109
Sinirlər haqqında
Təbiət özü məlumatlar şəbəkəsindən ibarətdir. Məlumat
zərrəciklərin forması və məzmunudur, forma və məzmun
inikasıdır. İnsan bütünlükdə məlumat strukturudur. Çünki
hərəkətdə olan bir bütövdür. İnsanların dil ilə ifadələri
hissiyyat orqanları tərəfindən qəbul edilən zərrəciklərin
beyində emalıdır və analizidir. Zərrəciklərin hansı məkanda
qərar tutması, hərəkət istiqamətlərinin mövcudluğu elə,
zərrəciklərin yüklülük əsasları özlüyündə elə məlumatları ifadə
edir. Məlumat obyektin subyektiv inikasıdır, obrazlanmasıdır.
Sinir informasiya hüceyrələrindən və tellərindən ibarət
olan bir kompleksdir. Sinirlər əsasən siqnalların ötürlüməsini
təmin edir. Sinir sərhəd funksiyasını da yerinə yetirir.
Orqanların normal fəaliyyətinə sinirlər cavab verir və sinirlər
onlar haqqında məlumat daşıyan tellər rolunu oynayır.
Sinirlər ona görə ağrıyır ki, gərilməyə məruz qalır, dartılır.
Lazımi maddələr çatışmayanda sinirlər öz məkanlarından
gərilirlər, yerlərini dəyişirlər. Sinirlər zədəyə (daxili və xarici)
düçar olanda məlumatlar da qırılır, ötürmə kəsilir.
Orqanizmin daxili orqanları və xarici orqanlarında hər hansı bir
funksional və orqanik dəyişiklik olanda sinirlər öz ölçülərini və
məkanlarını itirməyə başlayır. Çünki, orqanlar da öz
məkanlarından bir qədər yerlərini dəyişirlər. Ya gərilirlər,
dartılırlar, buna görə də böyüyürlər, şişirlər, ya da daralırlar.
Bu anda siqnal ötürülmələri funksiyaları da pozulur. Sinir
damarları da gərilir. Bu anda sinirlər orqanizmin immunitet
sistemi üçün lazımi bərpa siqnallarını göndərirlər. Sinirlər,
onların ağrısı təbii ki, beyinin sağaltmaq funksiyasını işə salır.
Sinir sistemi və beyin qana göstəriş verir və pozulmuş sinir
hissəsini bərpa etmək əmri verir. Sinirlər və qan sistemi, qanın
özü, qan dövranı özünü bərpa etmək funksiyasına malikdir.
Bərpa funksiyası həm daxili enerji ehtiyatına, həm də xarici
mühitdən gələn enerji hesabına baş verir.
Qanın azalması qanın çirkab hissəsinin xaric olması ilə də
baş verir. Hər hansı bir xəstəlik zamanı da qan azala bilər.
110
Çünki, mövcud olan qan çatışmayanı bərpa etmək funksiyasını
yerinə yetirdiyindən dövranda kütlə baxımından azalma ilə
rastlaşır. Azalmış qanı yerinə gətirmək üçün orqanların
fəaliyyəti gücləndirilmiş iş şəraitində işləyir.
Sinirlər lazımi minerallarla təmin edildikdə sakitləşir,
funksiyası tarazlaşır. Əsəblər sakitləşir. Qan təminatı normal
olduqda və ətraf mühitdən gələn siqnallar da normada olduqda
sinirlər rahatlanır.
Sinirlər bədənin struktur elementləri arasında informasiya
daşıyırlar. Belə demək olar ki, sinir xəttinin hər hansı bir yerinə
bir problem yaşanarsa, o telə bağlı olan digər bir yerdə
problem əmələ gələ bilər. Çünki siqnal telləri bir-birinə
informasiya ötürür. Strukturun bir yerində olan sinir problemi
strukturun digər yerində olan sinir ehtiyyatını səfərbər edə
bilər. Sinir hüceyrələri funksiyaları öz üzərlərinə götürə bilər.
Sinirlərdə yaranan problemin aradan qaldırılması üçün qan da
öz funksiyasını yerinə yetirir və lazımi minerallarla
vitaminlərlə təminatı həyata keçirir. Sinir orqanları, bədən
üzvlərini məlumatlarla təmin edən və onları qoruyan faktordur,
şəbəkədir. Sinir mərkəzi və ətraf əsaslı məlumat ötürücü teldir.
İnsana ağrı hissi məlumat telinin dağılmasından yaranır.
Hissiyyat məlumatlardan ibarətdir. Sinir ağrısı yerini dəyişən
məlumatdır. Burada dağılma və ya da birləşmə prosesi baş
verəndə insan ağrını hiss edir.
Sinirlər
ətraf
aləm
haqqında
bədən
üzvlərini
məlumatlandırır. Dəridən olan məlumatlar sinirlərlə də
orqanlara ötürülür.
Xəstəliklər haqqında
Orqanizm bir bütövdür. Bu bütövün tərkibində, daxilində
proseslər şərtləndirici əsaslarla həyata keçirilir. Maddələr
mübadiləsi prosesləri gedir və orqanlar lazımi vitaminlərlə,
minerallarla təmin olunur. Orqanizm maddələr mübadiləsi ilə
111
özünü tarazlayır. Orqanizmdə proseslər gedir və hər an
tarazlayıcı hadisələr baş verir. Bu proseslər sayəsində
orqanizmin bütöv inkişafı qorunur, təmin olunur. Tarazlayıcı
proseslərin biri digərini əvəzləyir. Xarici mühitə qarşı
tarazlayıcı proseslər həyata keçirilir.
Yaşa gəldikcə tarazlıq da yaşa uyğun yaranır. Hər yaşın,
hər anın öz tərkibi var. Hər anda insanın qan tərkibi, qan sürəti
fərqlidir. Hər anda insanın bədən temperaturu fərqlidir.
Fərqlilik bir-birini əvəzləyir, tarazlıq yaranır. Tarazlıq
sayəsində ölçülər və standartlar meydana gəlir. Bu standartlar
kəmiyyətlə müəyyən olunur. Tarazlığı yaradan ölçü amilidir.
Tarazlıq orqanların müəyyən miqdarla, ölçü ilə öz
funksiyalarını həyata keçirməsindədir.
Xarici mühitin təsirindən enerji passivləşməmək üçün
bədən öz ehtiyyat temperaturunu səfərbər edir. Aktivlik
yaranır.
Xəstəlik pozulmalarla, disbalanslı mühitlə müşahidə
edilən minimum və maksimum həddi, standartları keçmə
əlamətidir. Bu standartlar həkimlər, tibb tədqiqatçıları
tərəfindən müşahidələrlə, müxtəlif cihazlarla müəyyən olunur,
ölçülür. Ölçü, kəmiyyət dəyişəndə tərkib dəyişir. Prosesləri
yaradan maddələr dəyişir. Tərkib, ölçü kəskin dəyişəndə
xəstəlik yaranır. Pozulmalar qısa (kəskin) və uzunmüddətli
(xroniki) olur, eləcə də pozulma miqdarına, həcminə görə
funksional və orqanik (patoloji) olur. Xəstəliklər zamanı
hüceyrələrin qarşılıqlı nisbəti və miqdarı da dəyişir. Ölçü
dəyişəndə qan dövranında, qan damarlarında, qan yaradan və
qan təmizləyən orqanlarda, həzm orqanlarında, xarici
orqanlarda, duyğu orqanlarında da əlamətlər meydana gələ
bilir. Belə güman etmək olar ki, hər bir orqanın öz yerli, eləcə
də özünəxas immun sistemi var. Bu immun sistemi digər
orqanlardan meydana gələn zərərverici ünsürləri yaxına
buraxmır. Yerli immun sistemi zərərverici ünsürlərin qarşısını
alır. Hər bir orqanın immun sistemi həmin orqanı qorumaq
Dostları ilə paylaş: |