İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə44/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   40   41   42   43   44   45   46   47   ...   57

133 
 
problem olanda mədə-bağırsaq sistemi korlana bilər, qusma və 
iştahsızlıq  yaranar,  beyinin  mərkəzi  pozulanda  yemək  siqnalı 
da itə bilər. Az və ya da çox yemək yarana bilər.   
-bir hissləri çox yaşamaq-eyni qaydalarla təkrarlanan həyat 
tərzini yaşamaq; 
-tarazlığı  pozan  qəfil  informasiyalar  qəbul  etmək-
sevindirici    və  ya  da  kədərləndirici  məlumatları  qəfil  qəbul 
etmək, qorxu və həyacan hisslərini yaşamaq 
Pozucu  faktorlara  həmçinin  aiddir:  həyatın  dəyişməsi, 
resursların  artıb  azalması-varlı  ikən  kasıblamaq,  kasıb  ikən 
varlanmaq,  itkilərə  məruz  qalmaq  və  s.  Bu  faktorlar 
siqnalqəbuledici  və  ötürücü  orqanların  fəaliyyətini  (tutum 
normasını)  korlaya  bilər  ki,  beyin  mərkəzləri  də  korlanmaya 
məruz qalar.  
Yaddaşlarda  emal  proseslərini  çox  artırmaq,  düşüncələri 
çoxaltmaq  və  s.  Xarici  siqnallarla  daxili  siqnallar  arasında 
paralellik pozulanda da, ardıcıllıq pozulanda da mərkəz pozula 
bilər.  Məsələn,  yemək    beyinə  siqnal  ötürür.  Eyni  zamanda 
musiqiyə  qulaq  asmaq  da  beyinə  enerji  verir.  Bu  anda  ikili 
funksiya  yaranır,  beyin  yüklənir.    Yemək  yeyə-yeyə  cinsi 
əlaqədə  olmaq  olmaz.  Siqnalların  paralelliyindən  qaçmaq 
lazımdır və ardıcıllığı yaratmaq əsas olmalıdır. 
Qan  təzyiqi,    qusma,  iştahasızlıq,  halsızlıq  və  digər 
əlamətlər  təsir    nəticələridir  və  orqanizmin  təminetmə  və 
müdafiə funksiyasının işə düşməsinin təzahürüdür. Qan təzyiqi 
sürətlənir,  ona  görə  ki,  lazımi  orqanların  qanla  təchizatı  lazım 
olur.  Qan  istəyən  azğınlaşmış  hüceyrələrin  məhvini  təmin 
etmək üçün təzyiq aşağı düşür. 
 
 
Beyin pozğunluğunun orqanik və funksional əsasları 
 
Beyin  təbii  ki,  maye  və  ilik  formasındadır.  Bu  da  hər 
şeydən  öncə  informasiya  qəbulu  və  tutumu  funksiyası  ilə 


134 
 
əlaqəlidir.  Maye  forma,  ilik  forması  informasiyanın  qəbulunu 
asanlaşdırmaq  və  özündə  saxlamaq  üçündür.  Belə  təsəvvür 
edək  ki,  beyin  bərk  maddə  halındadır.  Onda  informasiyanın 
qəbulu,  saxlanılması  və  ötürülməsi  çox  gec  ola  bilərdi.  Onda 
indiki  canlı  aləmdən  söhbət  gedə  bilməzdi.  Beyinin  öz 
quruluşu, tərkibi, yumşaq halı informasiyalar üçündür.  
Qeyd:  belə  qəbul  edək  ki,  aktiv  informasiyalar  sürətli 
hərəkət  edən  zərrəciklərdədir.  Zərrəciklər  özlərini  maye 
halın  içərisinə  daxil  edirlər.  Özləri  ilə  gətirdikləri 
informasiyaları  (informasiya  obyektin  obrazının  əks 
tərəfdə  meydana  gətirdiyi  bir  fenomendir)  maye  hala 
(mənsəbə) daxil edirlər. Bu halda sürət yavaşıyır, yumşalır. 
Beyinə  daxil  olan  informasiyalar  sürətlə  gəlir,  emal  zəif 
olur  və  süərtlə  də  çıxır.  Hər  iki  halda  qaz  halı  mühüm  rol 
oynayır. Mənbə isə maye, yumşaq halda olur. Bu baxımdan 
da  qəbul  edək  ki,  suda  informasiya  çoxdur,  enerji  çoxdur. 
Beyin  o  halda  yaxşı  inkişaf  edir  ki,  qaz  ilə  ona  daha  çox 
informasiya  daxil  olur.  Ondan  da  informasiya  xaric  olur. 
Giriş  və  çıxış  emal  prosesinin  sürətləndirir.  Girişdən, 
zərrəciklər  axınından  beyin  formalaşır.  Beyində  olan 
yumşaq  hissə  zərrəciklər  axınından  yaranır.  Məlumat 
ötürüldükcə,  enerji  çıxdıqca  beyində  məlumat  azalır.  Bu 
halda beyin yorulur.  
Beyin  fizioloji-bioloji  baxımdan  kənar  zərrəciklərdən 
əmələ  gəlir.  Siqnal  axınları  beyinin  kütləsinə  təsir  edir,  onun 
böyüməsində mühüm rol oynayır.  
Siqnallar sayəsində beyində həcm, tutum, beyin  kəmiyyəti 
yaranır. Yaddaş formalaşır, informasiya tutumu yaranır.  
Funksional  pozğunluq  orqanik  pozgunluğa  gətirib  çıxara 
bilər.  O  halda  ola  bilər  ki,  funksional  pozğunluğa  qarşı 
orqanizmin  müdafiə  və  bərpaedici  funksiyası  öz  işini  görə 
bilməsin.  Funksional  pozğunluq  ona  güc  gəlsin.  Orqanik 
dyişiklik  yaratsın.    Orqanık  dəyişiklik  uzunmüddətli  ölçü  və 
bundan  da  irəli  gələn  forma  dəyişikliyidir.  Orqanık  dəyişiklik 


135 
 
zamanı beyin mərkəzi və duyğu orqanları da funksiyalarını itirə 
bilirlər. Duyğu-mənəvi aləm sisteminin əsasını beyin və duyğu 
orqanları,  sinirlər  təşkil  edir.  Beyində  orqanik  dəyişiklik  təbii 
ki,  onun  ətraf  sistem  elementlərinin  fəaliyyətinə  də  təsir 
edəcəkdir. 
 
Təsirlər belə ola bilər: 
 
-yaddaş pozğunluğu və ətraf aləmi tanıya bilməmək, huşun 
itməsi, bayılmalar; 
-diqqəti cəmləyə bilməmək, əlamətləri ayırd edə bilməmək 
və s. ; 
-nitq pozğunluğu
-iyibilmə qabiliyyətinin itməsi; 
-dadbilmə qabiliyyətinin itməsi; 
-eşitmə qabiliyyətinin pozulması; 
-görmə qabiliyyətinin pozulması; 
-dəri problemləri və hissiyyatın pozulması; 
-beyinə daxil olan siqnalların qarışması; 
-həzm və qan dövranında olan problemlər
-qan tərkibində və rəngində olan problemlər; 
-özünü  idarə  edə  bilməmək  qabiliyyətinin  meydana 
gəlməsi; 
-daxili orqanlarla beyin arasında əlaqənin itməsi; 
-duruş və yerimək strukturunun pozulması və s. 
 
Beyin  pozulması  müsbət  və  mənfi  təsir  edən 
informasiyaların  çoxlu  həcmdə  qəbulu  ilə  də  əlaqəli  ola  bilər. 
Bu  zaman  daha  çox  duyğu  orqanları  pozula  bilər.  Belə  də 
hesab    edə  bilərik  ki,  duyğu  orqanları  beyini  müdafiə  etmək 
funksiyasını yerinə yetirir. Hər gələn zərbəni ilk növbədə beyin 
sisteminə aid olan duyğu orqanları qəbul edir.  
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə