107
passivləşdirici qan hüceyrəsi toplusudur. Çirklənmiş qanda da
leykositlərlə yanaşı, trombositlər çox ola bilər. Trombositlər
həm də mikrobların qarşısını alan passiv hüceyrələrdir. Onların
fəaliyyətini leykositlərdən tam ayrı düşünmək olmaz. Qanda
tarazlayıcı effekti yaratmaq üçün aktiv və passiv hüceyrələr
mövcud olur. Mikrob çox olarsa, qan laxtalanması da çox olar.
Qanın bir yerə toplaşması da çox olar, şişkinlik əmələ gələ
bilər. Leykositlər də artar. Qan laxtalanmasının çoxluğu ürəyin
və qan damarlarının fəaliyyətinə öz mənfi təsirlərini göstərə
bilər. Tromblar qanı təmizləyən, mikrobları tutub saxlayan,
qanın sürətini azaldan, onları bir mərkəzdə cəmləşdirən
hüceyrələrdən
yaranır. Trombositlərlə leykositlər daha
müştərək hərəkət edirlər.
Qanın müsbət cəhətləri
-orqanları lazımi
qida ilə, enerji
və minerallarla təmin edir;
-qan mikrobları tutub saxlayır və məhv edir. Yemək
yeyəndə qanın aktivliyi artır. Həzm sürətlənir. Enerji artır. Qan
qida gözləyir və sürətlə onu bədənin digər üzvlərinə aparır.
Həzm zamanı qan sanki “gözləyici” rolunu oynayır. Həm
qidadan olan nəticələri əldə edir, həm də sorulmuş mikrobları
sürətlə məhv edir. Həzm zamanı bədən qızır. Hərəkət zamanı
bədən qızır. Sürətlənmiş qan dəridə sürətini azaldır. Tər olaraq
bayıra çıxır. Tər aktiv qanı passivə çevirir. Onda belə nəticəyə
gələ bilərik ki, tər özü ifrazat sistemidir və tərkib suyunda
qandakı tərkib var. Qan öz artığını həm də tərlə çıxarır. Çox
yeməkdən əldə olunan qan artığı tərləmə ilə də bayıra çıxır.
Çox tərləmək ziyandır. Qanı aşağı sala bilər, passivliyə çevirə
bilər. Hətta çox güman edək ki, qan azlığına da səbəb ola bilər.
Tərləmə zamanı bədən temperaturu aşağı düşür. Üşütmə olur.
Bu o deməkdir ki, orqanizmdə temperaturu yaradan qan tərlə
yavaşımış və tərkibini azaltmış olur. Çox yemək hətta
böyrəklərə də ziyandır. Üşütmə böyrəklərin də işini korlaya
108
bilər. Üşütmə həm də xeyirdir-ona görə ki, qanın aktivliyi aşağı
düşür, damarların dağılmasına, əzələlərin parçalanmasına
gətirib çıxara bilmir;
-stresslər anında qan sürətlənir ki, beyini qida ilə təmin
etsin. Stresslər əvvəlcə bədən temperaturunu artırır. Qan
təzyiqini yüksəldir. Sonra isə temperaturu aşağı salır. Tərləmə
yaxşıdır ki, stressdən aktivləşən qanın temperaturunu aşağı
salır. Stress bədəni qızıdırır,
sonra isə üşüdür;
-isti yeməklər zamanı bədənin həzm sisteminə bir o qədər
güc düşmür. Qan xaricdən daxil olan istidən aktivləşir, bədən
qızır. Artıq minerallar, üzvü maddələr qanla tərdən xaric
olunur. Bədən yumşalır;
-qandakı trombositlər qanın tərkibinin sürətinin azalmasını
təmin edirlər. Trombositlər az olarsa qanı mikroblar və zülallar
götürər və qan itkisi yaranar. Trombositlərlə leykositlər birgə
immun sistemini yaradır. Eritrositlər təminedici funksiya
daşıyırlar. Trombositlər (sürəti azaldır, yad cisimləri, zülalları
bir yerə yığır) və leykositlər (yığım yerinə toplaşırlar və onları
məhv edirlər) isə qoruyurlar. Buna görə də mikroblu qanda
damar şişkinliyi, qan sürətinin azlığı, aşağı
təzyiq ola bilər;
-orqanlar qandan təşkil olunduğundan ətraf mühitlə
əlaqədə də qanın rolu böyük olur. Ətrafdan gələn siqnallar da
qanı təmin edir. Dəridən daxil olan elementlər də qana təsir
edir. Qan həm daxili orqanları elementlərlə təmin edir, həm də
ətraf mühitdən siqnalların bədənə yayılmasını təşkil edir;
-qan təmizləyici maddədir. Orqanlarda olan problemlərin
çirkabların
təmizlənməsini təmin edir;
-qan öz tərkibini dəri
vasitəsilə ilə də təmizləyir;
-qan təmizlənərkən bədəndə artıq su, sərbəst, şəffaf maye
yarana bilər;
-qan azalanda bədən temperaturu
kəskin dəyişə bilər;
-qan azalanda orqanların ölçüsündə kiçilmə baş
verə bilər;
-qan azlanda duyğu orqanlarının funksiyasında dəyişiklik
yarana bilər və s.