İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə39/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   35   36   37   38   39   40   41   42   ...   57

118 
 
tarazlığın pozulmasına gətirib çıxara bilər. Duyğu orqanlarının 
və  beyin  mərkəzinin  kanalları,  sinirlər  korlana  bilər.  Ölçülər 
dəyişə  bilər.  Böyük  zərrəcik  axını  duyğu  orqanlarının  qəbul 
kanallarını  genişləndirə  bilər.  Damarlar  genişlənə  bilər.  Qan 
dövranı  pozula  bilər.  Daxili  orqanların  fəaliyyətində 
problemlər yarana bilər. Qan təzyiqi problemləri yarana bilər.  
-informasiyasızlıq  şəraitində-  insanlar  informasiya  qəbul 
edə-edə böyüyürlər, inkişaf edir və  yaşlanırlar. İnformasiyanın 
olmaması  fiziki  və  ruhi  çatışmazlığa  gətirib  çıxara  bilər. 
İnformasiya enerji deməkdir. Enerji almayan insan sağlam ola 
bilməz.  İnformasiya  əhval-ruhiyyənin  düzəlməsinə  kömək 
edər.  Hətta  xəstəni  belə  informasiya  terapiyası  ilə  sağaltmaq 
olar.  İnformasiya  təbii  ki,  uyğun,  qəbul  edilən  və  xoşagəlimli 
olmalıdır  ki,  ruhu  tarazlaşdıra  bilsin.  İnformasiya  fərdlər 
arasaında  mənəvi-ruhi  kompozisiyanı  meydana  gətirir. 
İnformasiya az olduqda insan həyatı passivləşir. Birdən də çox 
informasiya  qəbul  etdikdə  tarazlıq  pozulur.  Hətta  xoş 
informasiyalar da müəyyən miqdarda  olmalıdır.     Həcm  çox 
dəyişməməlidir. 
 
Xəstəlik nədir: 
 
-xəstəlik  orqanların  vərdiş  olunmuş  sistemdə  ölçülərini 
dəyişməsidir
-xəstəlik  orqanlar,  bədən  üzvləri  arasında  vərdiş  olunmuş 
vəziyyətlərin dəyişməsidir; 
-xəstəlik  orqanın  tərkibini  və  həcmini  dəyişməsi  ilə  öz 
əvvəlki məkanından yerdəyişməsidir; 
-xəstəlik  orqanın  fəaliyyətinin  pozulmasıdır,  ölçülərin 
dəyişməsidir; 
-xəstəlik  orqanların  fəaliyyətinin  dəyişməsi  və  reaksiya 
mühitinin dəyişməsidir; 
-xəstəlik  orqanların  informasiya  alıb-ötürmə  tarazlığının, 
mütənasibliyinin pozulmasıdır; 


119 
 
-xəstəlik xarici aləmdən daxil olan və orqanizm tərəfindən 
həzm  oluna  bilməyən  və  bunun  da  nəticəsində  orqanizmdə 
problemlərin yaranması ilə xassələnən bir hadisədir və s.     
 
Beyin haqqında 
 
Bütün  məlumatlar    beyin  hüceyrələrində  toplanır.  Belə 
təxmin  etmək  olar  ki,  beyin  hüceyrələrində  insan  geninin  əsas 
məlumat  bazası  yerləşir.  Beyin  bu  baxımdan  insanın  gen 
məlumat  mərkəzi  hesab  olunmalıdır.      İnsanın  bədən 
strukturunun  fiziki  və  mənəvi  əsasları  beyində  modelləşir. 
Beyin  məlumatlar  bazasından,  məlumatlar  dövriyyəsindən 
ibarətdir.  Beyin bədənin fiziki və ruhi quruluşuna cavabdehdir.  
Ona  görə  də  beyin  insanın  yığcam  formasını  daxilində 
cəmləşdirir. 
Anadan  yeni  doğulan  uşaq  üçün  əsas 
informasiyanı    beyin    ötürür,-  desək,  yanılmarıq.  Orqanizm 
haqqında  bütün  keçmiş  və  indiki  informasiyalar  beyində 
toplanır.      Beyin  insanın  ümumiləşdirilmiş  formasıdır.  İnsan 
düşündükcə  beyin  hüceyrələrini  aktiv  edir.  Bir  məkanda 
aktivləşən 
hüceyrə 
digər 
məkanları 
da  aktivləşdirir. 
Aktivləşmənin  də  zamanı  mövcud  olur.  Belə  ki,    beyin 
hüceyrələri  enerjinin  azalması  ilə  əlaqədar  olaraq  öz 
aktivliklərini itirirlər, sanki istirahət edirlər.  
Aktivlik  zamanı  fazalar  fazaları  hərəkətə  gətirir.  Bu 
proseslər sayəsində sistemin ardıcıllığı aşkarlanır. Beyin özünü 
özünə aşkar edir. Ardıcıl düşüncə də buradan üzə çıxır. Ardıcıl 
qaydada  əvvəlki  hüceyrələr  aktivləşir,  aktivləşdirir,  sonra  da 
özləri  deaktiv  vəziyyətə  keçirlər.  Sanki  “domino”  effekti  ilə 
oyanma prosesləri gedir.  Beyin hüceyrələrinin toplandığı əsas 
informasiya  mərkəzi  yaddaş  hesab  olunmalıdır.  İnsan  özünü 
ardıcıl  düşündükcə  aşkar  edə  bilir.  Beyin  hüceyrələrinin 
oyanması  elə  məlumatları  aşkarladır.  İnsan  çox  düşündükcə 
içində  nə  varsa,  hamısını    açıb  tökə  bilir.  Düşüncələrin 
ardıcıllığı insanları daha çox genetik kimliklərinə aparıb çıxara 


120 
 
bilir. Çox danışan insan öz gen kimliyini aşkarlaya bilir, çünki 
danışanda  xarakter  açılır.    Sağlam  hüceyrələr  elə  sağlam 
düşüncələr  ardıcıllığını  yaradır.  Sağlam  o  hüceyrələr  hesab 
oluna bilərlər ki, onlar ardıcıl qaydada sistemli olaraq fəaliyyət 
göstərirlər və başqa hüceyrələrin fəaliyyətinə xələl gətirmirlər. 
İnsan  ardıcıl  qaydada  çox  düşündükcə  özünü  əcdadına  aparıb 
çıxara bilər. Əcdadını (ata və ana tərəfdən) müəyyən edə bilər. 
Belə  hesab  edək  ki,  beyinin  yaddaşı  daxili  yaddaşdan  və 
xarici  məlumatların  toplandığı  xarici  yaddaşdan  ibarətdir. 
Daxili  yaddaş  daha  çox  genetik  informasiyanı  daşıyır.  Xarici 
yaddaş  isə  ömür  fəaliyyətini  cəmləşdirir.  Bu  iki  yaddaş 
arasında mübarizə gedir. Həm də iki yaddaşın hüceyrələri bir-
birilərinə  informasiya  ötürür.  Bu  baxımdan  da  insan  həyatı 
boyu  özünün  genetik  əsaslarını  qoruyub  saxlaya  bilir.  Burada 
forma və xarakter öz genetik əsaslarını üzərə çıxara bilir.  Ola 
bilər  ki,  xarici  informasiya  yaddaşı  gen  yaddaşının  bir  çox 
xüsusiyyətlərini  ört-basdır  etsin.  Bu  anda  genetik  problemlər 
həyat  boyu  üzə  çıxmaya  bilər.  Xarici  mühitdən  alınan  bol  
enerji  onun  yatmış  vəziyyətini  təmin  edə  bilər.  Bu  aspektdə 
hesab etmək olar ki,  gen xəstəlikləri (enerji  çatışmazlığı)  ətraf 
mühitin enerjisi ilə təmin oluna bilər. Bu təminat insanı sağlam 
vəziyyətdə  saxlaya  bilər.    Belə  təxmin  etmək  olar  ki,  gen 
hüceyrələrinin  xəstəliyi  (bu  hüceyrələrin  xəstəliyi  meydana 
gətirməsi)  o halda olur ki, müqayisədə bu hüceyrələrin ölçüsü 
kiçik  olur.  Kiçik  olduğuna  görə  də  hərəkət  sferaları  da  fərqli 
olur. Kiçik ölçülü hüceyrələr (bu hüceyrələr böyük də ola bilər) 
özlərini  normala  aparmaya  bilərlər.  Kiçik  ölçülü  hüceyrələr 
zəif  hüceyrələr  də  ola  bilərlər.  Onların  hərəkətləri  də  zəif  ola 
bilər. Bu baxımdan da lazımi tələblərə cavab verməyə bilərlər.  
Enerjisi az olan hüceyrələr zəif hüceyrələrdir.  
Belə  nəticələrə  gəlmək  olar  ki,  ətraf  mühit  insanı  genetik 
baxımdan həm korlaya bilər, həm də insana yaxşı şeyləri verə 
bilər. 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə