121
İnsan öz daxilindən siqnal alır, eyni zamanda xaricdən
təsnifat oluna biləcək siqnallar qəbul edir. Gözəgörünməz
siqnallar insanın qulağında və göz önündə canlana bilər. Bu
baxımdan da insan müəyyən qeyri-adi şeylərin şahidi ola bilər.
Beyin “yatarkən”, insan yuxuda olanda həmin qeyri-müəyyən
siqnal da obrazlana bilər.
Beyini çox işlətmək də düzgün deyil. Belə ki, bu halda
beyin enerji tələb edəcək. Bu enerji daxili orqanlardan qəbul
ediləcək. Daxili orqanlar da öz enerjilərini azaldacaqlar və
insan nəticə etibarilə xəstələnə biləcəkdir. Beyinin işləməsi
daha çox həzm və ifrazat orqanlarına güc verə bilər. Belə ki,
lazımi enerjini bu orqanlar təmin edirlər. Qan dövranında
aktivlik yarana bilər ki, beyin hüceyrələrini lazımi enerji ilə
təmin edə bilsin. Beyinin çox işləməsi həzm və ifrazat
orqanlarının disfunksiyasına da səbəb ola bilər. Beyinin çox
işləməsi qan dövranının sürətlənməsinə gətirib çıxara bilər.
Güman və məntiqlə izah edək:
Gen nədir və insanların bioloji siqnal ötürmələri
Bioloji siqnal özündə ruhi xarakteri də daşıyır. Ona görə də
sağlam (taraz) fiziki və ruhi quruluş gendən (atanın və ananın
genindən, ulu nəslin genindən) çox asılıdır.
Belə qəbul edək ki,
gen kiçik zərrəciklərin (hüceyrələrin)
birləşmiş və axın edən, hərəkətdə olan formasıdır. Gen
informasiya daşıyan ən kiçik zərrəciklərin birləşməsidir. Bu
informasoya kodlarında insanların həm fiziki quruluşları, həm
də mənəvi aləmləri vəhdətləşir. Gen enerji yaradan və enerji
ilə aktivləşən hüceyrələrdən ibarətdir. Gen ananın və atanın
daxilində enerji ilə formalaşır. Bu baxımdan da uşaq
böyüdükcə öz genindən olanı götürür, gen yaddaşı da böyüyür.
Gen yaddaşına uşağın həyatdakı xarakteri də təsir etməyə
başlayır. İnsan öz genini əməli, vərdişi və fəaliyyəti ilə
təkmilləşdirir. Sonradan yeni gen formalaşdırır. Burada əvvəlki
123
ehtimalla bu fikri mən bildirirəm. Mütləqlik çox azdır)
dünyaya gətirə bilərlər. Gen enerji daşıyan hüceyrələrdir.
Bu məntiqlə hüceyrələrdə hərəkətlər olur.
İnsan öz genindən və ətraf aləmindən böyüyür, qazanır
Güman və məntiqi düşüncə əsasında belə hesab edək ki,
insan
siqnallardan
(zərrəciklərdən)
ibarətdir.
İnsanlar
zərrəcikləri alırlar və ötürürlər. Buna da enerji və qüvvə
alınması və ötürülməsi deyək. Gen insanın nüvəsində qalır.
Baza zərrəciklər gendə formalaşır. Ətraf aləmdən qəbul etdiyi
siqnal ilə insan öz genini zəngin edir, ona təsir edərək qismən
dəyişikliyə məruz qoya bilir. Nəzərə almaq lazımdır ki, insan
çox enerji alarsa öz genini möhkəmlədəcək. Hətta geninə çox
oxşamayacaq. Əks halda, genindən itirəcək. Yəni, genində
olan
mənfiliklər,
çatışmazlıqlar (hüceyrə üçün enerji
çatışmazlığı) büruzə verəcəkdir.
Bu baxımdan belə nəticəyə
gələ bilərik ki, enerji itəndə (məsələn, qocalanda) insan
daha çox öz əcdadına oxşayır, zəifləyir. Ətraf mühitdən
aldığı enerjini geri verir, yerdə qalan isə öz gen bazası olur. Bu
zəifləmədən ya müsbət genetik, ya da mənfi genetik siqnallar
ortaya çıxır. Xəstəliklər də (zəif genlərin enerjiləri azalanda
zəiflik yaranır) yaşlandıqca büruzə verir. Xəstəliklər ona görə
genetik yaddaşı oyadır ki, daha doğrusu, genetik yaddaşın
oyanması ona görə baş verir ki, enerji azalır. Enerji azalanda
hüceyrələrin ölməsi də baş verə bilir.
(İnsan çox
arıqlamamalıdır. Çox işləməməlidir. Bu anda ehtimal ki,
mənfi hallar müsbət hallara nisbətən daha çox üzə çıxa bilər.
Əsəb çox enerji aparır. Əsəbdən genetik xəstəliklər büruzə
verə bilər. Genetik xəstəlik genetik hüceyrə çatışmazlığıdır,
yəni zəiflikdir. Hüceyrə azalır. Azalanda da digər hüceyrələrə
güc düşür. Onlar arasında balans yarana bilmir. Qeyri-nizam