İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə40/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   36   37   38   39   40   41   42   43   ...   57

121 
 
İnsan  öz  daxilindən  siqnal  alır,  eyni  zamanda  xaricdən 
təsnifat  oluna  biləcək  siqnallar  qəbul  edir.  Gözəgörünməz 
siqnallar  insanın  qulağında  və  göz  önündə  canlana  bilər.  Bu 
baxımdan da insan müəyyən qeyri-adi şeylərin şahidi ola bilər. 
Beyin  “yatarkən”,  insan  yuxuda  olanda  həmin  qeyri-müəyyən 
siqnal da obrazlana bilər. 
Beyini  çox  işlətmək  də  düzgün  deyil.  Belə  ki,  bu  halda 
beyin  enerji  tələb  edəcək.  Bu  enerji  daxili  orqanlardan  qəbul 
ediləcək.  Daxili  orqanlar  da  öz  enerjilərini  azaldacaqlar    və 
insan  nəticə  etibarilə  xəstələnə  biləcəkdir.  Beyinin  işləməsi 
daha  çox  həzm  və  ifrazat  orqanlarına  güc  verə  bilər.  Belə  ki, 
lazımi  enerjini  bu  orqanlar  təmin  edirlər.  Qan  dövranında 
aktivlik  yarana  bilər  ki,  beyin  hüceyrələrini  lazımi  enerji  ilə 
təmin  edə  bilsin.  Beyinin  çox  işləməsi  həzm  və  ifrazat 
orqanlarının disfunksiyasına da səbəb ola bilər.      Beyinin çox 
işləməsi qan dövranının sürətlənməsinə gətirib çıxara bilər.  
 
Güman  və məntiqlə izah edək:   
Gen  nədir və insanların bioloji siqnal ötürmələri   
 
Bioloji siqnal özündə ruhi xarakteri də daşıyır. Ona görə də 
sağlam (taraz) fiziki və ruhi quruluş gendən (atanın və ananın 
genindən, ulu nəslin genindən)  çox asılıdır.   
Belə  qəbul  edək  ki,  gen  kiçik  zərrəciklərin  (hüceyrələrin) 
birləşmiş  və  axın  edən,  hərəkətdə  olan  formasıdır.  Gen 
informasiya  daşıyan  ən  kiçik  zərrəciklərin  birləşməsidir.  Bu 
informasoya kodlarında  insanların həm  fiziki quruluşları,  həm 
də  mənəvi  aləmləri  vəhdətləşir.    Gen  enerji  yaradan  və  enerji 
ilə  aktivləşən  hüceyrələrdən  ibarətdir.  Gen  ananın  və  atanın 
daxilində  enerji  ilə  formalaşır.  Bu  baxımdan  da  uşaq 
böyüdükcə öz genindən olanı götürür, gen yaddaşı da böyüyür. 
Gen  yaddaşına  uşağın  həyatdakı  xarakteri  də  təsir  etməyə 
başlayır.  İnsan  öz  genini  əməli,  vərdişi  və  fəaliyyəti  ilə 
təkmilləşdirir. Sonradan yeni gen formalaşdırır. Burada əvvəlki 


122 
 
gendəki  xüsusiyyətlər  qalır.  Lakin  müəyyən  qədər  dəyişikliyə 
uğraya bilir. Bu aspektdə insan həm də öz ata-analarından çox 
zəmanələrinə  oxşaya  bilirlər.  Uşaq  ata  və  ana  yanında  olanda 
hər ikisindən yeni vərdişlər, informasiyalar qəbul edir. Uşaqlar 
ona  görə  də  valideynlərinə  həm  genetik  baxımdan,  həm  də 
sonra  qazanılmış  informasiya  hesabına  oxşayırlar.  Uşaqlar 
zəmanələrinə 
də 
oxşayırlar; 
çünki 
ətraf 
mühitdən 
informasiyalar qəbul edirlər. İnsanların genləri təzələnir. Çünki 
onlar yaşadıqca həm də ətraf mühitdən siqnallar qəbul edirlər. 
Ətraf  mühit  siqnlları  genin  xarakterini  bir  qədər  dəyişə  bilir. 
Buna  görə  də  öz  geninin  bir  qədər  dəyişik  görmək  istəyənlər 
daha çox digər mühitdə yaşamağı üstün tutmalıdırlar. Bu anda 
gen üzərində ətraf mühitin təsirləri də böyük olacaqdır.  
Gen  formalaşır-ulu  nəsildən  (ata  və  ana  tərəfindən), 
ətraf  mühitin  siqnallarından. Burada  ətraf mühitə makro və 
mikro  siqnallar  aid  olunmalıdır.  Təbiətdən  və  kainatdan  gələn 
siqnallar  elə  ətraf  mühit  siqnallarıdır.  Burada  insanın  tam  da 
dərk  edə  bilmədiyi  siqnallar  da  insana  daxil  ola  bilər.  Həmin 
siqnallar  da  genin  tərkibini  təşkil  edə  bilər.  Ətraf  mühitin 
siqnalları  gözlə  görünən  (gözün  özünün  obrazlandığı,  ətraf 
aləmdən  götürdüyü),  hiss  olunan  və  gözlə  görünməyərək  hiss 
olunmayanlardan (lakin  gözdən daxil olan) , dadmaq mümkün 
olmayanlardan  ibarətdir. Bu prinsip etibarilə hesab edə bilərik 
ki,  insan  özündən  asılı  olmayaraq,  ona  özünə  məlum  olmayan 
siqnal daxil ola  bilər. Bu  siqnal  genə  oturub  həm  insaların 
özündə  əks  oluna    bilər,  həm  də  evladlarda  büruzə  verər. 
İnsan  ulu  əcdadına,  ata  və  anasına  oxşamaqla  yanaşı,  öz 
içərisində  başqa  bir  varlığı  da  gəzdirə  bilər.    Bu  varlığı 
yaradan  zərrəciklər  ola bilər və insanın geninə təsir etmək 
imkanına malik ola bilər. Duyğu orqanlarının  siqnalları ilə 
birləşərək  qarışıq  bir  formada  obrazlana  bilər.    Bu 
baxımdan da ehtimal etmək olar  ki, analar özlərindən asılı 
olmayaraq,  ətraf  mühitdən  qəbul  etdikləri  zərrəciklərdən, 
hüceyrələrdən  uşaq  və  ya  da  başqa  bir  varlıq  (çox  böyük 


123 
 
ehtimalla  bu  fikri  mən  bildirirəm.  Mütləqlik  çox  azdır)  
dünyaya gətirə bilərlər.  Gen enerji daşıyan hüceyrələrdir. 
Bu məntiqlə hüceyrələrdə hərəkətlər olur. 
 
 
İnsan öz genindən və ətraf aləmindən böyüyür, qazanır  
 
Güman  və  məntiqi  düşüncə  əsasında  belə  hesab  edək  ki, 
insan 
siqnallardan 
(zərrəciklərdən) 
ibarətdir. 
İnsanlar 
zərrəcikləri  alırlar  və  ötürürlər.  Buna  da  enerji  və  qüvvə 
alınması  və  ötürülməsi  deyək.  Gen  insanın  nüvəsində  qalır. 
Baza  zərrəciklər  gendə  formalaşır.  Ətraf  aləmdən  qəbul  etdiyi 
siqnal ilə  insan öz genini zəngin  edir, ona təsir edərək qismən 
dəyişikliyə  məruz qoya  bilir. Nəzərə  almaq lazımdır ki,   insan 
çox enerji alarsa öz genini  möhkəmlədəcək. Hətta geninə çox 
oxşamayacaq.   Əks halda,  genindən   itirəcək.  Yəni,  genində 
olan 
mənfiliklər, 
çatışmazlıqlar  (hüceyrə  üçün  enerji 
çatışmazlığı) büruzə verəcəkdir.  Bu  baxımdan  belə  nəticəyə 
gələ  bilərik  ki,  enerji  itəndə  (məsələn,  qocalanda)    insan 
daha  çox  öz  əcdadına  oxşayır,  zəifləyir.    Ətraf  mühitdən 
aldığı enerjini geri verir, yerdə qalan isə öz gen bazası olur. Bu 
zəifləmədən  ya  müsbət  genetik,  ya  da  mənfi  genetik  siqnallar 
ortaya  çıxır.  Xəstəliklər  də  (zəif  genlərin  enerjiləri  azalanda 
zəiflik  yaranır)   yaşlandıqca büruzə verir. Xəstəliklər ona görə 
genetik  yaddaşı  oyadır  ki,  daha  doğrusu,  genetik  yaddaşın 
oyanması  ona  görə  baş  verir  ki,  enerji  azalır.  Enerji  azalanda 
hüceyrələrin  ölməsi  də  baş  verə  bilir.  (İnsan  çox 
arıqlamamalıdır.  Çox  işləməməlidir.    Bu  anda  ehtimal  ki, 
mənfi hallar müsbət hallara nisbətən daha çox üzə çıxa bilər. 
Əsəb  çox  enerji  aparır.  Əsəbdən  genetik  xəstəliklər  büruzə 
verə  bilər.  Genetik  xəstəlik  genetik  hüceyrə  çatışmazlığıdır, 
yəni zəiflikdir. Hüceyrə azalır. Azalanda da digər hüceyrələrə 
güc düşür. Onlar arasında balans yarana bilmir. Qeyri-nizam 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə