlığa  zidd  olan  informasiyaların  həddən  çox  qəbulu 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə