İnsan və təbiət silsiləsindən


fəaliyyət  və  sistem  gen  sisteminin  təkmil  formasına  zərbələr



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə41/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   37   38   39   40   41   42   43   44   ...   57

124 
 
fəaliyyət  və  sistem  gen  sisteminin  təkmil  formasına  zərbələr 
vurur).  
Bəs,  gen  nədən  formalaşır.  Gen  yaddaşa  malik  olan 
hüceyrələr  toplusudur,  zərrəciklərdən  ibarətdir.    Hüceyrələr 
fiziki  və  ruhi  kompozisiyadır.  Ən  kiçik  orqanizmdir.  Deməli, 
beyin  əsas  gen  mərkəzidir.  Əvvəlcə  qeyd  edək  ki,  insanlar 
(atalar və analar) ailə nikahı qurana qədər informasiya  yığırlar. 
Bu informasiya onların da ata-analarından gəlir və əlavə olaraq 
ətraf  mühitdən    əldə  edirlər.  Genetik  siqnalı  xromosomlar 
daşıyırlar. Bu xromosomlar (kişi xromsomlar-hüceyrələr)  ana 
bətnində  müəyyən  enerji  altında  yetişməyə  başlayırlar. 
Temperatur enerji verir və gendən də orqanizm yaranır. Ana öz 
bədənindən balaya pay verir.  Ananın hüceyrələri ilə sintez baş 
verir  və  nəticədə  yeni  insan  yaranmağa  başlayır.  Yeni  insanı 
ana  bətninin  temperaturu  və  ana  bətnindəki  sintezlər    yaradır. 
Hər  dəfə  enerji  alan  hüceyrələr  böyüməyə  və  inkişaf  etməyə 
başlayır.  Döl  yaranır.  Ana  ətrafdan  enerji  qəbul  edir  və  ona 
düşən  hüceyrələr  (kişi  xromosomları)  üçün  enerji  verir.    Yeni 
dünyaya  gələn uşaq özü  ilə  ata və  ananın  informasiyasını  (hər 
ikisinin  modelini  və  ulu  nəslin  əlamətlərini)    gətirir.  Ana 
bətnində ananın  xarakteri  də uşağa təsir edir.  Bu  baxımdan da 
hamilə  ana  özünü  yaxşı  aparmaldır,  sağlamlığına  fikir 
verməlidir. Ətraf mühiti çox zəngin və enerjili olmalıdır ki, özü 
yığıb  bətndəki  uşağa  ötürsün.    Hamilənin  ətraf  mühiti  də 
ananın  qəbul  etdiyi  siqnala  təsirlər  edir.  Hamilə  analar  daima 
yeni 
xoş 
nizamlı 
məkanlarda, 
mülayim 
ətraflarda 
yaşamalıdırlar.      Anaya  daxil  olan  siqnallar  artıq  bətndəki 
uşağın gen yaddaşına əlavə olunur.  
Yeni uşaqda xarakter bazası artıq bu şəkildə  mövcud olur-
ananın  hüceyrəni  qəbul  etdiyi    zaman  atanın  genetik 
informasiyası+atanın hüceyrəni verdiyi ana qədər xasiyyəti
kimiliyi  (ata  hüceyrəni  verdikdən  qabaq  hansı  əməl  sahibi 
olursa, çox güman ki, uşaq da onun kimi olacaq. Eyni zamanda 
atanın  genetik  hüceyrəsi  atanı  necə  aparacaqsa,  uşaqda  da 


125 
 
böyük  ehtimalla  o  olacaqdır.  Hallar,  əlamətlər    müşahidə 
ediləcəkdir.    Atanın  sonradan,  anaya  ötürdüyündən  sonra, 
ətraf  mühitdən  qazandığı  artıq  uşağın  deyil.  Burada  ata  və 
uşaq xarakteri ayrılır. Ona görə də ata savadsız, evlad savadlı 
və dərrrakəli ola bilir. Fərqli xasiyyətlərə də malik ola bilirlər.   
Evlad bu dərrakəni gendən gətirir və sonradan qazanır. Ata və 
uşaq qocaldıqca bir-birilərinə daha çox yaxınlaşırlar. Burada 
genetik  faktor  baza  informasiya  daşıyıcı  funksiyanı  yerinə 
yetirir  .Ata  ailə  qurana  qədər  öz  xarakterini  yaxşı 
etməlidir)+ananın  genetik  informasiyası+ananın  uşağı  azad 
etdikdən  sonra  uşağın  kimliyi  Burada  artıq  ana  tərbiyəsi 
mühüm 
rol 
oynayır. 
Uşağın 
informasiyasında 
babalar+nənələr+ata+ana+ətraf  mühitin  informasiyası  rol 
oynayır.  Heç  bir  insan  öz  genetik  hüceyrəsini  tam  dəyişə 
bilməz.  
 
 
Hüceyrələrin xarakteri  
 
Belə hesab edək ki, hüceyrələrin  xarakteri var. Bu xarakter 
hüceyrənin  hərəkətindən  və  müstəvidə,  sistemdə,  məkanda  
özünü aparmasından  asılıdır. Hər bir hüceyrənin öz məkanı və 
müəyyən  hərəkət  müstəvisi  mövcuddur.  Sərhədləri  və  cızdığı 
trayektoriya  var.    Bu  hərəkətlə  hüceyrələr  orqanizmin 
mövcudluğunu  təmin  edirlər.  Hüceyrələr  ölür  və  yeni 
hüceyrələrlə  əvəz  olunurlar.    Hərəkət  sferası  geniş  olanda 
hüceyrə  də  bol  hərəkət  edir.  Sağlamlıq  yaranır.  Bu  məkanda 
hüceyrənin  nisbi hərəkət  sürəti var. Hüceyrələr üçün sərhədlər 
var.    Hüceyrə  çox  aktiv olarsa,  uşaqda  atanın  və  ya  da  ananın 
bu  aktiv  hüceyrələri  öz  əksini  taparsa,    uşaq  da  aktiv  olar. 
Hərəkətcil  olar.  Genetik  pis  xarakterli  insan  müəyyən 
müddətdən sonra öz irsində özünün əksini meydana gətirə bilir. 
Ana bətnində atadan  gələn və  yaxud da anada olan hüceyrələr 
qarşılıqlı olaraq aktiv və ya da passiv ola bilərlər. Bu baxımdan 


126 
 
da  hüceyrələrin  xassələrinə  müvafiq  olaraq  uşaqların  genetik 
xarakteri formalaşa bilər.  
Hüceyrələr 
arasında 
əlaqələr 
və 
“münasibətlər” 
mövcuddur.  Bu  əlaqə  və  münasibət  məkanda,  müstəvidə 
yaranır və əlaqələrlə onlar enerjidaşıyıcı funksiya təmin edirlər. 
Enerji  də  orqanların  toxumalarını  qida  ilə  təmin  edən  maddə 
rolunu  oynayır.  Hüceyrələr  arasında  mübarizə  gedir  və  bu 
mübarizə hüceyrələrin aktiv və passiv hərəkətləri ilə əlaqəlidir. 
Hüceyrələr  bir-birilərindən  “imtina”  edə  bilərlər.  Onlar  bir-
birilərini  “uda”  bilərlər.  Hüceyrələr  arasında  “küsmək”  və 
“aralanmaq” vəziyyətləri də ola bilər.  
Hüceyrənin  xarakteri  onun  özünün  ölçüsündə  və  hərəkət 
trayektoriyasındadır.  Hüceyrənin    funksiyası  onun  xarakterinə 
oturur.  Hüceyrələr  doğulurlar.  Ola  bilər  ki,  yeni  hüceyrələr 
əvvəlki  hüceyrələrin  birləşməsindən,  sintezindən  meydana 
gəlsinlər.  Güclü  və  nisbətən  zəif  hüceyrələr  arasında  olan 
sintezdən yeni hüceyrələr meydana gəlirlər. Müxtəlif xarakterli 
hüceyrələr  onları  “ata”  və  “ana”ya  çevirirlər.  Lap  zəif 
hüceyrələr udula bilər.  
“Yolunu  azmış”,  “azğınlaşmış”  hüceyrələrin  aktivliyi 
sayəsində  sağlam  hüceyrələr  udula  bilər.  Nəticədə  “dəli” 
hüceyrələr  çoxala  bilər  ki,  bu  da  orqanizmin  əvvəlki  nizamlı 
quruluşunu  dağıda  bilər.  Həcmini  böyüdən  hüceyrələr  mutant 
xarakterli olur.   
Ata  və  ana  elmi  irsdən  (nəisə  də  öyərnməyə  həvəsli 
hüceyrələrin  olduğu,  aktiv  hüceyrələr  )gəlirlərsə,  öz  elmi 
fəaliyyətlərini  uşaq  anadan  olana  qədər  davam  etdirirlərsə,  
uşaqların  da  savadlı  olmaları  ehtimalı  böyükdür.  Çünki 
xarakterə artıq ailə vərdişləri öz təsirlərini etmiş olur.  
Hüceyrələrin  xarakteri    hüceyrələrin  nizamlı  və  ya  da 
qeyri-nizamlı  fəaliyyətindən,  hərəkətindən  asılıdır.  Əgər 
hüceyrələr  nizamlı  olarlarsa,  bu  hüceyrələr  ana  bətnində  də 
özlərini nizamlı apararlarsa, onda nizamlı olacaqlar və insanlar 
yaxşı  və  müdrik  doğulacaqlar.  Sonradan  da  tərbiyə  burada 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə