İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə37/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   33   34   35   36   37   38   39   40   ...   57

112 
 
funksiyasını yerinə yetirir. Lakin yerli orqanlardan bir və ya da 
bir  neçəsinin  funksiyasının  pozulması,  ölçülərinin  dəyişməsi 
sağlam  orqanların  da  işinə  zərər  verir.  Çünki  bütün  orqanlar 
lazımi  ölçülərlə  bir-birilərini  təmin  etmək  üçün  maddələr 
mübadiləsində  iştirak  edirlər.  Ölçü  standart  başqa  ölçü  və 
standartlara  cavab  verməlidir.  Bütün  orqanların  standart 
ölçüləri,  kəmiyyəti  və  fəaliyyəti  həmin  orqanlar  arasında 
əlaqələrin  təmin  olunması  funksiyasını  yerinə  yetirir.  Sağlam 
orqanizm  normal  ölçülərdə  olan  orqandan  ibarətdir.  Belə 
təxmin etmək olar ki, gün ərzində orqanların ölçüləri qismən də 
olsa  dəyişikliyə  məruz  qalır.  Hər  an  orqan  ölçüsünüdə  normal 
və  zəruri  dəyişiklik  baş  verir.  Bu,  hər  şeydən  öncə  insanın 
yaşlanması, böyüməsi və qocalması ilə əlaqədar olur. İnsanlar 
daima xarici mühitlə enerji mübadiləsində olurlar. Bu mübadilə 
qidanın  da  həzm  prosesinə  təsir  edir.  İnsanların  duyğu 
orqanlarının  da  ölçülərinə  təsir  edir.  Ətraf  mühitdən  qəbul 
edilən  siqnalların  kəmiyyətcə  dəyişməsi  sonda  hər  an  qan 
təzyiqinə, qan dövranına təsir edir. Bu təsir də orqanlarda cüzi 
dəyişmələri meydana gətirir. Bu dəyişmələr fonunda orqanların 
ölçüləri  də  dəyişir.  Belə  güman  etmək  olar  ki,  orqanların 
immun  sistemi  vəhdət  halında  xəstə  orqanların  sağalmasına 
səfərbər  olunur.  Səfərbərlik  sayəsində  minerallar,  yağlar, 
zülallar,    vitaminlər  xəstə  orqanların  sağalmasına  yönəlir. 
Xəstəlik qısa və uzun müddətli olur və orqanların fəaliyyətində 
və  ölçüsündə  olan  dəyişikliklərlə  fon  yaradır.  Bir  orqanda  baş 
verən ciddi dəyişiklik digər orqanların da funksiyalarına mənfi 
təsir edir.  
Orqanizmdə  mövcud  olan  ehtiyat  minerallar,  yağlar, 
zülallar,  vitaminlər,  ümumən  bütün  ehtiyyat  maddələri  xəstə 
orqanların sağalmasına səfərbər olunur. Xəstə orqanlar standart 
ölçüləri bərpa etdikdə sağlamlıq bərpa olunur.  
Xəstə  insanlarda  qanın  tərkib  hüceyrələri,  plazmanın 
miqdarı,  hüceyrələrin  fəaliyyəti  dəyişir.  Orqanizmdə  istənilən 
xəstəlik  məkan,  tutum,  kəmiyyət,  həcm  dəyişməsidir.    Bu 


113 
 
proseslərin fəsadlarıdır, nəticəsidir. Xəstəlik çatışmazlıqdır. Bir 
orqanda  olan  çatışmazlıq  təbii  ki,  bütün  orqanlarda  özünü 
göstərir. Bu çatışmazlıq başlıca olaraq artıqlıqda və əskiklikdə 
baş  verir.    Orqanın,  üzvün    özünün  forması  dəyişəndə  orqan 
xəstə hesab olunmalıdır. Orqan  ya böyüyəndə,  ya da kiçiləndə 
formasını  dəyişir.  Bu  anda  orqanizmin  tarazlığı  pozulur. 
Orqanların  tarazlığı  (ölçüsü,  məkanı  və  forması)  bu  kimi 
hallarda  pozula  bilər.  Dəyişmələr  müvəqqəti  (funksional  və 
zəif) və patoloji (orqanik və güclü) ola bilər. Bu da orqanların 
fəaliyyətini  korlayan  təsirlərdən  asılıdır.  Əgər  təsir  zəifdirsə, 
immunitet  (tarazlığı  bərpa  edən  xassə)  ona  qalib  gələcəkdir. 
Təsir 
zərərsizləşəcəkdir. 
Funksional  pozğunluq  aradan 
qalxacaqdır.    Əks  halda  immunitet  aşağı  olacaq  və  təsir  edən 
vasitə    orqanizm  üzərində  qələbə  qazanaraq  patoloji  halları 
yaradacaqdır.  Bu  hal  digər  orqanların  da  fəaliyyətinə  zərbələr 
vuracaqdır.  
Orqanizm  qidadan,  havadan  və  tarazlığı  pozan  mənfi 
informasiyalardan 
xəstələnir. 
Eyni 
zamanda 
gen 
daşıyıcıları  orqanik  xəstəliklərin,  genetik  xəstəliklərin 
yaranmasını şərtləndirir. Xəstə gen hüceyrəsi öz ölçüsündə 
olmayan  zəif  hüceyrədir.  Belə  hüceyrələr  də  digər 
orqanların  tam  şəkildə  sağlam  fəaliyyətinə  və  sağlam 
strukturuna  təsir  edir.  Genetik  sağlam  olmayan,  yəni 
standart  ölçüləri,  tələblərə  cavab  verən  həcmi  olmayan 
hüceyrə  sağlam  hüceyrə  olmur.  Belə  hüceyrələrin 
“xarakteri”  də  pis  olur.  Belə  hüceyrələrə  “əxlaqsız 
hüceyrələr”, 
“yolunu  azmış  hüceyrələr”,  “küsmüş 
hüceyrələr”    kimi  də  ad  vermək  olar.    Orqanızm  həmin 
hüceyrələrin  “tərbiyələndirilməsi”  uğrunda  mübarizə 
aparır.  Lakin,  mübarizə  səmərəsiz  olduqda  həmin 
hüceyrələr 
“yad”  hüceyrələrə  çevrilir.  Belə  “yad 
hüceyrələr”  sonradan  sağlam  hüceyrələrə  hücum  çəkir. 
Ehtiyyat  minerallara,  yağlara  və  zülallara  hücum  edir. 
Düzgün qidalanma baş vermir.  


114 
 
Orqanizm  ona  düşən  yad  cisimlər  üzərində  bir  müddət 
mübarizə  aparır.  Sonra  onu  özününkü  edir,  sanki  “ailəsinə” 
qəbul  edir.    Çünki,    qalib  gələ  bilmir.Bir  növ  dostlaşır.  Bu  da 
gələcək  xəstəliklərə  yol  açır.  İnsanın  patoloji  xəstəliyi  əsasən 
ona sonradan “dost olmuş” yad ünsürlərdən meydana gələ bilir. 
Deyək  ki,  xərçəng  burada  “dostun”  yaratdığı  fəsaddır.  Dost 
sonra orqanizmin özünü yeməyə başlayır: 
-orqanizmə 
yad 
cisimlər 
(mikroorqanizmlər, 
infeksiyalar,  ümumiyyətlə,    viruslar)  düşdükdə,  qaz  və 
sular,  yemək    vasitəsilə  ağır  metallar  (normadan  artıq 
element birləşmələri) daxil olduqda-bu halda qızdırma qalxa 
bilər ki, temperatur ağır metalı əritsin; orqanizmin temperaturu 
kəskin    dəyişə  bilər.  Quru  və  soyuq  yeməklərdə  yad  cisimlər 
çox ola bilər. Çox qaynadılan yeməklərdə də sintezlərdən yeni 
elementlər  ortaya  çıxa  bilər.  Buna  görə  də  çox  soyuq  və  çox 
qaynar  yemək  yad  və  daxildə  parçalana  bilməyən  cisimlərin 
orqanizmə daxil olmasına gətirib çıxara bilər. Yeməklər qaynar 
qazanda  çox  bişəndə  qazan  bir  enerji  mənbəyinə  çevrilir.  Bu 
anda qapaq bağlı olmalıdır. Çünki  qaynar qazan  yad cisimləri 
özünə  çəkə  bilər  və  müəyyən  temperaturda  ölə  bilməyən 
viruslar  və  s.  qaynar  qazana  daxil  ola  bilərlər.  Bu  da 
orqanizmdə ağır fəsadlara yol aça bilər. Ümumiyyətlə, mətbəx 
təmizliyi,  yad  varlıqların,  mokroorqanizmlərin  çox  yaşaya 
bilmədikləri  məkanlar  sağlamlıq  üçün  vacibdir.  Ağır 
birləşmələr  ola  bilər  ki,  həddən  artıq  yüksək  temperaturda 
parçalansın.  Zərərsizləşsin,  orqanizm  üçün  yad  olmasın. 
Orqanizm  sistemindən  üstün  olmasın.  Yad  element  və 
birləşmələr orqanizmə düşdükdə şok vəziyyətlər, silkələnmələr 
yarana  bilər.  Bu  şok  vəziyyətlər      tarazlıq  funksiyasının 
nəticəsidir.  Huşun  itirilməsi,  mədə-bağırsaq  pozğunluqları, 
yüksək  temperatur,  qusma,  ishal  və  s.  kimi  hallar  orqanizmin 
immun  sisteminin  nəticəsidir,  büruzədir.  İnsan  zəhərlənmə 
zamanı,  eləcə  də  orqanizmə  yad  cisimlər  (parçalana  bilməyən 
ünsürlər)  daxil  olanda  iştahanın  olmaması  halları  ilə  rastlaşır. 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə