101
İnsanlar arasında fərq odur ki, kimin üçün bir obyekt daha
çox düşünülür və az aşkar olunur. Başqaları üçün isə əksinə
olaraq obyekt nisbətən tez aşkar olunur. Bu anda artıq beyinin
bioloji tutumu əsas rol oynayır. Eləcə də düşüncə kəmiyyətinin
rolu da böyük olur. Çox düşünmüş insanın aşkarlaması tez
olur. Çünki hüceyrələr daha aktiv olur. Ardıcıl düşüncə beyin
hüceyrələrini aktivləşdirir. Ardıcıl düşüncə beyin üçün daxili
orqanların təminatını artırır. Çox düşünmək sayəsində daxili
orqanların fəaliyyəti aktivləşir və onlar beyini siqnal ilə təmin
etmək üçün aktivləşirlər. Ardıcıl düşünmək qan təzyiqini
sürətləndirə bilər ki, dövriyyə orqanizmi təmin edə bilsin.
Ardıcıl düşüncə orqanizmdə vitamin qıtlığını yarada bilər. Bu
baxımdan da dərinə düşünmə kalorili, vitaminli yeməkləri tələb
edir.
Ardıcıl düşüncə insanın kimliyini də müəyyən edə bilər.
İnsan düşündükcə onun daxilində olan hüceyrələr
aktivləşir və bu aktivləşmə sayəsində onlar məlumat
“ixrac” edirlər. Bu baxımdan da beyinə informasiya
verirlər. Məlumat hüceyrələrin hərəkətindən meydana
gəlir. Hüceyrələr aktivləşir, sürətlənir və sürtünmə
sayəsində aydınlıq yaranır. Güman edək ki, beyində kiçik
hissələrə parçalanır. Bu parçalanma məhz aydınlığın
əsasını
ortaya
qoyur.
Məlumat
zərrəciklərin
sürtünməsindən meydana gələn aşkarlıqdır. Sürtünmə çox
olarsa məlumat da çox olar.
Bir insan iti düşünür, şərti deyək ki, müəyyən bir
piramidanın başını tez görür və əvvəlcədən onu deyir. Digər
insan isə bu pik zirvəni görmək üçün çox düşünməli olur. Bu
anda düşüncələr fərqi yaranır. Aktiv düşüncəli insan uzağı və
hər kəsin görmədiklərini daha tez görür. Düşüncələr
zamana
və kəmiyyətə, məkana görə fərqlənir. Düşüncələrin
sürəti çox
olduqda, hədəfi daha tez aşkar edir. Aktiv düşünən insanlar,
düşüncə “sahibləri” digərlərinə nisbətən daha iti görürlər,
duyurlar. Buradan da nəticələrin tez çıxarılması baş verir.